Müasir dövrdə informasiya texnologiyalarının güclü inkişafı insanların işlərini asanlaşdırmaqla yanaşı, özü ilə sağlamlığa zərər vuran problemlər də gətirir. Bunların sırasında, əsasən, gənclərin və məktəb yaşlı uşaqların daha çox istifadə etdikləri smartfonlar, planşetlər və tabletləri saymaq olar. Bu tip cihazlar gündəlik həyatda istər təhsil, istərsə də digər sahələrdə istifadə olunduğu kimi əyləncəli oyunlar üçün də vazkeçilməz vasitəyə çevrilib.Amerika və ingilis tədqiqatçıların apardıqları araşdırma nəticəsində bu “ağıllı” texnoloji yeniliklərdən həddən artıq istifadə insan orqanizminə zərərli təsirlərinin ortaya çıxdığı sübut olunub. Burada söhbət həm fiziki, həm də beyinə olan mənfi təsirdən gedir. Belə ki, ofis şəraitində bu cihazlarla işləyənlərin daha çox bel və boyun ağrılarından şikayət etdikləri müəyyən edilib. Buna səbəb isə hərəkətsiz vəziyyətdə uzun müddət qalmaqdır ki, bu da əzələlərin və damarların gərilməsi ilə nəticələnir.
Həkim-oftalmoloq Kəmalə Abbasova Milli.Az-a açıqlamasında kompüter texnologiyalarının gözə zərərli təsirindən danışaraq bildirib ki, insanların bu tip cihazlardan çox istifadə etməsi onların sağlamlığını ciddi təhlükəyə atır. Əsasən də, smartfonlar və planşetlərin rəngli və parlaq işıqlı olması gözlərdə qızarma, yanma, yorğunluq, quruluq, bulanıq görmə, bir əşyanı iki görmə kimi simptomlara səbəb olur:
“3-4 saatdan çox onlarla dayanmadan işləyən şəxslərin çoxunda bu tip problemlərlə tez-tez rastlaşırıq. Normalda insan, dəqiqədə 14-18 dəfə gözünü qırpmalıdır. Ancaq bu cihazlarla işləyən zaman bu say 6-7 dəfəyə qədər azalır. Gözlər bir nöqtəyə zilləndiyi üçün göz qapaqlarında qırpma azalır, onlarda zamanla quruma baş verir və gözlərdə iti görmə qabiliyyəti pozulur. Buna bağlı olaraq görmə vasitələrində yanma, batma kimi şikayətlər ola bilər. Ekrana, gözlər qırpmadan davamlı baxmaq baş ağrılarının yaranmasına da səbəb olur”.Oftalmoloq tövsiyə edir ki, bu vasitələrdən istifadə edərkən onları 50 sm məsafədən yaxına qoymaq olmaz. Bu cihazlar göz bərabərindən yuxarıda olmamalıdır. Ən əsası isə gecə saatlarında və qaranlıq otaqda onlardan istifadə etmək daha ciddi fəsadlar verə bilər. Çünki bu zaman gözlər daha tez yorulur. Bu yorğunluğun qarşısını almaq üçün isə gözlərə dinclik verilməli və bir neçə dəqiqə uzaq məsafəyə baxmaq lazımdır.
Təhlükə mənbəyi - göy rəng
Həkim-nevropatoloq Leyla Vəliyevanın Milli.Az-a dediyi sözlərinə görə, bu tip cihazlarla uzun müddət işləyənlərdə əsəblər oyaq olur. Onlarda aqressivlik hiss olunur. Bir növ asılılıq yaranır, yuxu pozğunluğu əmələ gəlir ki, bu da nevrozla nəticələnir. Belə insanlar özlərinə qapanır, heç kimlə ünsiyyət qurmaq istəmirlər. Bu cihazlarda, əsasən, parlaq göy rəng xüsusi zərərlidir. Belə ki, orqanizmin istirahəti üçün vacib və yuxu üçün önəmli olan melatonin hormonun ifrazı azalır. Həmçinin sinir sisteminin dincliyi pozulur.Belə problemlərlə üzləşməmək üçün iş rejimində dəyişiklik etmək lazımdır. Tez-tez fasilə vermək məsləhətdir. Otağın işıqlandırma və havalandırma sistemi normal olmalıdır.
Nevropatoloq bildirib ki, smartfon, planşet, tablet və mobil telefonlara alüdəçilik daha çox orta məktəb şagirdləri və tələbələr arasında geniş yayılıb: “Alüdəçilik o həddə çatıb ki, onlar hətta yolu keçərkən bütün diqqətlərini bu cihazlardan ayıra bilmirlər və həyatlarını təhlükə qarşısında qoyurlar. Qeyd edim ki, artıq bu cihazlara asılılığın artmasını nəzərə alaraq İngiltərədə problemi aradan qaldırmaq üçün klinika yaradılıb. Əsasən, gəncləri bu asılılıqdan qurtarmaq məqsədi ilə Londonda xəstəxanaların birində xüsusi proqramlar həyata keçirilir. Burada xəstələrin fiziki sağlamlığının yaxşılaşdırlması ilə yanaşı, onlara necə qidalanacaqları öyrədilir və cəmiyyətə adaptasiya olmalarına köməklik göstərilir”.
Oturaq iş rejimi
Həkim-terapevt Mətanət Məmmədova Milli.Az-a açıqlamasında deyir ki, bu cihazlarla işləmək qan azlığı yaradır. Uzun müddət oturaq vəziyyətdə işləmək aşağı ətraflarda qan dövranı pozğunluğu əmələ gətirir. Daim tərpənmədən bir vəziyyətdə oturaraq işləmək beldə, boyunda ağrılar yaradır. Məhz bu səbəbdən daha çox boyunda ostexandrozun əlamətləri ortaya çıxır. Hərəkətsiz qalma nəticəsində qan axını yavaşlayır ki, bu da kişilərdə prostatda problemlərə və impotensiyaya səbəb olur. Qadınlarda isə mioma və kista kimi ginekoloji xəstəliklərə rəvac yarada bilər.Bundan başqa passiv və oturaq iş rejimi, əsasən, mədə-bağırsaq xəstəliklərinin artmasına, hərəkətsizlik ucbatından bağırsağın perstaltikasının pozulması nəticəsində qəbzliyin yaranmasına səbəb olur: “Vaxta qənaət etmə düşüncəsi ilə elə iş başında doğru və vaxtında qidalanmamaq, əsasən qızardılmış yeməklərə üstünlük verilməsi orqanizmə zərərli olan kökəlmə ilə də nəticələnir”.
Tövsiyə
Sağlamlığımızın qeydinə qalmaq üçün, kompüter, smartfon,planşet və bu tip cihazların verə biləcəyi zərərləri minimuma endirmək üçün nə etməli?
- Onların qarşısında uzun müddət oturulmamalı və çalışmaq lazımdır ki, bu vaxt 45 dəqiqədən çox olmasın,
- İşləmə məsafəsi 50 sm-dən aşağı olmamalı, çalışma zamanı baş aşağı salınmamalı, dik oturmaq lazımdır, qolların yorulmaması üçün daha çox açıq vəziyyətdə işləməyə üstünlük verilməli,
- Aşağı ətraflarda qan dövranı pozğunluğu yaranmaması üçün ayaqlar hündür olmayan əşya üzərinə qoyula bilər, həmçinin tez-tez hərəkət etdirilməli, əzələlər isə masaj edilməlidir,
- Ən az bir saatdan bir ayağa qalxaraq gəzmək, boyun və bel ağrılarının profilaktikası üçün dartınmaq və müxtəlif idman hərəkətləri etmək faydalıdır,
- Bol maye qəbuluna üstünlük verilməli, zərərli vərdişlərdən – siqaret, alkoqollu və kafeinli içkilərdən çəkinmək lazımdır.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq