Bakıda “Xətai-Həzi Aslanov-2” metro stansiyasının tikintisinə start verilib
Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın 5 ili əhatə edən dövlət proqramının tərkib hissəsinə çevrilmiş “Yaşıl xətt”in "Xətai-Həzi Aslanov-2" sahəsində sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdırıb.
Metropolitendən APA-ya verilən məlumata görə, "Azərtunelmetrotikinti"nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı "Akkord"un vasitəçiliyi ilə Fransanın "Buiq" və Ukraynanın "İnterbudmontaj" şirkətləri yerinə yetirirlər.
“Xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylərimiz, nəhayət ki, bəhrəsini verib. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı. İlkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə fəaliyyətə başlayıblar”,- deyə idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov bildirib.
Qeyd edək ki, bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcək. Arif Rəsulov qeyd edib ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcək. "Buiq" Y-15-dən "Xətai" stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcək. "İnterbudmontaj" isə "Həzi Aslanov-2" istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcək. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür.
Artıq Y-15 stansiyasının yerləşəcəyi Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılıb. Artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilib və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınıb. Hər üç stansiya Nobel prospektində yerləşəcək. Yaşıl xəttin "Xətai"dən sonrakı ilk yeraltı dayanacağı "Ağşəhər" layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR