Mayın 1-də Bakıda start götürəcək taekvondo üzrə Avropa çempionatı ilə əlaqədar mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu ay 57 beynəlxalq yarışın təşkil olunduğunu bildirib.
O göstərdiyi etimada görə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çuya və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalosa təşəkkürünü bildirib. Nazir müavini çempionatın yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib.
WTF prezidenti isə Azərbaycanda ilk dəfədir olmadığını, 2004-cü ildən ölkəmizə müntəzəm səfərlər etdiyini bildirib. Onun sözlərinə görə, quruma 206 üzv ölkə içərisində Azərbaycan xüsusi yer tutur: “İlk olaraq, Azərbaycanı böyük iqtisadi irəliləyişlərə görə təbrik edirəm. Hər səfərimdə böyük irəliləyişlər görürəm. Mən bura ETU tərəfindən dəvət olunmuşam. Səfər müddətində gələcək yarışları da müzakirə edəcəyik. Fikrimcə, Azərbaycanda Qran-pri, dünya çempionatı keçirmək də mümkündür. Azərbaycan artıq seçilmiş ölkələr arasındadır. Bakıdakı Avropa çempionatı ən böyük və ən çox idmançının qatılacağı yarış olacaq. Əminəm ki, həm də ən uğurlu taekvondo yarışı olacaq”
Çunun sözlərinə görə, taekvondo Cənubi Koreyada yaransa da, avropalılar da bu növdə böyük nailiyyətlərə imza atıblar: “Bu yaxınlarda Taypeydə keçirilmiş gənclər arasında ilk dünya çempionatında ölkələrin çoxu Avropadan idi. Bunlar Praqalosun Avropada taekvondonun inkişafındakı xidmətlərinin, eləcə də Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun qayğısının nəticəsidir. Cənubi Koreya Azərbaycanda taekvondo mərkəzi təsis edib. Bu, regionda bir nömrəli mərkəzdir. WTF-nin əməyi sayəsində taekvondo Avropada aparıcı növlərdən birinə çevrilib. İnanıram ki, Avropa çempionatında idmançılar yüksək reytinq xalları toplayaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar”.
ETU-nun prezidenti isə Bakıda keçiriləcək ilk Avropa çempionatı Azərbaycanda taekvondoya göstərilən diqqətin nəticəsi kimi dəyərləndirib və buna görə K.Heydərova minnətdarlıq edib. Praqalos bildirib ki, il ərzində 3 dəfə yeniyetmələr, gənclər və böyüklər arasında çempionat keçirilir. Bu səbəbdən, Avropa çempionatını hər il keçirməyi məqsədəuyğun saymırlar”.
Qeyd edək ki, taekvondo üzrə ilk Avropa çempionatı 1976-cı ildə İspaniyanın Barselona şəhərində təşkil olunub. O vaxtdan bu çempionat ənənəvi xarakter alıb. Bakıdakı çempionata ilk dəfə 47 ölkədən 367 idmançı qatılacaq. Çempionatın dəstəkçiləri Yayım Birliyi və “Gilan Qrup”dur.
lent.az
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə
- ŞƏRHLƏR