
Milli.Az Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavanın azerisport.az saytına müsahibəsini təqdim edir.
- Yəqin ki, "Çixura" ilə "Neftçi" arasında baş tutan ilk oyunu izləmisiz və baş verənlərdən xəbəriniz var. Bu matç daha çox nə ilə yadınızda qaldı?
- Öncədən onu deyim ki, söz-söhbətsiz ailə olmur. Qonşu, iki qardaş ölkə olduğumuzu unutmamalıyıq. Bu, həmişə belə qalacaq. Baş verən olayların da əksəri emosionallıqdan irəli gəlir. Emosional adam çox axmaqlıqlar edə bilər. Əgər nəsə qaydasında getmirsə, bu, o demək deyil ki, bütövlükdə hər şey qaydasında deyil. "Çixura" və "Neftçi" azarkeşlərinə demək istərdim ki, bu, bir futbol oyunudur. Belə bir oyunu siyasiləşdirmək lazımsızdır. Bizim AFFA ilə nəinki əməkdaşlıq, hətta qardaşlıq münasibətlərimiz var. Həmkarım Rövnəq Abdullayev həm də bizim federasiyanın neçə illərdir sponsorudur. SOCAR-ın sayəsində biz özümüzü maliyyə baxımından inamlı hiss edirik. Bütün bunları çox yüksək qiymətləndiririk. AFFA-nın baş katibi Elxan Məmmədov mənə kiçik qardaş kimidir, onu, ailəsini çox sevirəm. Bütün bunların fonunda belə bir münaqişədən danışmaq mənə qətiyyən xoş deyil. Ümid edirəm ki, baş verənlərin hamısı ilk oyunda qaldı və bir daha təkrarlanmayacaq.
- Tiflisdə eyni olayların təkrar olunmayacağına əminsiz?
- Belə olaylar olmamalıdır. Olanları da unutmaq lazımdır. Hamımız səhv edə bilərik. Hər iki tərəfin öz fikirləri var, özünə haqq qazandırır. Halbuki, biz qardaşıq. Heç kim bu cür münasibəti bir plakata görə korlaya bilməz. Bu, bir reallıqdır. Həmin xəritə isə qorxulu bir yuxudur, onu da unutmaq lazımdır.
- Gürcü azarkeşlər Ələkbər Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etməyə hazırdırlar?
- Federasiya bununla bağlı öz başsağlığını verib. Azarkeşlərə gəlincə, buna mən cavab verməli deyiləm. Minlərlə azarkeşin yerinə cavab verə bilmərəm. Hər şey ola bilər. Hər bir sürüdə bir-iki qotur qoyun tapmaq mümkündür. Amma əsl azarkeş, normal insan belə bir məsələyə həmişə anlayışla yanaşmalıdır.
- Cavab oyunundan nə gözləyirsiz?
- Hiyləgərlik edib "Neftçi"yə azarkeşlik edəcəyimi deyə bilmərəm. Öz ölkəmin vətənpərvər oğlu kimi, komandamıza azarkeşlik edəcəm. Qoy güclü qalib gəlsin. UEFA bizim bu oyunda rasizmə qarşı plakatla çıxmağımızı tələb edib. Azərbaycan və Gürcüstan komandalarının oyununa belə bir plakatla çıxmağımız mənim üçün xoşagəlməz haldır. Bu, düzgün deyil. Bir-iki nəfərin yanlış hərəkətinə görə yaranan bu anlaşılmazlığa görə üzr istəyirəm. Bu gün Tiflisə mənim qardaşım Elxan Məmmədov da gələcək. Çoxdan idi, onu görmürdüm. Ümid edirəm ki, siyasi heç bir məsələni müzakirə etməyəcəyik.
- İki ölkə arasındakı yaxşı münasibətlərdən danışırsız. Bəs niyə milli komandalar səviyyəsində yoldaşlıq görüşü keçirmirsiz?
- Belə bir danışıq olub. Amma hər iki ölkə yığması daha ciddi sınaqçı-rəqiblərlə qarşılaşmaq istəyir.
- Amma hərdən bu komanda özündən qat-qat zəif rəqiblərlə də qarşılaşır...
- Mənim qardaşım niyə zəif olmalıdır ki? (gülür) Biz belə bir yoxlama matçının əleyhinə deyilik. Belə bir təklif də olmuşdu. AÇ-2020-ni birgə təşkil etmək ideyası meydana gələndə çoxlu planlarımız var idi.
- Bakının AÇ-2020-nin oyunlarını qəbul etmək şansı var?
- 101%! Ümid edirəm ki, belə də olacaq. Bu, bizim regiona lazımdır.
- Bakı Olimpiya Stadionu barədə nə deyə bilərsiz?
- Bir müddət öncə orada olmuşdum. Şoka düşdüm. Möhtəşəm layihədir. Bakıdakı stadion AÇ-2020-nin ən yaxşı arenalarından biri olacaq.
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün baş örtükləri
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Cins donu necə geyinməli?
Təhlükəli oyuncaqlar
Ermənilərin Türkiyədəki dili Rusiyaya eyham vurdu
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Gələcəkdə enerji daşdan çıxacaq
Hər evli cütlüyün bilməli olduğu 4 maddə
Əli Əsədovdan iki mühüm QƏRAR
Əl tutma formasına görə münasibətin analizi
Çində rəsmli qəhvələr
Diqqət! Qasırğa var!
Hörük formaları
Kişilər üçün idman tərzi
Kişilər 130 kiloluq modelə güləşmək üçün pul ödəyirlər
Xankəndi tamamilə boşaldılıb – FOTO
Ərdoğan qalmaqallı qanunu təsdiqlədi
Qarağat mussu (foto resept)
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Yapon uşaqları niyə dahi olur?
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib
Gündə 3 ədəd ərik yesəniz..
Məşhurların 14 fevral paylaşımları
Hava necə olacaq?
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Uşaqların sosial-psixoloji inkişafı-25
Adobe Photoshop (Dərs-16)
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Hazal Kaya ana oldu-FOTO
"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim"
Aslı Özcanla bağlı iddialara cavab verdi
Türkiyədə vahimə yaşandı
Kraliça şahzadənin qərarından narazıdır
Aldadıldım! Nə edəcəm indi?!
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Gəlinlik saç düzümləri
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
1 dollara nə almaq olar?
Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib
Günün qoroskopu:Uğurlu gündür!
Bu əlamətlər xərçəngdən xəbər verir
İngilis dili-Nn
Sabahın HAVAsı
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO














