Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı aparılan monitorinqlərin nəticələrinə əsasən mövcud vəziyyət barədə məlumat verən nazirik yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova APA-ya açıqlamasında bildirib ki, bu gün ölkədə təhlükəli və ekstremal hal yoxdur. Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi ilə bağlı stabilləşmə gedir və bu gün ölkədə ekoloji durum qənaətbəxşdir.M.Avazova qeyd edib ki, atmosfer üzrə monitorinqlər əsasən iri şəhərlərdə, əhalinin sıx məskunlaşdığı ərazilərdə aparılır: “Hansısa kiçik ərazilərdə monitorinq aparılsa, onun heç bir mənası olmayacaq və bu, əlavə xərcdir. Amma Gəncə, Mingəçevir, Sumqayıt, Bakı kimi yerlərdə belə monitorinqlərin aparılması lazımdır. İstehsalat mənbələrinin olduğu, əhalinin daha çox məskunlaşdığı, nəqliyyat növünün sayının çox olduğu ərazilərdə atmosferin mühafizəsinə böyük ehtiyac var. Bu baxımdan həmin ərazilərdə mütəmadi monitorinqlər keçirilir. Dövlət sifarişi ilə nazirliyin xüsusi proqramları var və öz işlərimizi bunlara uyğunlaşdırırıq. İlin sonunda da bu barədə hökumətə məlumat verilir”.Nazirlik rəsmisi qeyd edib ki, ətraf mühitin ən çox çirkləndiyi ərazilər müəssisələrin yerləşdiyi və nəqliyyatın sıx olduğu rayon və şəhərlərdir. Onun sözlərinə görə, Azərbaycanda Mingəçevirdə, Gəncədə, eyni zamanda Sumqayıtda analoji hal qeydə alınır.M. Avazova vurğulayıb ki, bu gün ölkədə atmosferə atılan 100% tullantının 60-65%-i nəqliyyatın payına düşür. Onun da mənbəyinin məlum olduğunu deyən direktor müavininin fikrincə, 2000-ci ildə Bakıda 100 min nəqliyyat növü var idisə, artıq bu rəqəm 1 milyona yaxınlaşıb: “Təbii ki, bunun da şəhərə təsiri və təzyiqi çoxdur. Bakı şəhəri üzrə əhalinin sıx, nəqliyyatın intensiv olduğu və müəssisələrin daha çox yerləşdiyi ərazilərdə ətraf mühitə təzyiqlər daha yüksəkdir. Ancaq ətraf ərazilərdə bu təsir minimumdur. Ətraf mühitin çirklənməsi daha çox mərkəzdə qeydə alınır. Bakı şəhərində 4 milyona yaxın əhali yaşayırsa və onlardan gündə 1 kilodan artıq məişət tullantısı hesablansa ətraf mühitə hansı təsir və təzyiqlərin olduğunu düşünmək olar”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO
Üzə parlaqlıq verən maska
“Jazz”-ın yaranması
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Agentlər bu gözəlin izinə düşdülər
Dişləri də ağardan süd pəhrizi
Uşaq sahibi olan cütlər
Yerin yaxınlığından daha bir ASTEROİD keçdi-FOTO
Ordubad rayonu
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu
Pendirli pomidor dolması (foto-resept)
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
Xəzərdə nərə yoxa çıxır
Kobe ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə - FOTO
Konçita Vüst YENİ İMİCDƏ-FOTO
3 addımda köynəklərinizi yenidən yaradın
Amsterdam
Yanlış bildiyimiz məlumatlar
Torpaqda yetişdirilməyən gül
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var” - RƏSMİ
Hava haqqında - 06.10.2013
130 ölkədə 14 milyard ağac əkən gənc
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Fransada ara qarışdı
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
HAVA necə olacaq?
Kəlbəcər rayonunun Zivel kəndi - VİDEO
İlk kosmik turist təqdim edildi
Davudoğlunun Ermənistana səfərdədir
"Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir
Qadınların nifrət etdiyi 7 kişi geyimi
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Google-dan yeni xidmət
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Türkiyənin yeni azərbaycanlı baş naziri
Neft yenə bahalaşır
Dj Siena Xəyanət açıqlaması
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Bədxərcsiniz, yoxsa qənaətcil?
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
Ən məşhur taksi servisi Azərbaycana gəldi
Dünyanın ən varlı adamı məlum oldu
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 802 yeni yoluxma
Almaniyadan böhrandan çıxmaqla bağlı təklif: İş həftəsi dörd günə endirilsin
Qadın.Netlilərin ixtisas arzuları (son)
Qozlu bulka (foto resept)
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
"Facebook" "Like"dan reklam məqsədilə istifadə edəcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]