Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə süni mayalanma ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
ANS PRESS Qafqaz Müsəlmanları İdarəsinin saytına istinadən xəbər verir ki, QMİ Azərbaycan Respublikasının Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin "Şərq" qəzetinin 01.05.2014-cü il tarixli 75 saylı nömrəsində süni mayalanma məsələsinə dair verdiyi açıqlama ilə bağlı aşağıdakıları bildirməyi zəruri sayır: "İslam hüququ (fiqh) və şəriət hökmlərinə görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının rəhninə tibbi üsulla yerləşdirilməsinə şəriət baxımından icazə verilir. Bu yolla doğulan uşaqlar şəri baxımdan bütün hüquqlara malik olurlar. Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək isə haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olurlar. QMİ olaraq birmənalı şəkildə bunu bəyan edir və nikahdankənar şəxslərin donorluq məsələsinə dair məlumatlar verilərkən QMİ-nin buna guya müsbət rəy verməsi barədə təhrifli fikirlərin yayılmasına etirazımızı bildiririk. Cəmiyyətimizin diqqətinə çatdırırıq ki, dini mərkəz olaraq, bu və digər mühüm məqamlara dair ətraflı fikir və rəylərimizi "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq Komitəsinə 2012-ci ilin dekabrında rəsmən təqdim etmişik. Maraqlananlar həmin məktubun mətni ilə QMİ-nin rəsmi vebsaytında (qafqazislam.com) tanış ola bilərlər".
Adıçəkilən qəzet yazısında göstərilir ki, 10 il uşağı olmayanlara dövlət pulsuz suni mayalanma təklif edəcək. QMİ ümid edir ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətimiz büdcə hesabına süni mayalanma həyata keçirilməsi məsələsində də milli mentalitetimizə, İslamın şəri normalarına zidd hər hansı məqamın reallaşmasına yol verməyəcəkdir: "Bir daha bəyan edirik ki, süni mayalanmanın nikahdankənar şəxslərin donorluğu ilə həyata keçirilməsi haramdır. Dindarlar adından ümidvar olduğumuzu bildiririk ki, Milli Məclis belə bir qanunu müzakirəyə çıxarmayacaq və qəbul etməyəcəkdir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
Qabarıq saçlar üçün 2 maska
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Belçika Krallığının sakini Kürdəmirin deputatı seçilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib
Namazın vaxtı dəyişə bilər
Rusiyanı bu il "Eurovision"da o təmsil edəcək
Müdrik sözlər aləmində
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Eyni vaxtda iki qızla evləndi-SƏBƏB
Xəzərdə zəlzələ olub
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Saç tökülməsini artıran səhvlərimiz
Fahriye Evcen oğlunu təbrik etdi: “Qütb ulduzum...” - FOTO
Keyt Middltonun ayaqqabıları 1 saat içində satıldı-QİYMƏTİ
Puzzle -in 4 faydası
İngilis dili-Gg (2)
Kristen Styuart evlilik təklifi edəcək
Güllərin gücü
Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Qızılı xəstəlik
Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Barbi salatı (foto resept)
İçi doldurulmuş Qaz
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Azərbaycanda Həcc ziyarəti üçün yeni qiymətlər açıqlanıb
İnternetdə onlar ingilis dilində danışırlar
Yüksək iradəli uşaqlar
Prezident taksi sürdü - VİDEO
"Bir zamanlar Çukurova"nın aktrisası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur modeldən yeni FOTOsessiya
Günün ulduz falı
Zərərli görünməyən zərərli vərdişlər
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Zakir Həsənov: "Düşməni darmadağın edəcəyik"
Dağlıq Qarabağ bütün Türk və İslam dünyasının problemidir
Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan neçəncidir?
"Kurtlar vadisi"nin məşhur aktyoru öldü - FOTO
Bakıda yağış gözlənilir
Prezident İlham Əliyevə siyahı göndərildi
Obama tətilə çıxdı
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Acunun xanımı Hellouin üçün geyindi - FOTO
Dəniz Çakır izləyicilərindən ŞANS istədi
İtaliya sularında faciə: 203 ölü!
Yahoo! Vizify-i alır
Dodaq quruluğuna qarşı vanil yağı














