Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Von Ço, Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir yarışda iştirak edən ölkələrin bayraqlarının və nümayəndələrinin zala dəvət olunması ilə başlayıb.
Mərasimdə iştirak edən K. Heydərov tədbir iştirakçılarını salamlayıb: “Hörmətli Ümumdünya Taekvondo Federasiyasının prezidenti, hörmətli Avropa Taekvondo İttifaqının prezidenti, taekvondoçular, əziz qonaqlar hamınız Azərbaycana, Bakı şəhərinə xoş gəlmisiniz. İnsanların fiziki, mənəvi yüksəlişində idmanın əhəmiyyətli rolu danılmazdır. Müasir dövrdə idman hər bir ölkənin tərəqqisində mühüm yerlərdən birini tutur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev digər sahələrdə olduğu kimi, gənc nəslin sağlamlığı və fiziki hazırlığına da həmişə diqqət və qayğı göstərib. Nəticə etibarilə Azərbaycan idmanında hiss olunan inkişaf və yüksəliş baş verib. Dahi liderin mütərəqqi idman siyasətini davam və inkişaf etdirən Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü qayğısı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmiş və Azərbaycan idman ölkəsi kimi şöhrət qazanıb”.
Yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın bu növünün sevilməsindən danışan A.Praqalos Avropa çempionatının təşkili üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edib: “Bakı Avropa taekvondosunun mərkəzlərindən biridir. İndiki Avropa çempionatından sonra, gələn il burada Avropa Oyunları təşkil olunacaq. Yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıram. Təşkilat Komitəsinə, bütün könüllülərə minnətdarlığımı bildirirəm”.
Sonra çıxış edən WTF rəhbəri ölkəmizdə olmasından məmnunluğunu ifadə edib: “Hesab edirəm ki, bu tədbirin əhəmiyyəti danılmazdır. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərovun rəhbərliyi ilə ölkənizdə bu idman növündə uğurlar qazanıb. Görürəm ki, Azərbaycan idmanı və taekvondonu sevən ölkədir. Burada müxtəlif böyük yarışlar keçirilib. Bura gəlib dünya səviyyəli idman qurğularını görmək sevindiricidir. Azərbaycan 2015-ci ilin Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır. Bu da yüksək nailiyyətdir”.
Gənclər və idman naziri Rəhimov da idmanın inkişafından danışıb: “Azərbaycan idmanın inkişafında mühüm addımlar atır. Bu gün növbəti mötəbər yarışa – Avropa çempionatına ev sahibliyi edir. Təkcə may ayında ölkəmizdə bir neçə belə beynəlxalq yarış təşkil olunacaq. Avropa çempionatının Bakıda keçirilməsi Azərbaycan idmanına etimad kimi qəbul olunur”.
Açılış mərasimin sonunda (ETU) prezidenti K. Heydərov və A. Rəhimova xatirə hədiyyələri təqdim edib. Öz növbəsində (ETU) başçısına ATF-in xatirə hədiyyələri və diplomlarını verib. Mərasim Heydərovun yarışı açıq elan etməsi və Azərbaycan dövlət himninin səslənməsi ilə bitib.
Qeyd edək ki, mayın 1-4-də keçiriləcək Avropa çempionatına Azərbaycan yığmaları tam heyətlə qatılacaqlar. Kişilərdən ibarət millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışda Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev isə çempionatda Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) sınaqdan çıxaracaq.
lent.az
XƏBƏR LENTİ
Putindən generallara QADAĞA: bundan sonra..
CeyLo idmana 4,5 milyonluq üzüyü ilə getdi - FOTO
Azərbaycan üçün yeni eranın başlanğıcı
Məşhur rəssamın əsəri hərracda yüksək məbləğə satılıb
Osmanlı qadınlarının gözəllik sirri: Kraliça çiçəyi
Azərbaycan hərbçiləri sertifikat aldı
Dərini nəmləndirən təbii maska
Yazmağı öyrənirəm - 5
Bakıda avtobuslar pulsuz işləyəcək
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Koronavirusun üç növü müəyyən edilib - XƏRİTƏ
"Quran prinsipləri məktəbdə öyrədilməlidir"
Hər şeyinlə əzizsən!
Azərbaycan səmasında uçan obyekt göründü
Sizi sevdiyini göstərən xüsusiyyətlər
Uçan təhlükə
Əcnəbilər Azərbaycanda hansı şərtlərlə işləyə bilərlər?
Meyvə aşiqləri, bunları bilməniz şərtdir
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi
Dadlı salat (foto resept)
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
Şokoladlı qurabiyələr (foto resept)
Pensiyalar nə qədər artacaq?
Dünyanın ən nüfuzlu jurnalist mükafatının sahibi məlum oldu
Sənin bəxtin bağlanıb...
HAVA necə olacaq?-9 dekabr
Zoğallı tart (foto resept)
AQTA-dan çörək AÇIQLAMASI
Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?
Təhlükəli yollar
Qadınlar dünyamızın gözəlliyidir
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Avropa Liqasının qalibi "Milan"da
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Meqan Markl yenidən ana olacaq!-FOTO
Mehmanxanaların fəaliyyəti ilə bağlı AQTA-dan XƏBƏRDARLIQ
Sitatlarımız - III hissə
Milli komandamız gerilədi
Leonid İvaşov: “Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları
Yaşı 30-dan çox olan və kosmetikasız qadınlar maşın sürə biləcəklər
Məşhurlar və saç aksesuarları
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bəylə gəlin toy günü Şəhidlər Xiyabanında
Şahzadə tituldan məhrum edildi-SƏBƏB
Bakı bulvarından sakinlərə xoş xəbər
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Yeni asmada BMW M6
Narkomaniya ilə necə mübarizə aparmalı?
Azərbaycana gətirilən avtonəqliyyat vasitəsi















- ŞƏRHLƏR