Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək - FƏRMAN
Prezident İlham Əliyev Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.
Qadin.Net bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərman vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə verilib.
Fərmana əsasən, Azərbaycanda doğumun və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək, doğum və ölüm faktını təsdiq edən sənədlər elektron sənəd formasında tərtib ediləcək, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələr və arayışlar elektron qaydada veriləcək.
Doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatlar, habelə vətəndaşların dəfni ilə bağlı məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil ediləcək, eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürüləcək.
Bundan başqa, doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılacaq, habelə məlumatlar avtomatik ümumiləşdiriləcək və statistik hesabatlar hazırlanacaq.
Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələrinə, Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq fərmanın icrası ilə bağlı tapşırıqlar verilib.
XƏBƏR LENTİ
Deputatların maaşı: hansı ölkədə nə qədərdir?
"Məhəbbət" tortu (foto resept)
Koronavirus bu qan qrupunu yox etmək üçün yaradılıb - ŞOK İDDİA
Leonardo Di Kapriodan 5 milyon dollarlıq xeyirxahlıq
Türkiyə ilbiz ixracından milyonlar qazanır
Üz formasına görə xarakter
“Sony” ev işini görən robot buraxacaq
Planetin 10 ən cazibədar qadını
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
Elektriklə işləyən Audi R8
Bakıda yeni metro stansiyasının tikintisinə başlandı
Gözəl saç aksessuarları
Gəncədə futzal üzrə birincilik keçirilir
Ləzgi paxlavası (foto resept)
İstehlak cəmiyyətinin psixoloji travmaları
Ferhat Köçerin evlilik fobiyası
Rasmussendən İŞİD-lə bağlı açıqlama
Seçimlərdən ən çətini…
Qırıcılarımız cəbhədə
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Moskva Xəzər vasitəsilə qaz kəmərinin tikintisinə qarşı çıxış etdi
Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur - RƏSMİ
Kəsmikli "konvertlər"(foto resept)
Hadisə arıqlayıb-FOTO
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Maraqlı sabun formaları
Çillərdən qurtulaq!
Bu çəkmə minada partlamır
Mayonezli peçenye (foto-resept)
"Türkiyə Azərbaycana kömək edəcək"
Tuba hamam səhnəsindən danışdı
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Texnoloji aslılıq- kütləşirikmi?
Stressiz arıqlamağın 4 yolu
Virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO
Su damcıları - stop kadrda
Olimpiya Oyunaları üçün suvenir xalçalar toxunur
Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib
Dünya yenə onları izləyəcək
Bakı metrosunun fəaliyyəti dayandırılır? - İCLAS KEÇİRİLİR
Ərdoğan qondarma “soyqırımı” barədə ABŞ-a xəbərdarlıq etdi
İlin ən yaxşı fotoları
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
70 yaşlı futbolçu-FOTO
Daha bir yenilik - satışa quru araq çıxarılır
Günün ulduz falı
Messi ildə azı 18 milyon avro qazanacaq
Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu
"Taxt oyunları"nda yeni DİL
Azərbaycanda rabitə və internet tariflərinin - YENİ QAYDALARI














