ANS PRESS-in Apa-ya istinadən məlumatına görə, bu il iyunun 9-da Tiflisdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Pərviz Ənvərli və digər şəxslər məhkəmənin mühafizə xidməti tərəfindən hədələnərək zorla məhkəmə binasından çıxarılıb.
P. Ənvərli açıqlamasında bu il iyunun 9-da Tiflisdə baş vermiş ağır yol qəzası barədə məlumat verib: “Tiflis şəhərindəki yaşayış binasının qarşısındakı 4 zolaqlı yolu keçən qayınanam, 53 yaşlı Azərbaycan vətəndaşı Zeynəb Məmmədova və onun yanında olan iki azyaşlı uşaq səkiyə çatarkən Tiflis sakini David Malazoniyanın idarə etdiyi “Mercedes ML” markalı nəqliyyat vasitəsi tərəfindən vurulub. 1961-ci il təvəllüdlü Z. Məmmədova ağır xəsarət alıb və Mərkəzi Universitet Klinikasının təcili yardım məntəqəsinə aparılıb. İstintaq materiallarına əsasən Z. Məmmədova həmin gün əməliyyata qəbul edilib və bir saat sonra aldığı xəsarətlər səbəbindən daxili qanaxma nəticəsində ölüm faktı qeydə alınıb. Hadisə yerinə gələn təcili yardım maşını qızım Zəhra Ənvərlini Mərkəzi Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə aparıb. Qayınanam Zeynəb Məmmədovanın çantasında mobil telefon olmasına baxmayaraq, yol-patrul polisi bizə hadisə barədə məlumat verməyib və naməlum meyitin identifikasiyası üçün heç bir addım atılmayıb, fakt isə naməlum səbəbdən bir neçə saat gizlədilib. 6 yaşlı qızım Zəhra Ənvərli özünün dediyinə görə, valideynləri haqqında, onların əlaqə telefonu və iş yeri barədə rəsmi şəxslərə lazımi məlumatları çatdırmasına baxmayaraq, nədənsə mənə və həyat yoldaşıma 7 saat məlumat verilməyib”.
P. Ənvərli bildirib ki, həmin gün saat 18.00-da 112 xilasetmə xidmətinə rəsmi axtarış verdikdən sonra mobil telefonun anten-müəyyənləşdirilməsi (geolokasiya) tələbi nəticəsində 18.30 radələrində xəstəxananın reanimasiya şöbəsində uşaqlarını tapa bilib: “Artıq iki aya yaxındır ki, döymədiyimiz qapı qalmayıb. Gürcüstanın baş naziri, daxili işlər naziri, Xarici İşlər Nazirliyi, baş prokuror və digər qurumlar cinayət işi ilə bağlı səfirlik tərəfindən, həm də mənim tərəfimdən rəsmi məlumatlandırılıb. Təəssüf ki, hələ indiyədək cinayətkar azad və asudə gəzir. Bizim dəfələrlə müraciətimizdən və yazışmalardan sonra zərərçəkən tərəfə məlumat verilmədən məhkəmə iclası keçirilib və ittiham olunan sürücü David Malazoniya barəsində iyulun 1-də 10 min lari məbləğində girov şəkilində qətimkan tədbiri seçilib. 11 iyun 2014-cü il tarixində Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstan XİN-ə rəsmi sorğunun verilməsinə baxmayaraq, bu günədək akkreditə dövlətin xarici siyasət idarəsi tərəfindən heç bir addım atılmayıb, hətta istintaq orqanları zərərçəkən diplomatı cinayət işi üzrə dindirməyib və etiraz tələbləri cavablandırılmayıb”.
P. Ənvərli sürücü David Malazoniya haqqında həbs qətimkan tədbiri seçilməməsini ədalətsizlik adlandırıb.
Avqustun 6-da məhkəmə iclasından sonra cinayət törədən David Malazoniyanın vəkili zərərçəkənlərlə, o cümlədən mərhum Zeynəb Məmmədovanın həyat yoldaşı Loğman Məmmədovla söhbət əsnasında onlardan D. Malazoniya ilə dil tapmalarını xahiş edib. Lakin L. Məmmədov cinayətkarın qanunla cəza alacağını və bağışlanmasının mümkün olmayacağını bildirib.
Hadisə ilə bağlı növbəti məhkəmə iclası avqustun 11-nə təyin edilib.
XƏBƏR LENTİ
Ət və piy haqqında gələn xəbərlər
Bu gündən Bakıda Şaxta baba və Qar qız işə başlayacaq - İcazə verildi
Ərdoğanın sosial media qorxusu
Bu günün hava proqnozu
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
Ləzzətli toyuq (foto resept)
İnternetdə parolu necə qorumalı?
Orta məktəblərə işə qəbul olunmaq istəyənlərlərin nəzərinə
Azərbaycanda sosial evlərin sayı artırılacaq
Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-66
Kitab bayramı keçiriləcək
Xəbər hazırlanması ilə bağlı tövsiyyələr
Kibariye Bakıda konsert verəcək
"Arka sokaklar"ın ulduzu yenidən "Survivor"da
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Jeleli tort (foto resept)
Rusiya gözəli ad gününü Praqada keçirtdi-FOTO
Koronaviruslu şəxs xəstəxanadan qaçdı - FOTO
Kosmosdan sirli səslər gəlir
Kəpəyə son qoymaq üçün təbii yollar
Şəhid polkovnik-leytenantın xanımı: "Yenə də səni seçərdim"
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Məişət texnikası da bahalaşdı
Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanıldı
Məşhur müğənnini görənlər tanımadı-FOTO
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - FOTO/VİDEO
Uşaqlara qənaət etməyi necə öyrətməli?
25 ən təhlükəli ərzaq - SİYAHI
İstifadəyə yararsız çimərliklərin SİYAHISI
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
Saç aksessuarları
HAVA necə olacaq?
Hamiləlikdə kök yeməyin faydaları
Dünya bu əkizlərdən danışır - FOTO
Elektrik siqnalları toxunma hissinə necə çevrilir?
Oberammerqau
Məşhur cütlüyün beşinci övladı doğuldu
Bayram günlərində küçəyə çıxmağa məhdudiyyət qoyulacaq? - RƏSMİ
Seren Serengil işdən qovuldu-SƏBƏB
Riyazi məntiq. Fəsillər
Selena Gomezdən yeni FOTOsessiya
İlham Əliyevə “putyovka” hədiyyə olundu
Uzun və sağlam saçlar üçün
Ziyafət donları
Doğuşun yaxınlaşdığını göstərən 4 hal
Qadınsız ev-Günəşsiz bir dünyadır! Nə od yansa, qızınmır ki, qızınmır...
- ŞƏRHLƏR