
Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olması ilə bağlı qanunvericiliyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, Ailə Məcəlləsinə, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliklərdə nikaha girənlərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur.
Layihə üzərində işlər tamamlanıb və payız sessiyasının gündəliyinə salınması planlaşdırılır. Layihədə nikaha girən hər iki şəxs tərəfindən sağlamlıqları haqqında tibbi arayışın təqdim olunması məcburi olaraq göstərilir. Sənəddə, həmçinin həkimin məsuliyyəti bir daha vurğulanır, VVAQ şöbəsinin konfidensiallığının qorumasının vacibliyi qeyd olunur.
Dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Öz növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borclu sayılırlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Saxta arayış təqdim edənlər və yaxud saxta arayışı qəbul edənlər cinayət məsuliyyəti daşıyacaqlar.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf
Riqada qeyri-adi cərimə
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
Kanadanı alov bürüyüb
Qaz limiti ləğv olunsun - Milli Məclisdə UNİKAL TƏKLİF
Günün qoroskopu: xırda da olsa, çətinliklər istisna deyil
ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."
"Facebook"un bu yeniliyi sevilməyəcək
Azərbaycan milli uşaq oyunları-13
Oqtay Şirəliyev Xızıdakı qəzada yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta gedib
Sizi sevdiyini göstərən xüsusiyyətlər
Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatdı - YENİLƏNİB
Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər
Bakı dünya mətbuatında
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Çin yeni peyk buraxdı
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
Azərbaycanlı, rus və koreyalının Qırmızı meydandakı rəqsi diqqət çəkdi- VİDEO
Bakıda avtobusların qrafiki sərnişinləri qane etmir
Günün ulduz falı - 10.08.2013
Yuxu gətirən həblər asılılıq yaradır?
İranlı "Ancelina Coli" həbs edildi-SƏBƏB
Alışdığımız görünüş, yoxsa reallıqmı?
HAVA necə olacaq?
İdmançılarımız Almaniya Qran-Prisində
İtalyanlardan "Can Yaman" dondurması
Müge Boz yeni doğulan körpəsinin FOTOsunu paylaşdı
Məşhurların doğulduğu evlər (foto)
Rusiyaya qara qar yağdı
Quba və Qusara qar yağıb
Bonibonlu bisküvit (foto resept)
Britaniya səfirliyi viza ilə bağlı xəbərdarlıq edir
Müsəlmanların bu sənəti çox çətin, gözəlmiş...
Günün ulduz falı
II Elizabet və əri vaksinasiya ediləcək
İran Azərbaycan Tibb Univeresitetinin diplomlarını tanıyacaq?
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Qız uşaqları üçün toxunma paltarlar
Jirinovskinin yeni sevdası
“Çox sayda tələbə xaricdə təhsil alacaq”
Azərbaycanda Ebola virusu ilə bağlı xüsusi tapşırıq
Prezident ad gününü belə qeyd etdi-FOTO
Üç kiloqramlıq Zaqatala çörəyi - VİDEO
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
Bayrağımız Şuşada dalğalanacaq
Azərbaycanda COVID-19-dan ilk ölüm - RƏSMİ
"Rusiya-Türkiyə müharibəsi ehtimalı artır"
Kompüter arxasında işləmək insanı əlil edir
Quş yuvası şirniyyatı (foto resept)














