Çinlilər tük də satır, dəri də, saç da...
Ümumdünya Ticarət Təşkilatından verilən məlumata görə, 2012-ci ildə tük, dəri və saç ticarətinin 75 faizini Çin həyata keçirib. Daha çox parik hazırlanmasında istifadə edilən bu məhsullar isə Avropa, Amerika və Afrikaya ixrac edilir. İnsan saçı ixracatında Çin Hindistanı təqib edir. 50.8 santimetr uzunluğunda olan insan saçının kilosu orta hesabla 880 dollara satılır.
Saçın keyfiyyəti, qalınlığı və uzunluğu çox vacibdir...
Türkiyənin “Hürriyet” qəzeti Fransanın xəbər agentliyi AFP-yə istinadən yazıb ki, Çində insan saçı ixracının yarısını cəmi bir şəhər həyata keçirir. Saçı qırxılmış çinlilərin saçlarını yığan Taihe şəhərindəki fabriklər onları Avropa, Amerika və Afrikaya ixrac edir. Taihedəki saç ixracı təsisatları 400 növ parik hazırlayır. Bu ölkədə insan saçı ilə bağlı biznes 1970-ci illərdə başlanıb. Bu işlə məşğul olan istehsalçı Fu Quanqo detallar barədə bunları deyib: “Vaxtilə insan saçlarını yerli insanlardan alırdıq. Amma artıq Myanmar, Vyetnam kimi fərqli ölkələrdən gəlirlər. Vaxtilə saç məhsullarını hazırlamaq çətin idi, əllə hazırlayırdıq. Amma indi bu məhsullara tələbat o qədərdir ki, yeni təsisatlar qurulub və bununla əlaqədar olaraq beynəlxalq bazarlara da saç məhsulları sata bilirik”.
Çinin Taihe şəhərindəki fabriklərdə insan saçı ixracı 88 milyona çatıb. Funun 36 yaşındakı oğlu Fu Qianvey isə təkcə Amerikaya 8 milyon dollarlıq ixracat gerçəkləşdirib. Ayrı-ayrı ölkələrdən isə tamamilə fərqli tələblər daxil olur: “Saçın keyfiyyəti, qalınlığı və uzunluğu çox vacibdir. Son vaxtlar Afrika bazarından gələn tələbat çox güclüdür. Bu ölkələrdə iqtisadiyyat inkişaf etdikcə daha keyfiyyətli məhsullar istənilir. Saç çox dəyərli olduğu üçün insanlar ona "qara qızıl" deyirlər”.
İnsan saçı öncə dezinfeksiya edilir, sonra buxarlı su çəlləklərində qarışdırılır, ardınca isə boyanır
Müxtəlif yerlərdən toplanan insan saçları fabriklərə satılır. Bu fabriklərdə saçlar öncə dezinfeksiya edilir. Daha sonar işçilər buxarlı su çəlləklərində kürəklə o saçları qarışdırırlar. Sobada qurutmazdan öncə saçlar müxtəlif rənglərə boyanır. Daha sonra daranaraq qadın işçilər tərəfindən tikilir.
Ölkələr üzrə işlənməmiş saç, son məhsul halına gəlmiş saç və parik halına gətirilmiş saçların qiymətlərinə nəzər salaq.
Ardıcıllıq üzrə öncə işlənməmiş saçların qiymətləri barədə:
Çində bu saçların ixracatı illik 297.581 dollar, idxalı isə 12.472 dollar təşkil edir.
Hindistanda isə ixracat illik 1.454.112 dollar, idxalı isə 35.952 dollardır.
İspaniyada ixracat 23.249 dollar, idxal 768.999 dollardır.
Türkiyə: ixracat 67.625, idxal 2945.
Son məhsul halına gətirilməmiş saç qiymətləri:
Çində bu saçların ixracatı illik 4.481.967 dollar, idxalı isə 62.621.864 dollar təşkil edir.
Hindistanda isə ixracat illik 44.55.280 dollar, idxalı isə 3687 dollardır.
İspaniyada ixracat 966.084 dollar, idxal 1.011.725 dollardır.
Türkiyə: ixracat 98.738, idxal 169.001.
Parik halına gətirilmiş saç:
Çində bu saçların ixracatı illik 258.478.208 dollar, idxalı isə 5.857.994 dollar təşkil edir.
Hindistanda isə ixracat illik 3.342.206 dollar, idxalı isə 400 dollardır.
İspaniyada ixracat 282.450 dollar, idxal 514.708 dollardır.
Türkiyə: ixracat 185000, idxal 87.769 dollardır.
Uşağını oxutmaq üçün saçını kəsən qadınlar ordusu...
Türkiyənin kənd yerlərində uzun və gur saçlarını kəsib satanlar ailə büdcəsinə xeyir vermək istəyənlərdir. Onların saçları kiloqramla satılır, bir kiloqramı isə 400 manata yaxındır. Daha çox gözəllik salonu işçiləri tərəfindən satın alınan saçlar şəhərdə müştəriyə daha baha qiymətə satılır. Üstəlik, bu cür təqdimatla - kənd qızlarının təravətli saçı.
Türkiyədə qram hesabıyla satılan saçlar sahiblərinə 100-250 manat gəlir gətirir. Amma hər birinin gözəl saçlarını kəsdirmələrinin fərqli hekayələri var. Kimsə uşağını oxutmaq, bir başqası ailə büdcəsinə xeyir vermək üçün saçını kəsdirmək məcburiyyətində qalır. Adanada saç sektorunda təxminən 15 ildir fəaliyyət göstərən Mehmet Kasım Güneş bildirib ki, təbii saçların kilosunun satış qiyməti 400 manatdan başlanır. Saç telinin qalınlığı və uzunluğuna görə bu qiymət 1500 manata da çata bilər.
Türkiyədəki saçlar gözəllik salonunda hazırlanır
Avropa Birliyi İnformasiya Mərkəzinin dəstəyi ilə Cənubi Koreyadan gətirdiyi 5 qurğu ilə saçlardan parik hazırlayan Sərdar Mura isə tələbatı ödəmək üçün maaşla işlətdiyi motosikletli işçiləri, ya da kənddəki vasitələrlə saç yığdırır. Bu sektorda 1972-ci ildən bəri olan və məsləyi atasından öyrənən Mura birbaşa tacirlərlə əlaqə yaradır. Sonuncular kəndlərdə saçını satmağa ehtiyacı olanlarla danışır və qiymətdə razılaşandan sonra onlarla danışıq aparırlar.
Hazırda Türkiyədə sintetik saçların hazırlanması ilə məşğul olan konkret müəssisə yoxdur. Buna görə də xam saçlar kəndlərdən alınaraq gözəllik salonlarında hazırlanır. Bu zaman saçlar müştərinin istəyinə uyğun modelə salınır, rəng verilir və hazırlanır. Bu sektorun qarşılaşdığı ən ağrılı hekayə isə oğlunu oxutmaq üçün dizindən aşağı saçlarını satan ana ilə bağlıdır. Mura danışıb ki, həmin qadın saçlarını ağlaya-ağlaya kəsdirib. Amma oğlunun universitet xərclərinin bir qismini ödəmək üçün bunun vacib olduğunu deyib.
Bu arada bir detalı da deyək ki, saç müştərilərinin əsas hissəsini xərçəng xəstəliyinə tutulan qadınlar təşkil edir. Belə ki, sonuncular kimya terapiyası mərhələsində tökülən saçları üzündən sıxıntılı günlər yaşayırlar. Keçəl görünmək istəməyən qadınlar məhz bu səbəbdən parikdən istifadə edirlər. Bundan başqa, həqiqi saçdan hazırlanan pariklər və qaynaqlar daha keyfiyyətli olur. Onlar daha gec yağlanır, gec çirklənir. Bu səbəbdən də onları ayda bircə dəfə yumaq kifayət edir. Belə saçların ömrü 2-3 ildir.
Ölmüş qadının saçı morqda kəsildi və...
Amma hər biznes kimi, bu biznesin də qaranlıq tərəfləri var. Belə ki, biznesin daha gəlirli olması üçün Türkiyədə, eləcə də üçüncü dünya ölkələrində qaranlıq yollara da baş vurulur. Bu günə qədər kriminal xronikada belə xəbərlərə tez-tez rast gəlinib: ölmüş qadının saçları morqda dibindən kəsildi. Xüsusən Afrika ölkələrində, habelə əksər ölkənin ucqarlarında saç biznesinin belə qaranlıq tərəfləri olur. Bu, çox vaxt ölü yaxınlarının icazəsi ilə baş verir, çox vaxtsa cinayətkar qrupun morq işçiləri ilə əməkdaşlığının nəticəsi olur. Həmin variantda saç biznesi ilə məşğul olanlar daha ucuz və sərfəli yollarla gəlir əldə etmiş olurlar. Halbuki həkimlər ölü insan saçının insan orqanizminə xeyli zərərli olduğunu açıqlayırlar.
Bu arada, qaynaqların zərərləri də az deyil. Birincisi və ən önəmlisi, qaynaqdan daim istifadə edənlər yuyulandan sonra onun keyfiyyətinin aşağı düşməsindən, rənginin, parlaqlığının itməsindən şikayətlənirlər. Hətta bəzən ağarmış saçları rəngləyib satışa çıxaranlar da olur ki, sonuncu yuyulandan sonra tamamən ağ rəngə çevrilir. Bundan başqa, qaynaq saçlar saçın həqiqi köklərinə də yüklənmə verir ki, bu da son nəticədə saçların tökülməsinə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-peşəkar üsullarla qaynaq edilmiş saçlar müştəridə keçəlləşmə də yarada bilər. Qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. Məsələn, qaynaqdan sonra yaş saçla yatmaq məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə onu hörmək və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla daranmalıdır.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR