
Təbii ki, söhbət xolesterindən gedir. Azərbaycanda son vaxtlar ürək-damar xəstəliklərinin geniş yayıldığını, fatal sonucla bitən bu bəlanın sanki "epidemiyası"na düşdüyümüzü və azərbaycanlıların orta ömür müddətinin avropalılarla müqayisədə 10-15 il az olduğunu nəzərə alsaq, xolesterindən biz daha çox qorxmalıyıq. Zira xolesterin ürək arteriyasını və beyni ateroskleroz (ürək-damar sistemi xəstəliyi) yaratmaqla təhdid edir.
XOLESTERİN - piyəbənzər maddədir. Onun 2/3-si qaraciyər tərəfindən hasil edilir, qalan hissəsi isə yeməklə orqanizmə daxil olur.
Əslində, xolesterin orqanizmin əsas tikinti materiallarından biridir, sinir toxumalarının, hormon və D vitaminin tərkibinə daxildir. Xolesterin hüceyrə membranının (pərdəsinin) tikinti materialıdır. O, skelet əzələləri üçün enerji mənbəyidir və zülalların əlaqəsində mühüm rola malikdir. Lakin normadan artıq, izafi olanda xolestrin zəhərə çevrilir.
Normal səviyyəni azacıq keçən kimi artıq xolestrin damarların divarlarına (ürək və beyni qanla təmin edən aorta və arteriyalarda, böyrək və ayaqlarda) çökməyə başlayır. Yağ şırımları tədricən qalınlaşır və piləyə çevrilir. Nəticədə arteriyalarda axın daralır.
Xolesterin piləkləri daha sonra əhəngləşir, laxta yaradır. Daha sonra qalınlaşan və şaxələnən bu laxtalar damarları tıxanmış vəziyyətə salır. Tromboz - damarlarda qan laxtasının əmələ gəlməsi isə infarkt, insult, ürək əzələlərinin və beynin bir hissəsinin ölməsinə aparır.
Xolesterinin qanda əsas "nəqliyyat vasitəsi" lipoproteidlərdir. Lipoproteid yağ (lipid) və zülaldan ibarətdir. Qeyd edək ki, xolesterindən xolesterinə fərq var: biri "pis", digəri isə "yaxşı"dır. "Yaxşı" xolesterində lipoproteid yüksək sıxlığa malik olur, "pis"də isə lipoproteid aşağı sıxlıqdadır və 70% xolesterindən ibarətdir, adətən damarların divarına çökür. Birinci növ xolesterin "pis" növü periferiya toxumalarından qaraciyərə axıdır və orada o, əsasən öd (səfra) turşusu hasil edir.
Məsləhət
Yediyiniz yeməkdə xolesterinin qəbulu gün ərzində 300 mq-ı keçməməlidir. 100 q heyvan yağında 100-110 mq xolesterin olur.
Qida rasionumuzda xolesterini çox olan və ya orqanizmdə onun hasilinə şərait yaradan məhsulları azaltmaq lazımdır.
Xolesterinli məhsullar: donuz əti, qoyun əti, mal əti, ciyər, böyrək, toyuq ətinin dərisi, hisə verilmiş pendirli kolbasa (bu məhsullarda xolesterinin miqdarı 100-112 mq arasındadır).
Ətdən bulyon hazırladıqdan sonra onun soyumasını gözləyin və üzərindəki donmuş yağı bir kənara atın.
Balıq əti (xüsusən onun yağlı növləri - skumbriya, sardinya, qızılbalıq, kütüm, siyənək balığı) yemək daha faydalıdır. Onlardakı omeqa-3 yağ turşuları infarkt miokarda tutulmaq riskini 3 dəfə azaldır.
Yumurta sarısında da xolesterin çoxdur və həftə ərzində 3-4 yumurtadan artıq yeməyin.
Xolesterin kərə yağında, qaymaqda, xamada, yağlı kəsmikdə və süddə də çoxdur. Daha çox bitki yağlarına üstünlük verin.
"Pis" xolesterinin izafi səviyyəsində menyunuzda tərəvəz və meyvələri artırın. Narıncı rəngli meyvələrə xüsusi üstünlük verin. Limon şirəsi də faydalıdır.
Gün ərzində az miqdarda alkoqol - 200 qram şərab, 60 qram konyak və ya 220 qram şərab yaxşı xolesterin yaradır.
Çay içmək faydalıdır, tərkibində flavonidlər (R mitaminləri) kapilyarların strukturunu qoruyur. Xüsusilə də nə qədər çox yaşıl çay içsəniz, "pis" xolesterinin səviyyəsi o qədər düşəcək, "yaxşı"sı artacaq.
Mineral sular və şirələr faydalı, qəhvə isə ziyanlıdır.
Piylənmə risk faktorlarını artırır. Kökəlməyə qarşı (pəhrizlə yanaşı) çarə hərəkətdə olmaqdır: fiziki əməklə məşğul olun, gimnastika, rəqslər, gəzinti - əzələlərinizi sevindirən nə iş varsa, faydalıdır. Fiziki fəal adamlarda "yaxşı" xolesterinin səviyyəsi yüksək, "pis"inki isə az olur.
Heç olmasa, həftədə 3-5 dəfə normal templi yarımsaatlıq gəzintiyə çıxın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Azərbaycan coğrafiyası" dərsliyi ləğv olunur...
Dekabrın 31-i Bakıya qar yağacaq?
Karantin məşhur cütlüyü yenidən birləşdirdi-FOTO
Üzdəki ləkələr üçün təbii vasitələr
Cəbhədə son vəziyyət
Düşmən silahlıları hərbçilərimizi atəşə tutdular
Bunları bilirsinizmi?
Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Yulaflı brokoli şorbası (foto-resept)
Günün ulduz falı
Maaş əndişəsinə son
ÜST-dən karantini bitirmək istəyən ölkələrə XƏBƏRDARLIQ
Lavrovla Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Altıaylıqsan?.. İşbilməz! - MÜZAKİRƏ
"Yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq"
Universitetlərə qəbul qaydaları dəyişir
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həkimlərə dəstək üçün qayıqla çılpaq səyahətə çıxdı - FOTO
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Günün ulduz falı
İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu
Dərinin qocalma prosesindəki dəyişikliklər
Gəncədə sərin su aksiyası
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Kiçik apteklərin sonu gəldi
Putin: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”
Zümrüd
Beyni öldürən qidalar
Aromaterapiya hansı xəstəlikləri müalicə edir?
Pendirli çörək (foto resept)
Klinton prezidentlik iddiasında - 2020-ə hazırlıq
Daha 548 nəfər koronavirusa yoluxdu - 10 xəstə vəfat etdi
HAVA necə olacaq?- 3 MAY
Azərbaycanlı hərbçilər Kəlbəcərdə
Hər kəsi Təəccübləndirən Hadisə yaşandı-FOTO
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - VİDEO
Eurovision-2019-un sloqanı məlum oldu
iPad mini-də Retina olacaq
İşinizi asanlaşdıracaq praktik məsləhətlər
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
İtaliya restoranlarında delfin ətindən yemək verilir
Ov mövsümü açıldı
Kəpənək qalstuklarının tarixcəsi
Ləzzətli kabab
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
8 May Şuşanın işğalı günüdür!















- ŞƏRHLƏR