Son vaxtlar Kütləvi İnformasiya Vasitələri (KİV) səhifələrində toydan qaçan gəlinlər və ya evdən qaçan yeniyetmələr barədə xəbərlərə tez-tez rast gəlirik. Xəbərlərin əksəriyyətində qızların qaçmağına səbəb kimi istəmədiyi insanla ailə qurmağa məcbur edilməsi göstərilib. Onu da deyək ki, ailə qurmağa məcbur edilən qızların çoxu azyaşlıdır.
Bir il öncəsinə qədər Azərbaycanda qızların nikah yaşı 17, oğlanlarda isə 18 idi. Buna görə də BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsi (CEDAW ) dəfələrlə Azərbaycanda qızların nikah yaşının artırılmasıyla bağlı tövsiyə irəli sürürdü. Komitənin əsas narahatçılığı isə Azərbaycan qanunvericiliyində cinslərə görə nikah yaşının fərqli olması idi. CEDAW bu halı gender bərabərliyi məsələsində ayrıseçkilik hesab edirdi.
Milli Məclis bu təklifi nəzərə alıb "Ailə" və "Cinayət" məcəllələrinə dəyişiklik etdi, qızların nikah yaşının həddi 18-ə çatdırıldı. Beləliklə, qızlarla oğlanların evlilik üçün yaş həddi bərabərləşdi. Qanuna əsasən, qız hamilə olanda, valideynləri ölüm ayağında olanda və s. kimi nadir hallarda bir il tez, yəni 17 yaşında ailə qura bilər. CM-nin 176-1-ci maddəsinə edilən dəyişikliyə görə, qadını nikaha daxil olmağa məcbur edənlər 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Qanunvericiliyə edilən dəyişiklik vəziyyəti dəyişdimi?
Qanunvericiliyə olan dəyişiklikdən sonra erkən nikahların da qarşısı alınmalı idi. Ekspertlərin qənaətincə, dəyişikliyin real vəziyyətə bir o qədər də təsiri olmayıb. Hələ də məcburiyyətdən, ailəsinin təkidi ilə erkən nikaha daxil olanlar var.
Son bir ayda 4 gəlinin nikah masasından qaçması hələ də erkən və məcburi evliliklərin olduğunu göstərir. Məsələn, avqustun 26-da öncə Oğuzun Muxas kəndində gəlin toy günü evdən qaçdı. Hətta xəbər yayıldı ki, qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib və toy da gəlinin bacısının iştirakı ilə keçirilib. Qızın qaçmasına səbəb nişanlısı Abidi sevməməsi olub. O, toydan sevdiyi şəxslə qaçıb.
Cəlilabadın Günəşli kəndində də oxşar hadisə baş verib. 1 il nişanlı qalan qız oğlan toyuna saatlar qalmasına baxmayaraq, başqa bir oğlana qoşularaq qaçıb. Sakinlərin sözlərinə görə, qız azyaşlı olmayıb. Onun kiminlə qaçması isə hələlik məlum deyil. Digər məqam isə toy günü bəyin də başqa bir qızı qaçırtması olub. Belə ki, gəlinin qaçdığını eşidən oğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçırdaraq toyunu edib.
Lənkəranda isə iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb. Onun bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nəriman (ad şərtidir) adlı gənc bəy kürsüsünə tək oturub. Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nəriman 19 yaşlı Günellə (ad şərtidir) 3 il nişanlı olublar. Nəriman Bakıda ev təmiri işləri ilə məşğul olub, Günel isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş. İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər.
Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb. Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıyıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsiz olduğunu deyirlər. Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini, lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını bildirdilər.
Hətta Sumqayıtda gəlinin toy günü bəyi qoyub qaçmasıyla bağlı video da yayılmışdı. Həmin videoda da görünür, bəylə gəlin şadlıq sarayının qapısı ağzında avtomobildə mübahisə edirlər. Gəlin avtomobilin qapısını hirslə açıb qaçır, bəy də onun dalınca.
"Problemin qarşısı yalnız bir şəkildə alına bilər"
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, son bir ayda 4 gəlinin toydan qaçması cəmiyyətdə qadına, qıza qarşı basqı olduğunu göstərir. Bu o deməkdir ki, hələ də onların qərarı nəzərə alınmır: "Buna son zamanlar Türkiyə telekanallarında yayımlanan seriallar da təsir edə bilər. Hətta bir serial da var. Səhv etmirəmsə, adı "Qaçqın Gəlin"dir. Məncə, həmin serial çox izləndiyindən, cəmiyyətə müəyyən qədər təsiri var".
Mehriban Zeynalova deyir ki, ümumiyyətlə, evlənən şəxslər arasında şəffaflıq yoxdur. Bir-biriləri ilə fikirlərini, hisslərini açıq şəkildə bölüşə bilmirlər: "Nəticədə, ortaya bu cür şeylər çıxır. Bundan əlavə, qızlarda bir az özlərini qəhrəman kimi göstərmək istəyi də yaranıb. Sanki mən istədiyimi etdim, qaçdım, hamı gördü ki, mən bunu bacardım və s. göstərmək düşüncəsi var sanki. Ailədə münasibətlərin düzgün tənzimlənməməsi, qız uşaqlarının həyata hazırlıqsız olması və bir sıra psixoloji amillər də gətirib bu cür şeylərə çıxara bilər".
Mehriban Zeynalova düşünür ki, bu cür addımlar gəlinin qarşısındakına hörmətinin olmamasını da göstərir: "Bu hörmət eyni zamanda ailə üzvləri arasında da özünü göstərir. Ailənin nüfuzu, ailənin cəmiyyətdə rolu və s. aşağı səviyyəyə düşür. İki tərəfin bir-birinə olan aqressiyası sonda belə nəticələrə gətirir. Qızın sonda toydan qaçması isə bütün maneələrə baxmayaraq qəhrəmanlıq edib öz istəyinə çatmaq arzusunu biruzə verir. Amma bunun nəticəsi necə olacaq? Qarşı tərəf bu addımı qəbul edəcəkmi? Yeni ailə qızın hərəkətini ömrü boyu başına qaxınc edəcəkmi? Tərəflər arasında toqquşmalar, ölüm hallarının olmayacağına kimsə qarant vermir. Qız həmin ailədə sonacan qala biləcəkmi, ya yox? Bunu da kimsə bilmir. Hansısa konfliktlərə ailə dəstək verəcəkmi? Çox ehtimal, qız belə halda tək qalacaq, ailəsindən kifayət qədər dəstək ala bilməyəcək. İstənilən halda toy günü evdən qaçmış qızdır. Bu da gətirib uşaqla küçədə qalmağa, fahişəliyə və s. çıxaracaq. Bizim cəmiyyətdə həmin qızın atdığı addım onun seçimi kimi qiymətləndirilməyəcək".
Ekspert hesab edir ki, cəmiyyətdə qızların zorla, istəmədiyi insanlarla ailə qurmasına məcbur edilmələrinin qarşısı yalnız bir şəkildə alına bilər: "O da ki, həmin şəxsləri polisə şikayət etməkdir. Qonşuda, qohumda belə hallar barədə eşidən insanlar mütləq polisə məlumat verməlidirlər. Və ya zərərçəkən şəxslər özləri də polisə müraciət edə bilərlər. Şikayətlər intensivləşsə, bəlkə bu cür halların qarşısı da alınar".
XƏBƏR LENTİ
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Üç nəfər öldü
Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)
Keçmişin dəbi: gəlinin rəfiqələri
Qadın.Net-lilərin ən böyük arzuları (2-ci hissə)
Dəbli qol saatları
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları bəlli oldu - RƏSMİ + VİDEO
Kahı sendviçi (foto resept)
Prezident İlham Əliyevin dəmir məntiqi
Yalnız üzündəki döymələri sildirir, səbəbi... - FOTO
17 yaşlı qıza qorxunc mesaj gəldi: "Ayaqlarını günlərlə yeyə bilərəm"
Ulduz futbolçu Fransanı təhqir etdi
Qidalandırıcı saç maskası
Uzunluğu 5 metrə çatan timsah tutuldu-FOTO
11 sentyabrdan 13 il ötür
Günün ulduz falı
Uşaq sevildiyini bilməlidir
Dilan Çiçək anası ilə-FOTO
Kirpiklər üçün tuş seçimi
"Atları dəyişdirin", yaxud ölkə yollarında möhtəşəm yenilik
Əl verib görüşmək
Aksesuar seçimində bunlara diqqət etməlisiniz
Uşaqlar üçün tapmacalar
Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir
1,5 milyonluq mirasını itə vəsiyyət etdi
Koronavirusu dünyaya yayan Uhandan şok görüntülər - FOTO
Yenə yağış yağacaq
40-cı illərin yataq geyimləri dəbə minir - FOTO
Ermənistan parlamentində şok etiraf: "O torpaqlar bizim deyil!"
Bəkməzli şirniyyat (foto resept)
Payız üçün köynəklər
Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər
Kate Middleton Çılpaq FOTOlarına görə təzminat aldı
Menstruasiya dövrünü rahat keçirmək üçün 3 tövsiyə
Misir və Roma bərbərliyinin tarixçəsi
Conni Depp qorxunc etirafı ilə gündəmi zəbt etdi
İnternetin yaradıcısı təkzib etdi
Prezident İlham Əliyev qəzetlərə maliyyə yardımı ayırıb
Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
Krem əvəzinə istifadə edə biləcəyiniz ərzaqlar
Şəraiti dəyərləndirməyi bacaran insanlar
Sürücülər bu xəbəri mütləq izləsin - Belə avtomobilləri idarə etməyin!
Minimum aylıq əməkhaqqı artırıldı
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq
Ailənin gücünü göstərən filmlər
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Bütün Qafqazın şeyxi Azərbaycan xalqını təbrik edib
"Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına ermənilər də qoşulublar
Bu kənddə adamın kiprikləri də donur