
“Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta məsləhət də görə bilmərəm”... Yazılanlara inansaq, Hippokratın bu sözləri eftanaziyanın əleyhinə olan cümlələr kimi tarixə düşüb. Hər nə qədər qədim tibbdə eftanaziyaya sıcaq baxılmasa da, müasir elm yaşam üçün bütün çarələr tükənəndə sözügedən üsuldan yararlanır.Son dövrlər səhiyyə ocaqlarında baş verən saysız-hesabsız ölüm xəbərlərini oxuyanda adamın ağlına ancaq bu gəlir: bəlkə bu ölümlərin çoxu eftanaziyanın əsəridir? Amma sonradan məlum olur ki, ölkədə qanunla eftanaziya qadağandır. Və baş verən ölümlər də əsasən həkim səhlənkarlığı, savadsızlığı, xəstənin məlumatsızlığı ucbatından baş verib. Amma bəzi dünya ölkələri eftanaziyanı qəbul edib və bu, mütləq zərurət olduğu halda tətbiq olunur. Ölkələr üzrə mənzərəyə keçməzdən əvvəl eftanaziyanın tarixinə və mahiyyətinə nəzər salaq. Hollandiyada eftanaziyaya verilən tərif aşağıdakı kimidir: “Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır”. Yunan dilindən tərcümədə isə bu söz “gözəl ölüm” deməkdir. “Evtanaziya” sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb.
Dünyanın bir neçə ölkəsində insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da “sionist işğalçılarına qarşı şəhadət” deyilir. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-ın Oreqona, Vaşinqton, Oregon, Montana və Vermont ştatlarıdır. Belçika parlamenti isə eftanaziya qanununa dəyişiklik edərək onun uşaqlara da şamil olunmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir. Eftanaziya Təşkilatının sədri Petra de Yonq verdiyi açıqlamada bildirib ki, eftanaziya xəstələrin şəxsi həkimləri varsa, psixiatrları və müalicə olunduqları xəstəxanalarla müzakirə aparıldıqdan sonra həyata keçirilir. Eftanaziyanın müxtəlif formaları var. Passiv eftanaziya müxtəlif şərtlər altında müxtəlif ölkələrdə qanuni olduğu halda, aktiv eftanaziya bir çox ölkədə qadağandır. Passiv eftanaziya dedikdə öldürücü yoluxucu xəstəliyi olan birinin müalicə edilmədən passiv olaraq ölümünə gətirilib çıxarılması deməkdir.
Mövzuya aidiyyəti olduğu üçün bir detalı da qeyd edək. Bu günədək həyatına eftanaziya vasitəsilə son verən məşhurlardan biri kimi filosof Ziqmund Freydin adı çəkilir. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da eftanaziya ilə dünya ilə vidalaşıb.
ABŞ-dan olan erməni əsilli həkim Cek Gevorkyan isə 130 nəfəri eftanaziya edərək insanlıq tarixinə “ölüm həkimi” kimi düşüb. Gevorkyan bulvar qəzetlərindən birindəki elanda yazırdı: “Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm”. Məsələnin üstü açıldıqdan sonra C.Gevorkyana 25 il həbs kəsilib və o, həkimlik haqlarından ömürlük məhrum edilib.
Bu arada xatırladaq ki, bəzi ölkələrdə xəstənin taleyi ilə bağlı olan bu qərar məhkəmə vasitəsilə verilir. Əks halda, onun tibbi bir şəkildə ölməsi cinayət aktı kimi həkimin adına yazılır və onu ciddi məsuliyyət gözləyir. Ötən yay dünya mətbuatında yer alan bir xəbər də elə bu qəbildən idi. Amma bu dəfə xəstəxanada yer boşaltmaq məqsədilə eftanaziya aktı baş vermişdi. Hadisə Braziliyanın Kuritiba şəhərində, intensiv terapiya xəstəxanasının baş həkimi Soareş de Souzanın ən azı 7 nəfərin ölümündə günahkar olmasından sonra cəmiyyətə açıqlanmışdı. İttiham olunanlar arasında Souza ilə yanaşı daha 3 həkim, 3 tibb bacısı və fizioterapevt olub. Onlar kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlərə eftanaziya tətbiq ediblər.
* * *
Azərbaycanda isə eftanaziya qanunla qadağandır. “Pasiyentin hüquqları haqqında” qanunda tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirməsi qadağandır. Yeni qanuna əsasən, beyin ölümü faktının təsdiqlənməsi zamanı xəstənin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir. Qanunda həmçinin qeyd olunub ki, transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.
Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hansısa xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma ekspertlərin fikrincə, bunun kütləvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.
Eftanaziyanı bir çox hallarda intiharla bərabərləşdirirlər. Bu halda o da intihar kimi haram sayılır. İntihar etmək haram olduğu kimi, bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. Dini ekspertlər hesab edir ki, xəstə insanı bu cür öldürənlərlə sağlam insanı öldürmək arasında heç bir fərq yoxdur. “Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da ”Allah səbr edənlərlədir", - deyilir.
XƏBƏR LENTİ
Gözəl geyim və aksessuarlar
Əhalinin sayı açıqlandı
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
BenQ bazara qayıtdı
Twitter ABŞ kəşfiyyatına "yox" dedi
"Heç demə, dünyada kənar zamanın çölündə yaşayan da var..."
50 dollarlıq oğurluğa görə 36 il həbs yatdı
Artıq çəkini gizlətmək üçün necə geyinməli?
Azərbaycanda ailə həkimi institutu yaradılır
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür
Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Saxta kölgələr
Sevimli salat (foto resept)
Koronavirusun ikinci dalğası nə zaman başlayacaq?
Bir kişinin xasiyyətini öyrənmək üçün...
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Bayramda yolda qala bilərsiniz
Ramzan Kadırovun oğlu türk serialına çəkilir
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Bu preparatların qəbulu ziyanlı ola bilər
Hava haqqında - 28.08.2013
Gənclər üçün dəyərli məsləhətlər
Bəzi dərmanlar uşaqlarda karlığa və dovşandodaqlığa səbəb olur
13 min kişinin saqqalı zorla kəsildi
Ronaldu "çaypulu"su ilə rekord vurdu
İnstaqramın 88 yaşlı yeni fenomeni - FOTO
Günün ulduz falı - 26.01.2014
Qatıq - infeksiyalara qarşı
Şəkidə 3 şəhidin ailəsi diqqət mərkəzindədir
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Kalaşnikov vəfat etdi
Manatın aqibəti necə olacaq?
Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə
Bu qiymətlər bakılı sürücüləri heyrətləndirəcək
DİQQƏT: Yayda bu dərmanları qəbul etməyin!
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
Yaz-Yay geyimləri
7 günlük pəhrizlə 8 kiloqram arıqlayın
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Hər kəsin təhlükəsizliyi təmin olunur
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
iPhone-u əzdi, keçdi
Sadəcə qadın...
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Avokadonun 10 faydası
Bakıda yeni metro stansiyaları tikiləcək
Ballı banan peçenyesi (foto resept)
Zəngilan rayonunun Genlik kəndinin görüntüləri - VİDEO














