Hazırda qış fəslidir və soyuq havalar da insanlarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin də uşaqlar bu cür xəstəliklərə tez yoluxurlar. Onlarda qrip, soyuqdəymə, özkürək, qızdırma və sair kimi hallara daha sıx rastlanır. Xüsusilə də bu il geniş şəkildə yayılmış, adıçəkilən xəstəliklərdən bir neçə günə qurtulmaq mümkün deyil və hətta bu aylarla davam edir. Uşaqda xəstəliyin sağalmadığını görən valideyn isə çox təşvişə düşür. Çarəni dərman preparatlarında görürlər. Uşaqlara sağlamlıq baxımından daha uyğun gördükləri bitki dərmanları verməyə çalışırlar. Amma mütəxəssislər, bütün dərmanların olduğu kimi, bitki tərkibli dərmanların da yerli-yersiz istifadəsi zamanı müəyyən fəsadlara yol açacağını bildirirlər.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat verən pediatr Altay Abdullaoğlu deyir ki, bütün dərmanların fəsadları, yan təsirləri mövcuddur: "Həkimin məsuliyyəti xəstəyə doğru diaqnoz qoymaq və o xəstəni sağaltmaq üçün imkan daxilində ən yüngül, ən az sayda dərmanların təyin edilməsidir. Uşaqlara dərman preparatları verilərkən mütləq olaraq onların yaşı, çəkisi nəzərə alınmalıdır. Lakin həkim doğru diaqnoz qoyduqdan, uşağın yaşını, çəkisini düzgün nəzərə aldıqdan sonra belə fəsadlar baş verərsə, bundan dolayı həkim məsul deyil".
Abdullaoğlu bildirir ki, bəzi valideynlərdə belə bir düşüncə var ki, həkim dərmanı yazdı və o dərmandan sonra fəsadlar əmələ gəldisə, deməli burda mütləq olaraq həkim günahkardır: "Təbii ki, bu düzgün düşüncə deyil. Belə ki, həkim xəstəliyi müalicə etmək üçün bəzən dərman yazmaq məcburiyyətindədir. Dərmansız xəstəliyi müalicə etmək mümkünsüzdür. Və hazırda müasir təbabətdə fəsadı olmayan dərman preparatı da mövcud deyil. Ən sadə hesab etdiyimiz dərmanların belə çox sayda fəsadları mövcuddur".
Pediatr vurğulayır ki, bəzən valideynlər yanlış olaraq elə bilirlər ki, dərmanların bir çoxunun, xüsusi ilə də bitki tərkibli dərmanların fəsadları yoxdur: "Buna valideynlərin həkimə müraciət etmədən, istifadə etdiyi "qızdırma salıcı" dərmanları da misal göstərmək olar. Bunlardan ən sadəsi, yan təsiri az olaraq hesab olunanı, uşaqlar və böyüklər tərəfindən daha çox istifadə edilən "parasetamol" tərkibli dərmanlardır. Lakin hətta bu tərkibli dərmanların belə çox sayda fəsadları ola bilər. Bu dərmanı istifadə etdikdən sonra mədə-bağırsağın, ürəyin, tənəffüs siteminin, dərinin, qaraciyərin, böyrəyin, sinir sisteminin, gözün, qan xəstəliklərinin belə, bir sıra poblemləri ortaya çıxa bilər. Ona görə də hətta sıradan hesab olunan dərmanları belə həkim göstərişi olmadan qəbul etmək doğru deyil. Bizlər bir həkim olaraq, müasir tibb olaraq, bir valideyn olaraq dərmanların bu yan təsirlərindən xilas ola bilmərik, lakin dərmanların yersiz istifadəsinin qarşısını ala bilərik".
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb