Qadin.NET / "Kənd" və "şəhərli"yə ayırdığımız yumurtanın bilmədiyiniz "əmma"ları

"Kənd" və "şəhərli"yə ayırdığımız yumurtanın bilmədiyiniz "əmma"ları

Eləcə də aldığı hər hansı bir ərzağın ən yaxşısı olmasında da diqqətli olur. Çünki sağlam qidalanmaq sağlamlıq üçün əsas şərtdir. Elə bu səbəbdən də piştaxtalarda bahalı görünən bütün ərzaqlar ən yaxşısıdır təəssüratı bağışlayır.
Şəhər əhalisi arasında da belə bir fikir mövcuddur. Ən yaxşı qida bahalı və görünüşcə ən çirkin olanıdır. Zaman-zaman bahalı və çirkli anlayışları üst-üstə düşməsə də yumurta məsələsində bu, tam təsdiqini tapır. Belə ki, bazarlarda və dükanlarda ən çirkin yumurtalar kənd yumurtası adı ilə daha baha, yaraşıqlı və təmiz yumurtalar şəhər yumurtası adı ilə nisbətən ucuz olur.
İnsanların seçimi də çox vaxt kənd yumurtasında olur. Çünki kənd yumurtaları sağlamlıq üçün daha faydalı və daha dadlıdır düşüncəsi mövcuddur. Paytaxt sakinlərinin çoxu da elə kənd yumurtası tərəfdarıdır. Əksəriyyəti isə kənd yumurtası, yaxud "məhəllə" yumurtası olduğunu ayıra bilmədiyi üçün ən təmizi şəhər yumurtalarına üstünlük verirlər.
Yumurtanın insan sağlamlığında rolu isə əvəzedilməzdir. Terapevt Aydan Əzimova deyir ki, yumurtanın haradan alınmasından asılı olmayaraq insan orqanizmi üçün çox vacibdir. Təbii ki, kənd yumurtaları daha faydalı və daha vitaminlidir, lakin bu o demək deyil ki, kənd yumurtası yoxdursa, ümumiyyətlə, yumurtadan imtina edilməlidir. Kiçik yaşlardan etibarən yumurta yeməyə adət etmək lazımdır: "Kənd yumurtası broyler fabriklərinin istehsal etdiyi yumurtadan çox fərqlənir. Çünki kənddə olan toyuqlar müxtəlif otlarla, bitkilərlə qidalandığı üçün onların yumurtalarının tərkibi vitaminlərlə zəngindir. Kənd yumurtasının qabığı digər yumurtadan daha qalın olur. Ölçüləri olduqca kiçik olur. Yumurtanın sarısı deyilən hissə daha tünd rəngli olur və o hissənin dadı daha kəskin olur. Şəhər yumurtalarında isə yumurtanın sarısı ağına çox yaxın olur və rəng etibarilə elə də tünd olmur. İkisini müqayisə etsək, kənd yumurtası daha faydalıdır".
Yumurtanın insan orqanizminə faydasına gəlincə, həmsöhbətimiz deyir ki, yumurta çox gec həzm olunan qidadır. Buna görə də, axşam saatlarında yumurta yeyib yatmaq heç məsləhətli deyil. Yumurtanın tərkibindəki yüksək xolesterola görə bəzən həkimlər yumurtanın qəbulunun minimum endirilməsinin tərəfdarı olur. "Lakin gündə 1 yumurta yemək xolesterolun artımına ciddi təsir göstərmir".
Terapevtin bildirdiyinə görə, yumurta tərkib etibarilə çox zəngindir və 1 yumurta gündəlik zülal normasının 12%-14% təşkil edir. Vitaminlərə gəldikdə isə, A, D, E, B3, B12, fol tuşusu və xolin aiddir. Həmçinin yod, sink, kalsium, maqnezium, dəmir və fosfor kimi mineral və mikroelementlər də var. Toyuq yumurtasının tərkibində həmçinin selen antioksidantı da vardır: "Yumurta yeməklə biz, ürək-damar sistemi xəstəlikləri və qadınlarda döş xərçənginin yaranma təhlükəsini azaltmış oluruq. Toyuq yumurtasında olan maddələr həmçinin saçların qorunması, dərinin qidalandırılması, kəpək və qırışlarla mübarizə aparılması, diş və sümük toxumasının bərkidilməsi, piy və xolesterinin istifadə olunmasına səbəbdir. Bundan əlavə isə görmə qabiliyyətinə yaxşı təsir göstərən bu məhsul, qidalı və azkalorilidir. İnsanı gün ərzində tox tutur, enerji verir, gümrah hiss etməyə kömək olur".
Mütəxəssislər məsləhət görürlər ki, bəzən mənşəyi bəlli olmayan ət məhsulları kimi rast gəldiyimiz qidalar əvəzinə, daha çox tərkibi vitaminlərlə zəngin və ən əsası daha ucuz qiymətə satılan yumurta kimi qida qəbul etmək daha münasibdir. Eyni zamanda belə düşünürlər ki, yumurta heç bir zaman çiy yeyilməməlidir. Çünki onun içərisində olan zülallar, xüsusilə də biotin zülalı orqanizmdə B vitaminin inkişafının qarşını alır. Yumurta bişərkən biotin zülalı öz funksiyasını itirərək dağılır. Bu səbəbdən də bişdikdən sonra yumurtanı yeməyin heç bir qorxusu yoxdur. Çünki B vitamini öz inkişafını davam etdirir. Amma çiy yumurta yeyən insanın B vitaminindən başqa beynində də ciddi problemlər yaranır. 

Mənbə: Milli.Az

11 iyul 2014
GO BACK