Dünya bazarında bir qayda olaraq dolların dəyərinin artması qızılın ucuzlaşmasına səbəb olur. Hazırda neftin ucuzlaşması səbəbindən iqtisadi çətinliklərlə üzləşən ölkələr qızıl ehtiyatlarını valyutaya çevirmək istədiyindən qızıl dəyərdən düşür. Ekspertlər qızılın ucuzlaşmasının növbəti ildə də davam edəcəyini bildirirlər.
"Yeni Müsavat"a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev deyir ki, qızılın bir unsiyası 850 dollara qədər ucuzlaşa bilər: “Qızıl tarix boyu ən etibarlı aktiv olub. Sonuncu qlobal iqtisadi böhran zamanı hər kəs qızıl ehtiyatını artırmağa çalışırdı. Çünki neft ucuzlaşırdı, dollar sabit deyildi, bu zaman daha çox qızıl almağa çalışırdılar. Qızılın qiyməti bu zaman kəskin surətdə artdı, 1900 dollara qədər qalxdı. 2013-cü ildən başlayaraq qızılın qiyməti düşməyə başlayıb. 2014-cü ilin əvvəllərində nisbətən qiymət artımı olsa da, mart ayından sonra yenidən ucuzlaşdı”.
Ekspert deyir ki, qızılın ucuzlaşmasının səbəbi hazırda dolların bahalaşması ilə bağlıdır: “Dünya bazarında bir qayda olaraq, dollar bahalaşanda qızıl ucuzlaşır. Noyabr ayında qızıl bir qədər ucuz idi. Hazırda qızılın bir unsiyasının qiyməti 1196 dollar təşkil edir. İndi yenidən ucuzlaşma gedir. Hətta növbəti ilin əvvəllərində qızılın bir unsiyasının 850 dollara qədər ucuzlaşacağı gözlənilir. Çünki bir çox ölkələr valyuta qıtlığı ilə üzləşirlər və ehtiyatlarında olan qızılı satışa çıxarırlar. Rusiya artıq bu varianta əl atıb, bu haqda məlumatlar yayılmaqdadır”.
Samir Əliyevin fikrincə, dünya bazarında qızılın ucuzlaşması Azərbaycana da təsir edəcək: “Çünki Azərbaycanda qızıl çox az miqdarda istehsal olunur və onu da Mərkəzi Bank alıb öz ehtiyatlarına daxil edir. Zinət məqsədilə istifadə üçün qızıl Azərbaycanda istehsal olunmur, xarici ölkələrdən idxal olunur. Bu səbəbdən xaricdə qızıl ucuzlaşdığı üçün Azərbaycanda da ucuzlaşmalıdır. Ancaq bu tipli proseslərdə Azərbaycanda ucuzlaşma ya müşahidə edilmir, ya da cüzi olur. Ancaq bahalaşma daha tez öz əksini tapır. Azərbaycanda qiymət artımı gözlənilmir. Əksinə, az da olsa ucuzlaşma ola bilər”.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR