İnsanlara iş yerində yuxu fasiləsinin verilməsi ideyası getdikcə populyarlaşmaqdadır“Yaxşı, məhsuldar və taqətdən düşənə qədər işləmək – bu sözlər heç də sinonim deyil. İnsanlar ofisdə, müəssisədə, şaxtanın dərinliklərində və ya yanğınsöndürmə idarəsində növbədə çalışan işçilərə bənzəməməlidirlər”. Rusiyanın Gündəlik Yuxu və Əməkçilərin İstirahəti Assosiasiyası bu fikirlərlə sübut etməyə çalışır ki, iş qabiliyyətini qorumağın ən yaxşı üsullarından biri yorulmamışdan əvvəl bir az istirahət etməkdir. Nəzərə alsaq ki, bizdə ən yaxşı istirahət həmişə möhkəm yuxu sayılıb, onda assosiasiyanın irəli sürdüyü təşəbbüsə birmənalı yanaşmamaq olmur. Belə ki, assosiasiya Rusiyanın Əmək Məcəlləsinə işçilərin hüququ haqqında dəyişiklik edilməsi – işçilərin nahar yeməyindən sonra qısa müddətli gündüz yuxusu ilə bağlı təşəbbüslə çıxış edib.
Ola bilsin ki, müəllifləri rus rəssamlarının "Yay günündə kəndlilərin istirahəti" mövzusunda əsərləri və yaxud Ştirlisin qüvvəsini toplamaq üçün Berlin yolunun kənarında öz maşınında 20 dəqiqəlik möhkəm yuxusu ilhamlandırıb.
Əlbəttə, ruslar məcəlləyə dəyişikliyi o qədər də ciddi qarşılamayıblar. “Superjob” portalının apardığı sorğulara cavab olaraq sosioloqlar bildiriblər ki, 14 faiz rusiyalı yuxu ilə bağlı təklifin əleyhinə deyil. Belə ki, onlar öz işçilərinə gündüz yuxusu verməyə hazırdırlar. Təxminən 72 faiz əmək müəssisələrinin menecerləri isə əllərini yelləyiblər. 14 faiz respondent cavab verməkdə çətinlik çəkib. Qalanları isə təklifi səmərəli başlanğıc hesab ediblər: “Harada divan olan otaqlar varsa, əməkdaşlar 20 dəqiqən 1 saata qədər mürgüləyə bilərlər”. Ancaq bir çox respondentlər təklifi absurd adlandırıblar. Ona görə ki, bəzi şirkətlər hətta işçilərə iş vaxtı həkimə getməyə belə icazə vermək istəmir, iş vaxtından artıq işləməyi isə norma hesab edirlər.
Təşəbbüslə bağlı danışan təcrübəli fəhlələr deyiblər ki, bu cür yuxu nəticədə iş gününü uzadacaq və işçilər evlərinə gec getməli olacaq. Belə ki, vətəndaşın “qanunlaşdırılmış yuxu”su onun daha cəhdlə və firma sahibinin xeyrinə işləməsinə gətirib çıxaracaq. Onlar nahar vaxtının bölünə biləcəyindən - yarısının yeməyə, yarısının da yuxuya həsr olunacağından ehtiyatlanırlar. Həmçinin düşünürlər ki, əgər onlar iş yerində yatsalar, nəticədə 10-11 saat işləməli olacaqlar. Bəziləri isə hesab edir ki, qısa gündüz yuxusu insanın sağlamlığı üçün ziyanlı ola bilər. Belə ki, insanlar süst və əzgin olar, artıq çəki toplayarlar.
Bəzi firma rəhbərləri məsələyə münasibət bildirərək öz fəhlələrinə gündüz yuxusundansa, işdə gecələməyə icazə verə biləcəklərini qeyd ediblər. Həmçinin bu qəribə düzəlişdənsə cümə gününün qısa iş günü olmasını təklif edirlər. "İş yerində işləmək lazımdır. Biz öz həyatımızı yatmaqla itiririk, bu, uşaq bağçası deyil"- deyə onlar bildiriblər. "Bir çox yeniliklər öz yolunu həyatda məhz bu cür qiymətlərlə qazanır. Ola bilsin ki, nə vaxtsa "gündüz yuxusu" sözü Rusiyanın Əmək Məcəlləsinə daxil olacaq" deyən təşəbbüskarlar isə ümidlərini üzmürlər.
İnandırıcı deyil
Bizim ekspertlərin məsələyə münasibəti də maraqlıdır. Ümumiyyətlə, iş yerində “gündüz yuxusu”na və belə bir dəyişikliyə ehtiyac varmı?
Sosioloq Əhməd Qəşəmoğlu "Kaspi”yə açıqlamasında bildirib ki, iş yerində yuxunu tətbiq etmək o qədər də asan məsələ deyil. Belə ki, insanların psixologiyası və təşkilati baxımından bu, real təklif deyil. “Bunun əvəzində işçilərin arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işinin aparılması çoxaldılsın. Əslində iş yerində yatmaq, sonra yuxudan səksəkəli oyanmağın ziyanı var. Əvvəllər fabrik və zavodlarda elə otaqlar olurdu ki, işçilər müəyyən saatlarda orada qulaqcıqla musiqiyə qulaq asırdılar. Ya da qırmızı guşə deyilən sahələrdə istirahət edirdilər”. Sosioloq hesab edir ki, gərgin iş şəraiti olan yerlərdə insanların istirahətinə şərait yaratmaq yaxşı olar: “Amma iş yerində yuxudan hər hansı effekt gözləmirəm. İnsan normal yatmalıdır. Yoxsa onun səhhətində müəyyən problemlər yaranar. İşçilərə elə sağlamlıq mədəniyyəti təqdim etmək lazımdır ki, onlar işə yuxusuz gəlməsinlər. İşdə də elə şərait yaratmaq lazımdır ki, onların gərgin iş şəraitində müəyyən qədər istirahət etmək imkanları olsun”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovbizimlə söhbətində qeyd etdi ki, qeyri-formal əmək bazarında nəinki nahar fasiləsi, məzuniyyət, istirahətdən də söhbət gedə bilməz. Belə ki, Rusiya əmək qanunlarını ən çox pozan ölkələr sırasındadır: “Bu baxımdan, bu təklif səslənsə belə, onun reallaşması mümkün deyil”. Liqa sədrinin fikrincə, gündüz yuxusuna ilk növbədə işçilər özləri razı olmazlar: "Nahar fasiləsi zəruridir. Ancaq bunun üzərinə istirahəti də əlavə etmək bir az absurddur. Çünki işçi istənilən halda öhdəsində olan 8 saatı işləməlidir. Onun əlavə istirahət vaxtı da iş saatından çıxılmır. Digər tərəfdən, lap formal əmək bazarında, dövlət iş yerlərində belə bir məsələyə gəlinsə də, bunun üçün müvafiq infrastruktur olmalıdır. Çünki istirahət ayaq üstə mürgüləməklə deyil”.
S.Məmmədovun sözlərinə görə, dünyada elə biznes strukturları var ki, öz işçiləri üçün maksimal şərait yaradırlar. Məsələn, iş yerində onların stollarının üstünə təzə meyvələr gətirilir, istədikləri qədər mətbəxdən kofe, çay, şirniyyat götürə bilirlər. Nahar fasiləsində onlara keyfiyyətli qidalar verilir və illik, aylıq sosial paketlər təqdim olunur. Və yaxud iş yerlərində idman otaqları yaradılır. “Bizim də bəzi xarici şirkətlərdə müəyyən güzəştlər olur. Amma bizim Əmək Məcəlləsində qanunla iş vaxtı, işdən sonra, həftəlik və illik istirahət nəzərdə tutulub. İş vaxtı istirahət, nahar fasiləsi ağır fiziki işlərdə müəyyən əlavə fasilələrdir. Bizdə bu təşəbbüsün tətbiqi mümkün olmayacaq. Heç məqsədəuyğun da deyil. Üstəlik, işçilərin mənafeyinə uyğun deyil”.
Bununla belə, liqa sədri hesab edir ki, bu təşəbbüslə çıxış edənlərin təklifində müəyyən məntiq də var. Yəni nahar fasiləsindən sonra işçilər bir qədər yuxulu olurlar. Bu da işin effektivliyinə və ya əmək təhlükəsizliyinə mənfi təsir edir: “Amma bunun tətbiqi çox çətindir. Çünki işçilər üçün əlavə vaxt itkisi deməkdir. İşçilər iş vaxtlarının uzanmasına razı olmazlar. Əksinə, bəzi iş yerlərində kollektiv müqavilə ilə nahar fasilələri 30 və ya 45 dəqiqədir. Artıq burada söhbət işin qısaldılmasından gedir. Amma 8 saatlıq işin bir saatını əlavə istirahət verərlərsə, bunu qanun qadağan eləmir. Kollektiv müqavilədə istənilən məsələni nəzərdə tutmaq olar. Belə ki, işəgötürən işçilərin hüquqlarını məhdudlaşdıran yox, artıran hər hansı addımı ata bilər”.
Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xəqani Səfəroğlu hesab edir ki, işdə gündüz yuxusu məsələsi artıq çoxdandır ki, dünyanın bir sıra ölkələrində müzakirə olunur: "Bununla bağlı konkret psixoloq və sosioloqların fikirləri də var. Yəni söhbət iş müddətində 10-15 dəqiqəlik mürgüləməyə qarşı necə mübarizə aparmaqdan gedir. Əlbəttə, bununla bağlı fikirlər müxtəlifdir. Amma əsas məntiq ondan ibarətdir ki, bu müddətdəki yuxu xeyirlidir və yorğunluğu çıxarmaqda rol oynayır". İB sədri belə bir təşəbbüsün qanunvericilikdə yer alacağına inanmır: “Xüsusən bizim insanlar yatmağa bir qədər meyillidirlər. O baxımdan, bizim üçün bu, çətin olar. Jurnalistlərə gəlincə, onsuz da 5-10 dəqiqə fürsət olanda onlar başlarını stolun üstünə qoyub gözlərinin acısını alırlar. Amma bunun xüsusi bir qanunvericilikdə əks olunması inandırıcı görünmür”.
Göründüyü kimi, bizim ekspertlərin fikirləri də əsasən rusiyalı həmkarlarının mövqeyi ilə üst-üstə düşür. Belə ki, ən yaxşısı - evdə istirahət, işdə işləməkdir...
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR