“Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.
Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər qeyd edilməlidir:
“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.
M.Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:
“Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.
Deputat kəndlərdə qızların təhsilə cəlb edilməsi ilə bağlı problemlərin olduğunu da deyib.
Qeyd edib ki, hər bir kənddə qadın müəllim olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq. Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır:
“Bundan başqa Elm və Müdafiə Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır".
Deputat Fəzail Ağamalı da deyib ki, deputatlara təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir:
“Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidir və bu da ölkəmizdə tətbiq oluna bilər”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır
XƏBƏR LENTİ
Fərizənin anası:"Hələ də ürəyim əzilir"
Dima Bilan xəstəxanalıq oldu
Saç aksesuarı hazırlayaq
Ağıllı fincan hazırlanır
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
Qaxda yeni körpü salınır
Sidney viran qaldı
Toxumağı öyrənək. Dərs - 1
Kann kinofestivalı başlandı
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
HAVA necə olacaq?
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Qısa ətəkli ziyafət geyimləri
Macar mətbəxi-Qulyaş(foto resept)
Sadə və səliqəli dırnaqlar
Dərini nəmləndirən kakao yağı
Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - FOTO
Günün ulduz falı
Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Qeyri-adi skamyalar
Şeyma Subaşını ələ saldı
Günün qoroskopu: Uğurlu gündür!
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
Namaz insanı günahdan necə uzaqlaşdırır?
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Britaniyalı məşhur müğənni vəfat edib - VİDEO
Şahzadə Diananın qardaşı qızı 60 yaşlı biznesmenə ərə gedir-FOTO
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Türkiyənin bu yeniliyindən Azərbaycan da qazanacaq
Qoltuq altı qaralmalarından qurtulun
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Uşaqların sosial-psixoloji inkişafı-25
Silvestr Stalloninin anası öldü
"Afili aşk" FİNAL edir-SƏBƏB
Arıqladan ballı alma sirkəsi
Sabah hava necə olacaq?
Düşüncə dərsi (3)
Nazirlər Kabineti rəsmisindən koronavirusa görə birdəfəlik ödəmə AÇIQLAMASI
2019-cu ilin ən gözlənilməz kəşfləri
Kalori saymadan arıqlamağın 10 yolu
Yağış suyunun faydaları
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
16 yaşında özünə məktub
Pomidorlu və püstəli salat
Evdə frappe qəhvə (foto-resept)
Sami Yusufdan Laçınla bağlı paylaşım














