Qulaqcıqla uzun müddət yüksək səslə musiqi dinləmə qulaqlara ciddi zərər vurur. Mütəxəssislərə görə, yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir edir.
Qulaq-burun-boğaz həkimi Anar Quluzadənin fikrincə, müxtəlif dərmanlar, yüksək səs-küy və eləcə də qulaqcıqla yüksək səslə musiqi dinləmək qulağa mənfi təsir edir: "Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri çox böyükdür. Uzun davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu meydana gətirir. Sinirlər zədə gördüyü üçün cingildəmə və uğultudan sonra eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı istifadə etmək məcburiyyətində qalır".
Həkim hesab edir ki, qulacıqla musiqi dinləmək gənclərimizdə bir növ adət halını alıb: "Amma gənclər unutmamalıdır ki, qulaqların da müəyyən bir səs tutumu var".
Müsahibimiz məsləhət görür ki, qulaqcıq istifadə edərkən, qulaq kanalına girməyən, qulaq çömçəsinə adaptasiya edilən növdə qulaqcıqlara üstünlük verilsin. Onun sözlərinə görə, bu cür qulaqcıqların səs şiddətini qulağa çatdırma tutumları digərlərinə nisbətən daha azdır. "Qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək olmaz", - deyən A.Qədirzadə bildirir ki, gün ərzində aşağı səslə, qısa müddətli, qulaqları narahat etməyəcək və ağrı yaratmayacaq formada musiqi dinləmək olar.
Qulaqcıqlar daha çox mobil telefonlarda istifadə olunur. Cib telefonunda qulaqcıqla danışarkən səsin şiddəti çox olmur, lakin istifadə müddəti uzun olduğundan iç qulağa səs təzyiqinin davamlı getməsilə bağlı olaraq, cingildəmə və uğultular ola bilər: "Bu səbəbdən cib telefonuyla danışarkən qısa danışmaq lazımdır. Cib telefonu, mp3 qulaqcıqları fərdi olmalıdır. Çünki qulaqcıqlar bir sıra bakteriyaları adamdan-adama ötürür".
Mütəxəssisin dediyinə görə, qulaq içinə sığan qulaqcıqla yüksək səsdə musiqi dinləmək, eşitmə itkisinə gətirib çıxarır: "Qulaqda karlıq yaranıbsa, 24 saat içində müdaxilə edilsə, 50 faiz eşitməni geri qaytarmaq mümkündür. Müdaxilə 24 saatı keçsə, itkinin geri gəlmə şansı 15 faizə enir. Aradan bir həftə keçdikdən sonra isə geri gəlmə şansı yox səviyyəsində olur".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 85 desibel şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq qulaq sağlamlığına zərər verir. Bu müddət 88 desibel üçün 4 saat, 91 desibel üçün 2 saat və 100 desibel üçün 15 dəqiqə şəklindədir. Səs şiddətinə bağlı olaraq inkişaf edən akustik ziyan, tipik olaraq daxili qulaqda "ilbiz" adı verilən hissədəki eşitmə hüceyrələrində və ya sinirlərində meydana gəlir. Buna əlavə olaraq fərdlərdə bildikləri və ya fərqində olmadıqları bəzi sistemik xəstəliklərin varlığı, daxili qulağı eşitmə itkisinə daha uyğun hala gətirə bilər. Gənclərin böyük bir əksəriyyəti yüksək səslə musiqi dinlədikdən sonra qulaqda cingildəmə, uğultu və eşitmədə azalma kimi əlamətlərlə qarşılaşır, amma ümumiyyətlə, bunu keçici bir vəziyyət kimi qəbul edirlər. Halbuki belə əlamətlər eşitmə qabiliyyətinin itməsinə yaxınlaşdığını xəbərdar edir.
Mütəxəssislər məsləhət görürlər ki, uzun müddətldə musiqi dinləmək istəyənlər ancaq səs səviyyəsi 60 faiz olan musiqilər dinləməlidirlər.
A.Qədirzadənin bildirdiyinə görə, cihazın çıxardığı səslər qədər qulaqcıqların tipləri də əhəmiyyət daşıyır. Araşdırmalara görə, kanal içi qulaqcıqlar, qulaq içi və ya baş üstü qulaqcıqlardan daha aşağı səviyyələrdə səslə təmin etdiklərindən daha etibarlı hesab edilirlər. Qulaqcıq seçilərkən çöldən ən az səs alan qulaqcıqlar seçilməlidir. Qulaqcıqların tək tərəfli istifadə edilməsi də məsləhətli deyil.
Mütəxəssislər, ümumiyyətlə, təhlükəli yerlərdə qulaqcıqlardan istifadə etməyi məsləhət görmürlər. Bəzi hüquq müdafiəçiləri isə müəyyən yerlərdə qulaqcıqlardan istifadənin qadağan edilməsinin tərəfdarıdırlar. HüquqşünasElçin Ağayevin sözlərinə görə, gənclər qulaqcıqdan istifadə etdikləri üçün çox zaman yol hərəkəti qaydalarını pozurlar: "Yüksək səslə musiqi dinləyən insan başqa aləmdə olur. Avtomobilin səs siqnalını eşitmir" deyən müsahibimizə görə, bu da qəzalara gətirib çıxarır. E.Ağayev belə yollarda qulaqcıqlardan istifadəyə görə cərimələrin tətbiq edilməsini təklif edir.
XƏBƏR LENTİ
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
"Dərd insana daima yol göstərir"
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Pensiyalar artırılacaq – RƏSMİ
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Yadplanetli üzərində əməliyyat NASA-dan sızan dəhşətli görüntülər-FOTO
İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur
Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu
İdmançımız finişə hamıdan tez çatdı
Azərbaycanda işıqpulu ilə bağlı MÜHÜM XƏBƏR: BUNDAN SONRA... - VİDEO
Adobe Photoshop (Dərs9)+videodərs
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
Kraliça şahzadənin qərarından narazıdır
Rusiyada altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulunda yenilik
Kakaolu gecə maskası
Düzgün duruş üçün nə etməliyik?
Ordumuzda “Həyəcan” siqnalı
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: 474 yeni yoluxma
Şok dərman ucuzlaşması
Əgər Ay yox olsa...
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
Ayaqdakı çatları aradan qaldıran üsul
Cəbhədə son vəziyyət
Düyü qadın sağlamlığı üçün çox faydalıdır
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Məşhur olmadan əvvəl aktyorların peşələri
Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab
"Gözəllik kraliçası" doğulacaq körpəsinin şəklini paylaşdı
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Rəqs etməyin 4 faydası
Balıq mövsümü başladı: təzə balığı necə tanımalı?
Çaytikanı yağının müalicəvi xüsusiyyətləri
İŞİD Bağdada girdi: 1000 ölü
Günün ulduz falı
Saç rəngini tündləşdirmək üçün maska
Meqan Markl ikinci övladını itirib
Ən sürətli şəkildə saç uzatma qaydası
Bişkekdə Heydər Əliyev adına park salına bilər
Viruslu hepatitlər
Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib
Ulduzların gözəllik sirrləri
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Qeyri-adi dekorasiyalar
Günün ulduz falı
Ürək sızladan tarixi şəkillər
4 saniyədən az bir müddətdə özünüzü necə sevdirə bilərsiniz?
80-ci illərdən gələn pencək dəbi
- ŞƏRHLƏR