
Eləcə də aldığı hər hansı bir ərzağın ən yaxşısı olmasında da diqqətli olur. Çünki sağlam qidalanmaq sağlamlıq üçün əsas şərtdir. Elə bu səbəbdən də piştaxtalarda bahalı görünən bütün ərzaqlar ən yaxşısıdır təəssüratı bağışlayır.
Şəhər əhalisi arasında da belə bir fikir mövcuddur. Ən yaxşı qida bahalı və görünüşcə ən çirkin olanıdır. Zaman-zaman bahalı və çirkli anlayışları üst-üstə düşməsə də yumurta məsələsində bu, tam təsdiqini tapır. Belə ki, bazarlarda və dükanlarda ən çirkin yumurtalar kənd yumurtası adı ilə daha baha, yaraşıqlı və təmiz yumurtalar şəhər yumurtası adı ilə nisbətən ucuz olur.
İnsanların seçimi də çox vaxt kənd yumurtasında olur. Çünki kənd yumurtaları sağlamlıq üçün daha faydalı və daha dadlıdır düşüncəsi mövcuddur. Paytaxt sakinlərinin çoxu da elə kənd yumurtası tərəfdarıdır. Əksəriyyəti isə kənd yumurtası, yaxud "məhəllə" yumurtası olduğunu ayıra bilmədiyi üçün ən təmizi şəhər yumurtalarına üstünlük verirlər.
Yumurtanın insan sağlamlığında rolu isə əvəzedilməzdir. Terapevt Aydan Əzimova deyir ki, yumurtanın haradan alınmasından asılı olmayaraq insan orqanizmi üçün çox vacibdir. Təbii ki, kənd yumurtaları daha faydalı və daha vitaminlidir, lakin bu o demək deyil ki, kənd yumurtası yoxdursa, ümumiyyətlə, yumurtadan imtina edilməlidir. Kiçik yaşlardan etibarən yumurta yeməyə adət etmək lazımdır: "Kənd yumurtası broyler fabriklərinin istehsal etdiyi yumurtadan çox fərqlənir. Çünki kənddə olan toyuqlar müxtəlif otlarla, bitkilərlə qidalandığı üçün onların yumurtalarının tərkibi vitaminlərlə zəngindir. Kənd yumurtasının qabığı digər yumurtadan daha qalın olur. Ölçüləri olduqca kiçik olur. Yumurtanın sarısı deyilən hissə daha tünd rəngli olur və o hissənin dadı daha kəskin olur. Şəhər yumurtalarında isə yumurtanın sarısı ağına çox yaxın olur və rəng etibarilə elə də tünd olmur. İkisini müqayisə etsək, kənd yumurtası daha faydalıdır".
Yumurtanın insan orqanizminə faydasına gəlincə, həmsöhbətimiz deyir ki, yumurta çox gec həzm olunan qidadır. Buna görə də, axşam saatlarında yumurta yeyib yatmaq heç məsləhətli deyil. Yumurtanın tərkibindəki yüksək xolesterola görə bəzən həkimlər yumurtanın qəbulunun minimum endirilməsinin tərəfdarı olur. "Lakin gündə 1 yumurta yemək xolesterolun artımına ciddi təsir göstərmir".
Terapevtin bildirdiyinə görə, yumurta tərkib etibarilə çox zəngindir və 1 yumurta gündəlik zülal normasının 12%-14% təşkil edir. Vitaminlərə gəldikdə isə, A, D, E, B3, B12, fol tuşusu və xolin aiddir. Həmçinin yod, sink, kalsium, maqnezium, dəmir və fosfor kimi mineral və mikroelementlər də var. Toyuq yumurtasının tərkibində həmçinin selen antioksidantı da vardır: "Yumurta yeməklə biz, ürək-damar sistemi xəstəlikləri və qadınlarda döş xərçənginin yaranma təhlükəsini azaltmış oluruq. Toyuq yumurtasında olan maddələr həmçinin saçların qorunması, dərinin qidalandırılması, kəpək və qırışlarla mübarizə aparılması, diş və sümük toxumasının bərkidilməsi, piy və xolesterinin istifadə olunmasına səbəbdir. Bundan əlavə isə görmə qabiliyyətinə yaxşı təsir göstərən bu məhsul, qidalı və azkalorilidir. İnsanı gün ərzində tox tutur, enerji verir, gümrah hiss etməyə kömək olur".
Mütəxəssislər məsləhət görürlər ki, bəzən mənşəyi bəlli olmayan ət məhsulları kimi rast gəldiyimiz qidalar əvəzinə, daha çox tərkibi vitaminlərlə zəngin və ən əsası daha ucuz qiymətə satılan yumurta kimi qida qəbul etmək daha münasibdir. Eyni zamanda belə düşünürlər ki, yumurta heç bir zaman çiy yeyilməməlidir. Çünki onun içərisində olan zülallar, xüsusilə də biotin zülalı orqanizmdə B vitaminin inkişafının qarşını alır. Yumurta bişərkən biotin zülalı öz funksiyasını itirərək dağılır. Bu səbəbdən də bişdikdən sonra yumurtanı yeməyin heç bir qorxusu yoxdur. Çünki B vitamini öz inkişafını davam etdirir. Amma çiy yumurta yeyən insanın B vitaminindən başqa beynində də ciddi problemlər yaranır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olundu
Burada 8,7 milyon işsiz var
Anomal hava daha bir ölkəni cənginə aldı
Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
Türkiyədən Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bal və darçınla arıqlamaq
Facebook-da daha bir yenilik
Saç düzləşdirən süd maskası
İnsan ölümqabağı nə haqda düşünür?
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Culiya Robert Malibuda dincəlir-FOTO
Volkswagen-dən hibrid Golf GTE
Saç kəpəyinin yaranma səbəbi(1)
İlk mavi gözlülər harda yaşayıb?
Üzüyün qaşı hər kəsi qorxutdu-FOTO
İrem Derici estetik əməliyyatlarından danışdı
"Kakos həzzi" tortu(foto resept)
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Dünyada ən çox onun ayaqqabısı var
Elektron siqaretlər yasaqlanacaq
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
İlk baxışdan eşq olarmı?
Türkiyə ilə pasport rejiminin ləğv edilməsinin daha bir üstünlüyü - RƏSMİ
Avstriyada hökumət dəyişəcək?
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Orduda gülənçi izlərinin axtarışı başladı
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Gəlinlik modelləri
Koronavirusa görə dünya əhalisinin 20 %-i karantindədir
Sonsuzluq
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Mavi Dəniz Effekti (Dərs-6)
Əhalinin gəlirləri artdı
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
BMT soyqırımı demədi
"Ya-Sin" sözünün mənası nədir?
HAVA necə olacaq? 23 İyun
“Fənərbaxça” lider oldu
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Bakıda ərzaq qıtlığı təşvişi
Kralın səhər yeməyi pudinqi (foto resept)















- ŞƏRHLƏR