Milli.Az xəbər verir ki, "bizimyol"un əməkdaşı tələbələr və mütəxəssislər arasında sorğu aparıb.
Tədris ilinin başlamasına sayılı günlər qalıb. Tələbə adını qazanmış gənclər də həyəcanla sentyabrın 15-ni gözləyirlər. İmtahanlarda yüksək nəticə göstərmiş tələbələr isə prezident təqaüdü alacaqlar. Bəs onların alacağı təqaüd "tələbə həyatı"na yetəcəkmi? Bu təqaüd digər bölgələrdən təhsil almaq üçün Bakıya gələnlərin yaşayışına nə dərəcədə yardımçı olacaq? Universitet yataqxanalarının olmadığını nəzərə alsaq, tələbələrin kirayə ev tutması qaçılmazdır. Universitetdən uzaqda qalacaq olan tələbələr isə bir neçə nəqliyyat vasitəsi dəyişməli olacaqlar. Ev kirayəsi, nəqliyyat xərcləri, dərs vəsaitləri, cib xərcliyi və 165 manat təqaüd...
700 bal müqabilində 165 manat yetərlidirmi?
2013-cü ildə ali məktəb tələbələri üçün təqaüd 15 manat artırılaraq 165 manat olub. Qeyd edək ki, hər il 100 nəfər tələbə prezident təqaüdü almaq şansı əldə edir.
"Bizim Yol" qəzeti 700 bal toplamış abituriyentlərlə əlaqə saxlayıb. Həmin tələbələrdən biri olan Fatimeyi Zəhra Nəbizadə Qafqaz universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub. Prezident təqaüdçüsü olacaq Z.Nəbizadə təqaüdün miqdarının normal olduğunu düşünür: "Ancaq bir az daha çox olsaydı, bizim üçün əlverişli olardı. Prezident təqaüdçüləri digər təqaüdçülərdən fərqlənməlidirlər. Çünki onlar maksimal bal və ya ona yaxın bal toplayıblar. Təhsilini davam etdirmək üçün Bakıya gələcək tələbələr üçünsə bu miqdar olduqca aşağıdır. Təqaüdün miqdarı minimum 200 manatdan başlasaydı, hamı üçün daha rahat olardı".
700 bal toplayan digər abituriyent İlkin Məmmədzadə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. O, hazırda bir tələbənin öz həyatını davam etdirmək üçün nə qədər vəsait lazım olduğunu bilmədiyini deyir: "Bakıda qalmaq üçün yeri olmayan, rayondan təhsilini davam etdirmək üçün Bakıya gələcək tələbələr üçün bu təqaüd yetərli deyil. Cib xərcliyi, yol pulu, dərs vəsaitləri və digər xərclər çoxdur. Təqaüdün miqdarı məni qane edir. Ancaq 700 bal yığan tələbələrin təqaüdü, məncə, digərlərindən fərqlənməlidir. Ancaq bunu da verirlərsə, çox şükür. Tələbəyə diqqət və qayğı göstərmələri yetərlidir".
Nicat Qasımov da Azərbaycan Tibb Universitetinə daxil olub. Onun sözlərinə görə, təqaüd tələbə üçün normaldır. Ancaq rayondan gələcək olan tələbələr üçün xeyli azdır: "Yalnız ailənin dəstəyi ilə təhsil almaq olar. Ayrılan təqaüd ən azı 350-400 manat olsa, tələbənin normal tələbəlik illəri keçirməsi üçün yetərli olar. Yəqin ki, gələcəkdə daha da yaxşı olacaq".
Məmməd Hacılı öz istəyi üzrə Qafqaz Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olub. O, prezident təqaüdü alacağına görə sevindiyini deyir: "Aylardan asılı olaraq bu təqaüdün yetib-yetməyəcəyini deyə bilmirəm. Fikrimcə, prezident təqaüdü daha yüksək olmalıdır. Rayondan gələn uşaqlar üçün bu miqdar olduqca azdır. Onların gəlib yataqxanada qalmaqları və digər xərcləri var. Bakıda yaşayan tələbələr üçün bu miqdar normaldır".
Bəs yüksək bal toplayıb, prezident təqaüdü almayacaq abituriyentlərin təqaüdü nə qədər olacaq?
Təhsil Nazirliyinin rəsmi saytında verilən məlumata görə, tələbələrin təqaüdləri belədir: Bakalavriat səviyyəsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 88 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 71 manat 50 qəpik, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 44 manat təqaüd veriləcək. Magistratura səviyyəsi üzrə təhsil alacaq tələbələr isə əla qiymətlərlə oxuduqları halda 93 manat 50 qəpik, əla və yaxşı qiymətlərlə oxuduqlarında 77 manat, yaxşı-kafi qiymətlərlə oxuduqlarında 49 manat 50 qəpik təqaüd alacaqlar.
Bakı Slavyan Universitetinin Azərbaycan dili-ədəbiyyat fakültəsinə daxil olan Ucar sakini Şəbnəm Əliyeva qəbul imtahanında 500 bal toplayıb. O, 50 manat təqaüd alacağını deyir: "Düzdür, prezident təqaüdü ala bilməyəcəm. Ancaq dövlət sifarişi əsasında təhsil alacağımdan 50 manat təqaüd alacağam. Bu təqaüd mənə yetəcəkmi? Əlbəttə, yox. Çünki kirayə qalmaq üçün tutduğun ev 100 manatdır. Ucuz olsun deyə 4 qızla bir qalacağam. Dərslər başladıqdan sonra yəqin ki, çoxlu dərs kitabı da alacam. Ev uzaq olduğundan avtobus və metrodan istifadə edəcəm. Bir sözlə, bütün xərcləri yenə ailəm ödəyəcək. Dərs vaxtı isə yanvardan sonra qiymətlərimə uyğun olaraq təqaüdün miqdarı artıb azala bilər. Əla qiymətlə oxusam 100, 4 və 5 ilə oxusam 80, kafi qiymətlə oxusam 50 manat alacağam".
"İndiki dövrdə tələbə olmaq çətindir"
Təhsil eksperti Nadir İsrafilov deyir ki, ali məktəblərə maraq azaldığından mümkün qədər təqaüdlərin artırılması prosesi həyata keçirilir. "Bunlar təhsilə olan marağı artırmaq üçündür. Müəllim ixtisasına sənəd verilmədiyindən bu il həmin ixtisasa sənəd vermiş, balı 500-dən çox olan tələbələrə təqaüdlər veriləcək. Şübhəsiz ki, verilən təqaüdü yetərli hesab edə bilmərik. İndiki dövrdə tələbə olmaq olduqca çətindir. Ev kirayəsi, nəqliyyat xərcləri, kitabların alınması, yemək, geyim və s. Universitetin ilk günündən müxtəlif ixtisaslardan kitab almaq tələb olunur. Hər müəllim bir dərs vəsaiti, kitab tələb edir. Sovet dönəmində isə hər bir ali məktəbin öz kitabxanası vardı. Hansı ki, bu kitabxanada hər bir fənn üzrə kitablar olurdu".
Ekspert Boloniya sisteminin əsas vəzifələrindən birinin tələbəni dərs vəsaitləri ilə təmin etmək olduğunu deyir. Onun fikrincə, bu kimi problemlər həll olunmayıb: "Tələbələr dərs materiallarını tapa bilməyəndə məcbur olub materialların sürətini çıxarırlar. Bu zaman nə qədər pul xərcləməli olurlar. Dövlət tərəfindən verilən təqaüd isə bu xərclərin qarşısında çox aşağıdır. Əgər universitet şəhərciyi olsa, tələbənin nə ev kirayəsinə, nə dərs vəsaitinə xərci çıxmaz. Heç təqaüdə belə ehtiyac qalmaz. Ancaq bunların hamısının da birdən-birə olmasını gözləyə bilmərik".
XƏBƏR LENTİ
Badımcan kotleti (foto-resept)
Beyin şişini müalicə edəcək dərman hazırlandı
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Təhsil Nazirliyi: "Heç kim işdən çıxarılmayacaq"
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Qaynananın və gəlinin şikayətləri
Bilirdinizmi?
"İgid əsgər, möhkəm dayan!" mahnısının müəllifi ölkəmizin təmsilçisi oldu
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ermənilərdən qənimət götürülən tanklar Bakıya gətirilir - VİDEO
Müğənninin saçları yandı -FOTO
Təmirə bağlanan yol açıldı
Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI
"Eurovision"un püşkatması keçirildi - Azərbaycan neçəncidir?
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Yasin” surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
Şaxta Azərbaycanı nə vaxt tərk edəcək?
Nur izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktrisa "Kuruluş Osman"da
Bakıda tələbə qız qaçırıldı
“Meyiti yandırılan” kişi evə qayıtdı
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Trampdan koronavirus açıqlaması
Noyabr ayı üçün bayram və tarixi günlər
Meyvələrə tələbat artıb
Alimlərin maaşları iki dəfə artırıldı
Rənglərin həyatımızda rolu
Unlu kətə ( foto resept)
Saç rənginin təbii yolla açılması
"Gül" formasında tortun bəzədilməsi(foto-resept)
28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO
Yunanıstan jurnalında ermənilərin Qafqaza köçürülməsi haqqında yazılıb
Hadisə mebel reklamından 800 min qazandı
Narahat idiniz? Facebook qaydaları dəyişir
Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq
Bənzərsiz səs-Müslüm Maqomayev
Bu insanlar FEYXOA yeməməlidir!
"Azərbaycan torpaqlarının ən qısa zamanda geri qaytarılmasını istəyirik"
Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu: İriçaplı pulemyotlar və snayper tüfənglər işə düşdü
Dilini alnına vuran şəxsin FOTOLARI
Nazirlik rəsmisi: "Ödənişsiz təhsil yoxdur, bütün təhsil ödənişlidir"
Aleyna Tilki reklam üçün 1,5 milyon aldı-VİDEO
Suya borcu olanlar yandı
Dünyanın ən varlı 10 futbolçusu
Qurbanlıq ət 5-10 manata - FOTO
Prezident: “Əgər belə davam edərsə, deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar”
Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək - FƏRMAN
- ŞƏRHLƏR