Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxması ilə müşahidə olunur. Uşaqlarda bədənin temperaturu azca yüksələn kimi valideynlərin çoxunun ilk gördüyü tədbir qızdırma salan preparatlardan istifadə etmək olur.
Lakin effektiv qızdırma salan preparat seçməzdən əvvəl mütləq bilmək lazımdır ki, bədən temperaturunun yüksəlməsi orqanizmin təbii müdafiə reaksiyası hesab edilir.
Qadin.Net trend-ə istinadən bildirir ki, həkim-konsultant, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın dediyinə görə, uşaqda bədən temperaturu yüksəlirsə, bu, çox hallarda orqanizmə infeksiyanın daxil olduğunu və hazırda bu infeksiyanın immun sistem tərəfindən neytralizə edildiyini göstərir.
Bunu çox yaxşı hal kimi dəyərləndirən həkim qeyd edib ki, əslində, temperaturun qalxmaması immunitetin zəif olması deməkdir:
"Lakin qızdırmanın 39-40 dərəcəyə qalxması təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, insan orqanizminə xəstəlik törədən mikroorqanizmlər üzərində qələbə üçün interferon - xüsusi müdafiə zülalı lazımdır. Bu zülal da bədən temperaturu ancaq 38 dərəcədən yüksək olduqda sintez edilir. Əgər bədən temperaturunun yüksəlməsini tez bir zamanda dəf etsək, interferon sadəcə olaraq sintez edilməyəcək və xəstəlik kəskinləşəcək. Buna görə də çox hallarda temperaturu aşağı salınmayan uşaqlar 2-3 gündən sonra sağalmağa başlayır, amma qayğı ilə "sağaldılan" uşaqların xəstələnməsi isə uzun davam edir".
Y.Abdiyeva qeyd edib ki, sağalma prosesini ləngitməmək üçün mütləq qızdırma salan preparatlardan istifadə qaydalarını bilmək lazımdır.
Həmin dərmanlardan hansı hallarda istifadə edilməsinin lazım olduğunu da açıqlayan mütəxəssis əlavə edib ki, uşaqda bədən temperaturu 38.5-39 dərəcəni keçmirsə, uşaq yüksək temperaturu normal keçirirsə (əgər uşaqda febril qıcolmalar epizodları olubsa, onda temperaturun belə yüksək qalxmasını qəbul etmək olmaz), 3 ayından aşağı uşaqda temperatur 38 dərəcəni keçirsə, uşaqda "ağ qızdırma" müşahidə edilirsə, yəni yüksək temperatur zamanı dəri örtüyü solğun və göyərmiş və soyuq olursa, uşaqda ürək və ya tənəffüs yollarının xronik xəstəlikləri diaqnostika edilirsə, uşağın vəziyyəti bədən temperaturunun cüzi yüksəlməsi zamanı pisləşirsə, qızdırma salan preparatlardan istifadə edilməlidir.
Y.Abdiyeva əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda qızdırma salan vasitələr arasında seçim preparat kimi parasetamolu (birdəfəlik doza 10-15 mq/kq və maksimal sutkalıq doza 60 mq/kq) tövsiyə edir.
Y.Abdiyeva bəzi qızdırma salan preparatların istifadəsinin uşaqlar üçün yolverilməz olduğunu da açıqlayıb.
Onun sözlərinə görə, aspirin və ya digər asetilsalisil turşusu əsasında olan dərman vasitələri yalnız böyüklərdə müalicə zamanı istifadə edilə bilər: "
"Belə preparatların 15 yaşa qədər uşaqlarda istifadəsi qadağandır. Bu, uşaqlarda Rey sindromunun inkişaf etmə təhlükəsi ilə əlaqədardır. Bu sindrom klinik olaraq kəskin qaraciyər çatışmazlığı və ensefalopatiya müşahidə edilir. Uşaqlara analgin də məsləhət görülmür. Çünki o da aspirin kimi qanyaranma sisteminə mənfi təsir göstərir".
Həkim qeyd edib ki, qızdırma salan preparatların inyeksiya formasında istifadəsi məsləhət deyil: "Uşaqlarda bu dərmanların daxilə qəbul edilməsi və ya şam şəklində istifadəsi daha məsləhətlidir. Siropun tərkibinə isə rəngləyicilər və aromatizatorlar əlavə edilir. Bu da uşaqlarda allergik reaksiya yarada bilər. Buna görə ilk qəbuldan sonra uşağın reaksiyasına nəzarət etmək lazımdır".
Y.Abdiyeva qızdırmaya qarşı ilk 5 tədbirin nədən ibarət olduğunu da açıqlayıb:
"İlk olaraq, paltarlara diqqət yetirilir. Temperatur 38.5 dərəcə olduqda uşağın üzərindəki artıq geyimlər çıxarılmalı və ona nazik, geniş paltar geyindirilməlidir. Uşağın maye qəbuluna diqqət edilir. Ona bol miqdarda su və sulu qidalar qəbul etdirilir. Mühitin istiliyinə nəzarət edilir: xəstənin olduğu mühitin istiliyini 21-22 dərəcə arasında olmalıdır. Xəstəyə 29-32 dərəcə istilikdəki ilıq su ilə duş qəbul etdirilir və ilıq-yaş bezlərlə sarğı edilir. Dərhal qızdırma salan dərmanlardan istifadə edilmir: qızdırmanın 38.5-39 dərəcəyə qalxdığı təqdirdə həkimlə məsləhətləşərək uşağa qızdırma salan preparatlar verilir".
Y.Abdiyeva qeyd edib ki, qızdırma vəziyyətində olarkən üşüyən və titrəyən qızdırmalı uşağın üstü qətiyyən örtülməməli, ona qalın paltarlar geyindirilməməli, soyuq su ilə duş qəbul edilməməli, spirt və sirkəli su ilə kompres tətbiq edilməməlidir. Bundan başqa, tez-tez qızdırma salan dərman istifadə edilməməlidir. Bir çox valideynlər tərəfindən edilən bu tədbirlər qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə səbəb ola bilər. Hərarətin tam normaya salınmasına cəhd edilməməlidir, temperaturun 1-1,5 dərəcə düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.

XƏBƏR LENTİ
Qozadan "Kirpi" düzəldilməsi
Sinoptiklərdən hava müjdəsi
Azərbaycanda yeni televiziya yaradıldı
Müsəlman qadın Almaniyada XİN məruzəçisi oldu
Hyustonun qızı komadan çıxdı
Ed Şeran özünə kənd aldı-FOTO
Evdə pizza (foto resept)
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Xanımlar üçün ziyafət çantaları
Prezident Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib
Cəbhədə baş verənlər Ermənistanda etirazlara səbəb olub
Qayınana da anadır, gəlin də...
"İstanbullu gelin" serialının ulduzları çimərlikdə-FOTO
Toy dəvətnamələri
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
BÜRCLƏR bizə nə vəd edir? - 21 mart
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
Sızanaqlar üçün maska
Rusiyada sərnişin və yük qatarları toqquşdu
Havalı xvorost(foto resept)
71 yaşlı Ajda Pekkandan əyləncəli səhnə şousu - FOTO
Azərbaycanda Yeni il: Şaxta baba bizə lazım deyil?
Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB
Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
Pandemiya ilə ruhi sağlamlıq arasında əlaqə müəyyən olunub
Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Koko Şaneldən 20 qızıl kəlam
Göbələkli toyuq basdırması (foto resept)
Günəş işığının faydaları nələrdir?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Balaca rəqqaslar
Xocalıdan Gəncəyə gətirilən torpaq və su... - VİDEO
Gənc qız hər kəsin Diqqətini çəkdi-FOTO
Sürətli dırnaq uzadan maska
Tərbiyədə səbrin rolu
HAVA necə olacaq?-9 dekabr
İstirahət gününün HAVAsı
BMW reallıq eynəyi hazırlayıb
NATO-dan ABŞ və Türkiyəyə ÇAĞIRIŞ
Məşhur brendin 53 mağazası birdən bağlanır-SƏBƏB
"Bavariya" yeni prezident seçdi
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
İslanmış cib telefonunu nə etməli?
Ondine lənəti-FOTO
Virtual Mercedes real olacaq
Millimiz dünya çempionatından 2 medalla qayıdır
Yol polisindən sərt mesaj
Boy uzadan qidalar
