Gün ərzində 1,5 litrdən çox tünd dəmlənmiş yaşıl çay içənlər sağlamlıqlarına zərər vururlar
Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Yaşıl çay sağlamlıq və cavanlıq iksiri kimi də qəbul olunur.
Qeyd edək ki, yaşıl çay insana enerji gətirir, heyvan mənşəli yağları əridir, həzm sisteminə müsbət təsir göstərir. Xeyirli xüsusiyyətləri ilə yanaşı, yaşıl çay dadı və görünüşü ilə də cəlb edir.
Xüsusilə də dəbli xanımlar və sağlamlıqlarının qeydinə qalanlar yaşıl çaydan bol istifadə etməyə çalışırlar. Yaşıl çay doğrudanmı düşündüyümüz qədər xeyirlidir? Terapevt Kazım Əhmədovun sözlərinə görə, müasir zamanda yaşıl çay çox güclü antioksidant hesab olunur: "Lakin aparılan çoxsaylı təcrübələr hədsiz dərəcədə çox antioksidant qəbulunun orqanizmə zərər verdiyini göstərir. Bununla yanaşı, müxtəlif xəstəliklər inkişaf etməyə başlayır. Orqanizm müəyyən bakteriyalara qarşı müqavimət göstərə bilmir. Bu səbəbdən də yaşıl çayı çox içmək olmaz. Əgər gün ərzində 5-6 orta ölçülü fincan yaşıl çay içirsinizsə, bu, orqanizmə heç bir ziyan vurmayacaq. Lakin gün ərzində 1,5 litrdən çox tünd dəmlənmiş yaşıl çay içənlər sağlamlıqlarına zərər vururlar".
K.Əhmədov bildirib ki, yaşıl çay əsəb sisteminə də mənfi təsir göstərir: "Tünd dəmlənmiş halda yaşıl çay əsəblərin oyanmasına gətirib çıxarır. Belə ki, yaşıl çayın tərkibində qəhvəyə nisbətən kofein (tein) daha çoxdur. Bu səbəbdən də əsəb xəstəliklərindən əziyyət çəkən insanlara yaşıl çay çox içmək məsləhət deyil. Tez-tez əhvalı dəyişən insanlara da yaşıl çay mənfi təsir göstərir. Yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam vaxtı yaşıl çay içmək olmaz. Yaşıl çay yuxusuzluq yaradır. Gecə sağlam insanlar yaşıl çay içdikdə yuxuları qaçır".
Onun sözlərinə görə, ürək-damar sistemi ilə bağlı problemləri olanlara da yaşıl çay içmək məsləhət deyil: "Bu içkinin tərkibində olan maddələr ürək döyüntüsünü çoxaldır ki, bu da xəstəliyin kəskinləşməsinə səbəb olur. Yaşıl çay ürək döyüntüsünün ritminin pozulmasına da səbəb ola bilər. Yaşıl çay mədəni də qıcıqlandırdığı üçün acqarına içmək məsləhət deyil. Çoxu bilir ki, yaşıl çay həzm prosesini sürətləndirir. Deməli, yaşıl çay mədənin şirə ifrazını da sürətləndirir. Bu səbəbdən də mədə boş olduqda yaşıl çay mədədə yaraya çevrilə bilən eroziyalar yaradır. Xüsusilə də, mədəsində yara, mədə iltihabı olanlar acqarına çay içməməlidirlər. Düzdür, vaxtlı-vaxtında, həkim məsləhəti ilə yaşıl çayı içəndə bu problemlərə müsbət təsir göstərə bilər".
Terapevt qeyd edib ki, xroniki mədə xəstəliklərinin kəskinləşməsi dövründə isə ümumiyyətlə, yaşıl çaydan imtina etmək lazımdır: "Yaşıl çayı spirtli içki ilə birlikdə içmək də təhlükəlidir. Əvvəlcə insanı yüngülləşdirsə də, sonradan ürək-damar və əsəb sisteminə, böyrəklərə mənfi təsir göstərir", - deyən həmsöhbətimiz əlavə edib ki, yaşıl çayın spirtli içki ilə qəbulu infarkta da səbəb ola bilər. "Spirtli içkilər və yaşıl çay sidikqovucu effektə malikdir. Onların birləşməsi orqanizmin qəfil susuzlaşmasına gətirib çıxarır. Bu isə öz növbəsində əsəb gərginliyi, aqressiya, sonra isə enerjinin azalması ilə nəticələnir".
Spirtli içki ilə yaşıl çay içmək dərinin də qocalmasına gətirib çıxarır. Əhmədovun dediyinə gör, yaşıl çay bir qrup insanların təzyiqini normal edir: "Təzyiq yuxarıdırsa, aşağı salır, aşağıdırsa qaldırır. Yaşıl çayı içdikdən sonra təzyiqin çox qalxmasından və ya kəskin enməsindən şikayət edənlərinsə orqanizmi bu çayı qəbul etmir. Əgər yaşıl çay içdikdən sonra özünüzü yorğun hiss edirsinizsə və ya başınız ağrımağa başlayırsa, deməli, bu içki sizə düşmür. Ya bu içkidən imtina edin, ya da az miqdarda və açıq dəmlənmiş şəkildə için".
Ümumiyyətlə, tam sağlam olduqda belə yaşıl çay içdikdən sonra səhhətinizdəki dəyişikliklərə fikir vermək lazımdır. Əgər çay içdikdən sonra sizdə qıcqırma olursa, deməli, çay keyfiyyətsizdir.
Bakıda fəaliyyət göstərən çay evlərinin birində çalışan Günay Quliyevanın sözlərinə görə, məşhur markalardan olan yaşıl çayları almaq məsləhətdir: "Paket və ya toz şəklində olan yaşıl çaylarda isə əlavələr çox olur. Bu cür çaylar həm lazımi effketi vermir, həm də dadına görə gül və yarpaq şəklində olan çaylardan geri qalır".
G.Quliyeva bildirib ki, düzgün dəmlənməmiş yaşıl çay orqanizmə zərər verə bilər: "Yaşıl çayı 3-4 dəfə dəmləmək olar. Belə ki, yaşıl çay ancaq ikinci dəmləmədən sonra açılmağa və dadını tam göstərməyə başlayır. Yaşıl çayın iyi də ikinci dəmləmədən sonra daha yaxşı hiss olunur. Lakin 2-3 saatdan sonra yaşıl çay öz xeyirli keyfiyyətlərini itirir və sadəcə susuzluq hissini yatıran içkiyə çevrilir. Dəmləmədən 12 saatdan sonra isə yaşıl çay toksik və zərərli maddələr ifraz etməyə başlayır. Bu zərərli maddələr isə orqanizmdə toplanmaq xüsusiyyətinə malikdirlər".
Ona görə də çayı bir dəfə içmək üçün dəmləmək lazımdır. Müsahibimizə görə, dəmləmə zamanı yaşıl çay tez açılsın deyə əvvəlcə yaşıl çayı örtəcək qədər su əlavə etmək lazımdır: "Çaylar şişdikdən sonra iki barmaq qədər də su əlavə edin. 5-7 dəqiqə gözlədikdən sonra çayın dəmləndiyi çaydana suyu axıra kimi əlavə edin".
Ekspress.az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR