Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Ukraynada elan etdiyi "Xocalı ayı" ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilib.UAGB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anım mərasimində iştirak edən azərbaycanlı və ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspor təmsilçiləri öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalar və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sr Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər aradan 22 il keçməsinə baxmayaraq düya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətlə tanış olublar."Xocalı faciəsinı törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir". Filmə baxdıqdan sonra bu müraciətlə çıxış edən Odessa meri yanında Gənclər Təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyərək qeyd ediblər ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir: "Biz təəssüflənirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyib. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini soyqırım aktı kimi tanımaq məcburiyyətində qalacaq".Tədbirdə Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Mənbə: Trend.Az

XƏBƏR LENTİ
Qapının zəngi...
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Təmirə bağlanan yol açıldı
BMT xəbərdarlıq edir: BELƏ İSTİLƏR NORMAYA ÇEVRİLƏ BİLƏR
Xəbəriniz olsun!
Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub?
Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi
Nəqliyyatı pulsuz olan ölkələr
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
Şvartsenegger əməliyyat olundu
Çilçıraq modelləri
Sadə tutmac (foto-resept)
Toxumağı öyrənək. Dərs 4
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Yataq örtükləri
Günün ulduz falı
Azərbaycanda körpələrə qiymətli metal və daş-qaş adı qoyuldu - SİYAHI
Qadınlar sevgi, kişilər seks arxasınca qaçır – PSİXOLOJİ TƏHLİL
Arıqlama həblərinə diqqət!
Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin
Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı
Məhəbbət və dostluq
Millət vəkili: "Maaşlar artırılmalıdır"
Prezident İlham Əliyevə siyahı göndərildi
Uçmaq qorxusu: onlar qışqırır, hətta dalaşa bilərlər
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
Saçımızda təbii gül
Roqaliki (foto resept)
Azərbaycanda ev tikməyin çətinlikləri
Messi Ronaldoya çatdı
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
H&M qadın geyimləri
Everestə qalxmaq ucuzlaşdı
Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
Naxçıvanda Kətə festivalı keçirilir
Sılanın döyülməsi yalan çıxdı-FOTO
"Qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"
Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” - VİDEO
Beyin funksiyalarının pozğunluğu
Mavi çayın faydası və zərəri
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
"Notariat haqqında" Qanuna dəyişiklik edildi
Şaftalı pirojnası (foto-resept)
Bakıya duman gələcək, külək əsəcək
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hava haqqında - 10.03.2014
Daha bir sərnişin təyyarəsi partladıldı

- ŞƏRHLƏR