
20-ci əsrin sonlarında bazar iqtisadiyyatına sürətli keçid Azərbaycanda da özəl sektorun inkişafına rəvac yaratdı. Digər sahələrdə olduğu kimi səhiyyə sistemində də özəl müəssisələrin yaradılmasına imkan verildi. Burada hədəf dövlətin üzərinə düşən yükün azaldılması, eyni zamanda əhalinin daha keyfiyyətli tibbi xidmət almasına yardımçı olmaq idi.
Səhiyyə biznesi
Mütəxəssis Elman Məlikov Milli.Az-a bildirib ki, ölkədə əhalinin ən sıx məskunlaşdığı paytaxt Bakıda, demək olar ki, hər il bir neçə özəl klinika fəaliyyətə başlayır. Türkiyə kimi böyük dövlətdə özəl xəstəxanaların sayı 400-dən çox olduğu halda, Azərbaycanda bu rəqəm 500-ü keçib:
“Gəlirli sahə olduğu üçün “yağışdan sonra çıxan göbələklər”də qiymətlər od tutub yanır. Burada məqsəd keyfiyyətli tibbi xidmət göstərmək olsa da əsas hədəf daha çox gəlir əldə etməkdir. Ölkədə tibbi fəaliyyətə başlamaq üçün lisenziyanın qiyməti 5500 manatdır. Hər halda, milyonlar qazanmaq üçün bu məbləği ödəmək imkanlı şəxslər üçün elə də böyük pul deyil. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də özəl klinikalarda buna əhəmiyyət verilmir. İş prinsipi belə qurulub: əvvəl pul, sonra tibbi yardım. Keyfiyyətli xidmətə və xəstənin sağalmasına isə heç kim zəmanət vermir. Bu vəziyyətə nəzarət isə dövlətin üzərinə düşür”.
E.Məlikov qiymətlərin baha olmasına belə münasibət bildirib: “Özəl klinikalarda həddən artıq bahaçılıq və eyni analizin qiymətinin bəzi klinikalarda fərqli olması müxtəlif səbəblərlə izah olunur. Burada xidmət göstərən həkimlərin peşəkar olması, texniki avadanlığın yeni və bahalı olması, həmçinin bu aparatlarla işləyən mütəxəssislərin öz peşələrini xaricdə daha dərindən öyrənmələri üçün kurs keçmə xərclərinin bu qiymətlərə təsir etməsi bəhanədir. Çox hallarda bir neçə özəl xəstəxanada verilən müayinənin fərqli cavabları olur. Buna səbəb bəzən bu müəssisələrdə adı təzə, ancaq reallıqda köhnə avadanlıqlardan istifadə, laboratoriyada peşəkar mütəxəssis çatışmazlığıdır”.
Özəl qiymətlər
Azərbaycanda hər il xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin əhalinin xəstələnməsi ilə bağlı yaydığı son məlumatlara əsasən, vətəndaşlar 2012-ci ildə tibb müəssisələrinə ən çox bu xəstəliklərdən müraciət ediblər: tənəffüs orqanları - 724 min 329 nəfər, həzm sistemi - 131 min 534, infeksion və parazit - 118 min 39, qan dövranı sistemi xəstəlikləri - 121 min 988, travmalar, zəhərlənmələr və digər səbəblərdən - 114 min 707 nəfər. Göründüyü kimi, ildən-ilə artan xəstəliklər vətəndaşların dövlət tibb ocaqları ilə yanaşı, özəl klinikalara müraciətinin sayında da artım müşahidə olunur. Özəl klinikalar bu artımdan məharətlə istifadə edirlər. Klinikaların həkimlərinin tez-tez müxtəlif telekanallara çıxaraq reklamla məşğul olması buna sübutdur.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl xəstəxananın qiymətləri heç də hamının cibinə uyğun deyil. Belə ki, son zamanlar reklam sayəsində xeyli müştəri toplayan özəl klinikaların birində həkim qəbulu 40 manatdır, qan analizi 8 manatdan başlayır. Kompüter tomoqrafiyası 15-150 manat arasında dəyişir. Cərrahi müdaxilə vacib olduğu təqdirdə, bütün analizlər daxil olmaqla ödün çıxarılması 850-900 manat, daxili orqanlarda əməliyyat isə 1000-1300 manat təşkil edir. Kiçik əməliyyat sayılan sünnət isə 50-100 manata başa gəlir.
"Loğman" klinikasında qiymətlər nisbətən aşağıdır. Pasientlər qan analizindən keçmək üçün minimum 5 manat, sidiyin ümumi analizi üçün isə 4 manat ödəməlidirlər. Tomoqrafiya 80-100 manat arasında dəyişir.
2 il öncə Dövlət Neft Şirkətindən alınaraq Səhiyyə Nazirliyinin balansına verilən və paytaxtda ən tanınmış tibb ocaqlarından olan Mərkəzi Neftçilər Xəstaxanasında da “özəl” qiymətlər mövcuddur. Ən çox ürək-damar sistemi, qaraciyər və böyrək xəstəliklərinin əməliyyatında ad çıxaran xəstəxanada ürək əməliyyatlarının qiyməti 5000 min manatdan yuxarıdır. Əməliyyatın növündən asılı olaraq bu qiymət bəzən 8500-10000 manata qədər yüksələ bilər. Bu hələ son deyil, ölkədə ən bahalı əməliyyat sayılan qaraciyərin transplantasiyasıdır ki, bunun qiyməti həmin xəstəxanada nə az-nə çox, 55 min manatdır. Əgər donor yaxın qohum deyilsə, bu məbləğ daha da artır. Digər klinikalarla müqayisədə burada normal doğuş analiz də daxil olmaqla 650 manata başa gəlir. Qeysəriyyə əməliyyatı isə ananın vəziyyətinə görə dəyişir və 800 manatdan başlayır.
Qonşuluqda yerləşən Leyla Şıxlinskaya Klinikasında da xidmətlərə bazar iqtisadiyyatına uyğun olaraq qiymət qoyulur. Burada doğuşun qiyməti 1200 manata təklif olunur. Qeysəriyyə əməliyyatı üçün isə daha 300 manat ödəmək lazımdır. Qanın ümumi analizi 8 manat, mədənin zondla müayinəsi 60 manat, rentgen müayinə isə 15-30 manat arasındadır.
Münasibət
Səhiyyə Nazirliyindən verilən açıqlamada bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarətin onların əlində olmadığını bildirdilər və vurğuladılar ki, bu prosesə nəzarət nazirliyin səlahiyyətinə aid deyil. Bununla İqtisadi İnkişaf Nazirliyi və digər maliyyə qurumları məşğul olur. Səhiyyə Nazirliyi isə həmin klinikaların dövlət standartlarına uyğun tibbi xidmət göstərib-göstərmədiyinə nəzarət edir. Bu sahədə hər hansı bir problem olarsa və bu problem həmin klinikanın fəaliyyətindən qaynaqlanarsa, müvafiq tədbirlər görülür. Burada həm cəza, həm də cərimə tətbiq oluna bilər.
XƏBƏR LENTİ
"Qalatasaray"dan bomba kimi xəbər
On altı qatlı paxlava (foto resept)
Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın indiki halı - FOTO
Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq
Bu şəxslər kommunal xərclərdən azad edildi
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Leonardo Di Kapriodan gözlənilməz addım
İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalandı
Birinci xanım payız yığımında
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı
Gənc qadınlara məsləhət
Hamiləlikdən sonra necə arıqlamalı?
Qabyuyana qoymamalı olduğunuz qablar
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
"Whatsapp"dan daha həyəcanverici yenilik gəlir
"Azərbaycan telekanallarında çal-çağır, şou-biznes verilişləri bağlansın"
Cud Lou altıncı dəfə ata oldu
Azərbaycanlı Belarusu alma cənnətinə çevirdi
“Eurovision” yeni formatda keçiriləcək
Cennifer Lopez toya gəldiyi libasla heyrətləndirdi - FOTO
NASA Marsdakı mavi qum səhrasının FOTOsunu paylaşdı
Bahar allergiyası
Seren Serengil ərini həbs etdirdi-SƏBƏB
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
İran parlamentinin 18 üzvü istefa verdi
Azərbaycan ordusuna hücum əmri
Azərbaycan çaylarının suyu azalıbmı?
Azərbaycanda analoqu olmayan şəlalə
Cəbhədən qaçan yüksək vəzifəli erməni məmurlar işdən qovuldu
Bədəni və zehni rahatladan üsullar
Yeni Windows-da nə var
Dekorasiyada sarı və boz rəng
"Çelsi" anti-rekorda imza atdı, "Liverpul" şokda
ADA 2014-2015-ci akademik il üçün magistratura proqramlarına tələbə qəbuluna start verir
Heç vaxt işləməyib pensiya almaq olarmı?
Robot işlədənlər əlavə vergiyə cəlb olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
Müdafiə Nazirliyinin mətbuat katibi açıqlama yaydı
Paraşütçü 25 il sonra sağ tapıldı-FOTO
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
İpoteka ilə bağlı yenilik gözlənilir
Tom Henks və xanımı koronavirusdan sağalandan sonra
Sərdar Ortaçın xanımı blogerlik edəcək
Bu şəxs attraksiona minmək naminə 85 kiloqram arıqladı
Zövq, yoxsa səviyyə?
Stalinin eşq hekayələri
“Ramo”da gözlənilməz ayrılıq - FOTO















- ŞƏRHLƏR