Rusiya ilə Ukrayna arasında yaranan siyasi gərginliyin Azərbaycanın mənzil və tikinti materialları bazarına müəyyən təsirlər göstərməsi məlumdur. Belə ki, bu ölkələrdə yaşayan soydaşlarımızın axını ilin əvvəlində mənzil bazarında aktivlik yaradıb. Bu səbəbdən evlərin qiyməti iyun ayına qədər 30 faizə qədər bahalaşsa da, yay aylarında nisbətən sabitlik yaranıb. Hətta qiymətlərdə gözlənilməz ucuzlaşma baş verməkdədir.
"MBA" Consulting Groupun rəhbəri Nüsrət İbrahimlinin məlumatına görə, iyul ayında Bakı şəhəri üzrə "göydələn"lərdə mənzillərin qiyməti 5,7 faiz ucuzlaşıb. Ötən ay ilkin yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1029 AZN/kv.m-dən 973 AZN/kv.m-ə qədər ucuzlaşıb.
Mənzillərin qiyməti artıq "doyub"
N.İbrahimliyə görə, paytaxtda aktivlik ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb: "Bununla yanaşı, son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar iyul ayında artımla müşahidə edilib. Aktivliyin azalması ilə əlaqədar alıcılıq qabiliyyəti də azalıb, bu da öz növbəsində ilkin mənzil bazarında təklif portfelinin artımına səbəb olub. Bazar portfelində ümumi təkliflərin sayı isə 568 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 31 faiz, ilin müvafiq ayı ilə müqayisədə isə 10 faiz çox olub".
Ekspertin sözlərinə görə, son ayda əmlak bazarında aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir: "Ümumilikdə təkrar və ilkin yaşayış mənzil bazarında qiymətlərin nisbətən azalması strukturun dəyişmə səbəbilə baş verir. Yəni bazarda qiymətlərin artıb-azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalmasını bazarda aktivliyin stabilləşmə meylliyi ilə əlaqələndirmək olar. Ötən ay qiymətlərin ucuzlaşmasının səbəblərindən biri mövsümi amil, digər tərəfdən isə, son bir il ərzində ilkin mənzil bazarında qiymətlərin 24 faiz artması ilə reallıqdan uzaqlaşması olub. Nəticədə bazarda real alıcılar tədricən tükənir və potensial alıcıların azalması ilə əlaqədar, ilkin mənzil bazarında qiymətlərin azalmasını normal qarşılamaq olar. Ümumiyyətlə, son aylarda təklifin həcmində azalmalar olsa da, iyul ayında bu rəqəm kəskin artıb. Bu artmaya əsas səbəb kimi, bazarda potensial alıcıların azalmasını göstərmək olar. Artım, əsasən bahalı mənzil bazarında qeydə alınıb. Alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə yeni tikilən evlərlə bağlı təkliflərdə ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım müşahidə olunur".
- "Ekonom klass" sinfinə daxil olan binaların kv.m-nin orta qiyməti 950 dollar və ya mənzilin orta qiyməti 137 min dollara,
- "Biznes klass"da kv.m-nin orta dəyəri 1500 dollar və ya mənzilin orta qiyməti 210 min dollara,
- "VİP klass" sinfində isə evlərin orta qiyməti 2600 dollar/kv.m və ya mənzilin orta dəyəri 480 min dollara təklif edilir.
"Elit" mənzillər, əsasən, şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında məskunlaşıb. Artıq son ayda III zona üzrə tələbin yüksək olması burada yeni tikililərin sayının artrmasına zəmin yaradıb. II zonada isə təklif portfeli dəyişməz qalıb, lakin digər hər üç zonada isə təklif portfelində azalma qeydə alınıb. N.İbrahimli bildirir ki, şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir. Qeyd edək ki, I zona üzrə orta qiymət 2166 dollar/kv, II zona üzrə 1628 dollar/kv, III zonada 1061 dollar/kv, IV zonada isə 768 dollar/kv təşkil edib.
Rusiyadan idxal olunan tikinti materiallarnın həcmi azala bilər
Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki:
- 2014-cü ilin iyul ayında bazarda qiymət azalmasına qeyri-mövsümi aylar səbəb olub və bazarda qiymətlər son həddə (alıcıların qəbul edə biləcəyi həddə) çatıb;
- Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir (bəlkə də artıq tükənib).
Digər nüanslardan biri də Rusiyada tikinti materiallarının qiymətinin ucuzlaşmasıdır. Buna səbəb isə daşınmaz əmlak bazarında qiymətlərin kəskin aşağı düşməsidir. Eyni zamanda, Ukraynadan və Qərbdən idxal olunan tikinti materiallarının Rusiyaya satışı məhdudlaşdırılıb. Demək olar ki, şimal qonşumuzun bazarının 10 faizi idxal hesabına ödənilirdi. İndi daxili bazarı ödəmək üçün Rusiya xaricə tikinti məhsullarının çıxarılmasını azaldacaq. Belə olan halda, Azərbaycanda qiymətlər bahalaşa bilər. Çünki bu sahədə ən böyük tədarükçümüz Rusiya və Ukraynadır. Məsələn, adıçəkilən dövlətlərdən təbii qum, keramikadan tikinti kərpicləri, plastik borular, gips, sement, tikinti üçün müxtəlif daşlar, taxta və sair materiallar idxal olunur.
N.İbrahimli narahatlığa əsas görmür. Onun fikrincə, bu ilin əvvəlindən indiyədək tikinti materialları sahəsində qiymət artımı baş verməyib, əksinə, müəyyən ucuzlaşma müşahidə edilir. Ekspertin sözlərinə görə, daxili istehsalın artması yarana biləcək boşluğu müəyyən qədər aradan qaldıra bilər.
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR