Yay aylarının sevilməsinin bir səbəbi də dadlı və ləzzətli meyvələrdir. Həm ucuz, həm də dad baxımından olduqca fərqli olan yay mövsüm meyvələrini sevməyən demək olar ki, yoxdur. Xüsusən yayda həm bollaşması, həm dadının fərqli olması meyvələrə olan iştahı daha da artırır.
Yayın ilk günlərində piştaxtalara qoyulan meyvələrin əksəriyyəti isə dərmanlı meyvələrdir. Ovuç içi böyüklüyündə çiyələklər, alçalar bu kimi meyvələrin dərmansız yetişməsi, təbii ki, qeyri-mümkündür. İnsanlar isə meyvənin ən diri və şax olanını almağa həvəslidir. Halbuki, əzik və yöndəmsiz meyvələr tam təbii və tamamilə dərmansız olur.
Dərmanlı meyvələrin orqanizmə mənfi təsiri böyükdür. Əksər insanlara təsir etməyən meyvələr xüsusən azyaşlı uşaq və immun sistemi zəif olanlarda zəhərlənmələr meydana gətirir. Görünüşcə iri və gözəgəlimli, dad baxımından kasıb olan meyvələr dərmanla böyüyən meyvələrdir. Valideynlər bu cür meyvələrdən uşaqlarına verməsələr belə addımbaşı alça və çiyələk vedrələrində satılan meyvələrdən qoruya bilmirlər. Məhz bu cür meyvələrin də əksəriyyəti rayondan gətirilib adı altında müştərilərə satılır. Meyvənin üzündən onun dərmanlı olub-olmamasını bilmək isə müştərinin öhdəsinə düşür.
Meyvə-tərəvəz yetişdirib Qubadan Bakıya satmağa gətirən Famil Əhmədov deyir ki, indi şəhər əhalisinin çoxu üz- gözündən yaraşıqlı meyvə və tərəvəz almağa meyl edir. Bu cür meyvə və tərəvəzin nə qədər ziyanlı olduğunu isə bilib-bilməməzlikdən gəlirlər. Çünki süfrəyə, hörmətli qonaq qabağına yöndəmsiz və əzik meyvə qoymaq ayıbdır. "İndiki supermarketdə meyvə və tərəvəzlərin 90%-i hormonludur. Bunu mənim deməyimə ehtiyac yoxdur, göz görür. Meyvə-tərəvəzlərin yetişdirilməsində hormonlardan istifadə edilir, çünki hormon meyvənin sürətli böyüməsinə səbəb olur. Meyvə və tərəvəz kənardan baxdıqda plastik oyuncaqlara bənzəyir. Daha parlaq, daha sürüşkən olurlar. Məsələn, kartofa baxırsan yupyumru top kimidir. Torpaqda bitən tərəvəzin bu qədər qüsursuz olması mümkün deyil. Formaca əyri olanları isə alan yoxdur. Halbuki, keyfiyyət baxımından əyrilər həm ucuz, həm hormonsuz olur. Eləcə də çiyələk. Hormonsuz çiyələklərin ikisinin, üçünün bir birinə birləşik yetişməsi nadir hallarda olar. Lakin indiki çiyələklərin çoxu belədir və iridir. Dadı isə su kimidir. Bu, həmin meyvənin hormonlu olduğunu göstərir".
Hormonlu meyvə-tərəvəzi seçə bilmək isə diqqət tələb edir. Məsələn, əyri və yöndəmsiz, olduqca dadlı olan meyvə-tərəvəzlər hormonsuzdur və daimi olaraq bunlara vərdiş etmək lazımdır. Hormonlu və dərmanlı meyvə-tərəvəzlərdə çürümə gec olar və qurdlanmaz. Halbuki, insanlar qurdlu olan meyvələri almamaqla özlərini qurddan qoruyub dərmana düçar edirlər. Hormonlar isə insan orqanizmi üçün çox təhlükəlidir. Hələ inkişaf dövründə olan uşaqlar üçün isə bu cür meyvə və tərəvəzlər müsbətdən çox mənfi təsir göstərir.
Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, hormonlu meyvə-tərəvəzlər insan üçün çox təhlükəlidir və nəticəsi xərçəngə qədər gəlib çıxa bilər. Bədəndə hormon balansının pozulması isə həm oğlanlarda, həm də qızlarda sonsuzluq yaradır. Son iyirmi ildə sonsuzluğun statistikasının kəskin dəyişmə səviyyəsi növbəti iyirmi ildə bizi nələr gözlədiyindən xəbər verir: "Meyvə və tərəvəzlərə vurulan hormonların müəyyən edilmiş norması var. Normadan keçdiyi halda meyvə-tərəvəzlərdə hormon artıq olur və bu hormonlar insan bədənində olan hüceyrələrdə parçalanmır. Sağlamlıq baxımından elə meyvələr var ki, onların vitamini insan orqanizmi üçün vacibdir, lakin həddindən artıq hormonlu meyvələr bu vitamini orqanizmə ötürə bilmir. Xüsusilə inkişaf çağındakı uşaqlar üçün hormonlu qidalar çox təhlükəlidir. Yuxusuzluq, yorğunluq, baş ağrısı, eqzema, yaddaşın itməsi və diqqət əskikliyi, depressiya, immunitet sistemində zəiflik, otoimmun xəstəliklər, yüksək təzyiq, ürək-damarxəstəlikləri, öd daşları və xərçəng xəstəliklərinə səbəb ola bilər".
Hormonlu meyvə-tərəvəzlərdən uzaq durmaq üçün hər fəsildə fəsilə uyğun meyvə və tərəvəzlərdən almaq lazımdır. Yay aylarında qış, qış aylarında yay meyvəsi yemək istəyənlər bilməlidirlər ki, meyvələr dəqiq hormonludur. May ayında çiyələk, badımcan, pomidor, soğan, ərik kimi meyvə-tərəvəzlər, iyun ayında təzə pomidor, təzə paxla, dolmalıq bibər, kahı, iyul və avqust aylarında gilənar, qarpız, ərik, təzə sarımsaq, yemiş, üzüm, gilas, tut kimi məhsullara üstünlük verilməlidir. Çünki bu aylarda sadalanan meyvə və tərəvəzlər isti ilə normal və tez böyüyür, əlavə hormon və parniklərə ehtiyac olmur.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR