Belə ki, Azadlıq meydanında aksiyaya icazə verilmədiyindən etirazçılar Opera və Balet Teatrının binasının qarşısında toplaşmaq istəyiblər. Lakin bu dəfə də polis hər tərəfdən onların yolunu kəsib və zorakılıq tətbiq edib. Güc strukturları həlak olmuş əsgərlərin valideynlərini və qohumlarını itələyərək onları ərazidən çıxarmağa çalışıb. Buna etiraz edən əsgər anaları baş verənləri rüsvayçılıq adlandırıblar və bu şüarları səsləndirməyə başlayıblar: "Orduda qətllərə və zorakılığa yox!", "Rüsvayçılıq! Öz analarınıza deyin ki, bu gün nə etdiniz!"
Qeyri-döyüş şəraitində həlak olmuş Valeri Muradyanın anası Nana Muradyan polislərin yaratdığı sipəri yarıb keçmək istəsə də, onu vəhşiliklə kənara itələyiblər.
Belə bir vaxtda növbəti maraqlı hadisə Ermənistan prezidenti Serj Sarkisyanla bağlı olub. Belə ki, Serj Sarkisyan və yüksək vəzifəli məmurlar ölkə ordusunun formalaşdırılmasının 22-ci ildönümü münasibətilə "Erabrlur" hərbi panteonunda olublar. Panteonda hərbi pensiyaların həcmindən narazı olan bir qrup vətəndaş dövlət başçısına yaxınlaşıb. Sarkisyan pensiyaların artırıldığını desə də, ölən hərbçilərin yaxınları heç bir artımın olmadığını bildiriblər. Prezident və digər vəzifəli şəxslər vətəndaşları dinləməkdən imtina ediblər.
Bütün bunlar isə ölkə müxalifəti tərəfindən kəskin etirazla qarşılanır. Elə bu səbəbdən müxalifətin əsas birliyi olan Ermənistan Milli Konqresi "Ermənistanın indiki hakimiyyətinin ordunu siyasi alətə çevirməsi" barədə bəyanat yayıb. Sabiq prezident Levon Ter-Petrosyanın sədri olduğu qurumun bəyanatında deyilir: "İndiki rejimin yaratdığı şəraitdə ordu siyasətə cəlb edilib, daxili siyasi problemlərin həlli alətinə çevrilib. Xatırladaq ki, 2008-ci il martın 1-də xalqın etiraz dalğasının insan qurbanları ilə yatırılmasında ordu rejim tərəfindən alət kimi istifadə edildi ki, bu, konstitusiyanın kobud pozulmasıdır. Silahlı qüvvələr dinc sakinlərə, öz xalqına qarşı istifadə edildi. Bu, bir tərəfdən ordunun nüfuzuna, digər tərəfdən isə onun mənəvi-psixoloji durumuna qarşı ciddi zərbə idi. Bu isə korrupsiyanı, özbaşınalığı, nizamnamənin pozulmasını gücləndirdi, döyüş qabiliyyətini aşağı saldı və faciəli şəkildə həlak olan qurbanları artırdı".
Ermənistan ordusu ilə bağlı daha bir problem həmişəki kimi şəxsi heyətin təminat məsələsi ilə bağlıdır. Yenə də ordunu şəxsi heyətlə tam komplektləşdirmək mümkün olmur. Əsas səbəb də odur ki, Ermənistanda yenə əhali ölkəni kütləvi şəkildə tərk edir. Bunu Ermənistanın Miqrasiya üzrə araşdırma komissiyasının apardığı araşdırmaların nəticələri də təsdiqləyir.
"Aykakan Jamanak" qəzeti ilkin nəticələrin Ermənistan üçün arzuolunmaz hal olduğunu yazır. Araşdırmalarda birbaşa iştirak etdiyini deyən Ermənistan Miqrasiya Məsələləri üzrə Agentliyinin rəhbəri Hagik Yeganyan nəticələr ürəkaçan olmadığı üçün mətbuata dəqiq açıqlama verməkdən boyun qaçırıb. "Aykakan Jamanak" qəzeti isə Ermənistanı tərk edənlərin 80 faizinin ölkədə siyasi, sosial, iqtisadi vəziyyətin daha da ağırlaşmasını, yoxsulluq səviyyəsinin artaraq başlıca problemə çevrilməsini əsas səbəb kimi göstərdiyini yazır. Bu da nəticədə orduya çağırmağa əsgər tapılmaması ilə sonlanır.
İqtisadi durumun pisləşməsi bu sahədə daha böyük problemlərin yaranacağını göstərir. Elə "Aykakan Jamanak" da yazır ki, iqtisadi durumun yaxşılaşması üçün Ermənistanın pulu qalmayıb. Qəzet 2013-cü ilin dekabrında Ermənistanın Milli Statistik Xidmətinin məlumatlarını dərc edib. Buradan aydın olur ki, 2012-ci ilin dekabr ayı ilə müqayisədə Ermənistanın ticari dövriyyəsi bir neçə dəfə azalıb.
Bildirilir ki, bu, görünməmiş haldır və pul çatmadığı üçün əhali getdikcə daha az alış-veriş edir. Nəticədə ermənilərin onsuz da yoxsul olan əhalisi daha da pis yaşayır. Ticarət həcmlərinin azalması da əhalinin alıcılıq qabiliyyətinin düşməsinin parlaq təzahürüdür. Ermənistan rəhbərliyi isə qalibiyyət çıxışları edir.
Belə vəziyyətdə Ermənistanı daha çox insanın tərk edəcəyi qaçılmazdır.
Mənbə: Azərbaycan
XƏBƏR LENTİ
Solğun mavi nöqtə
Avro da qalxdı
Qəbələdə rabitə xidmətinin keyfiyyəti artırlır
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
“Qızıl Qlobus”un ən gözəl zinət əşyaları - FOTO
Bu qız əsl Rapunzeldir
TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır - RƏSMİ
Kirpiklərim çox qısadır, necə uzada bilərəm?
Fitness bağlı bilinən yanlışlar
Qırışları aradan qaldıran maska
Rihanna sarışın oldu-FOTO
Mini alman piroqu
Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq
Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı
Günün qoroskopu: Fikriniz mənasız işlərə yayınmasın
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Doşablı Peluze (foto-resept)
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Xəyanətə məruz qalan qadın nə etməlidir?
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Milli parklar təhlükədə
Mikura Pearls
Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə
Hindistanda koronavirus peyvəndi ilə bağlı yekun testlərə başlanıldı
Qonaq otağı üçün masa dekorasiyası
Nescafeli peçenye (foto resept)
ABŞ-da ictimai nəqliyyat pulsuz olacaq
iPhone 8 hazırlanır - TƏFƏRRÜATLAR
Günəş yanıqlarından necə xilas olmalı?
Şokoladlı qurabiyələr (foto resept)
Şam ağacı üçün oyuncaq düzəldək
Mətbəx dizaynları
Gəlin saçı modelləri
Ən pis dizayn nümunələri
Anamın öyrətdiyi əl işləri
HAVA necə olacaq?
Rihanna villasını 50 min dollara satır - FOTO
Zövqlü hicab modelləri
Cazibəli gecəliklər
64 yaşlı aktyor gənc sevgilisi ilə tətildə
Hər gün reklam təklifi alırlar
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Əlavə avtobuslar gəlir
Kloze yeni klub axtarışındadır
Ultra HD-yə tələbat artır
Dünyanın ən bahalı və möhtəşəm oteli - Atlantis Palm Jumeriah
Bitkilər və təbabət (6)
Dilimizdəki gülməli adlar kitabdan çıxarılıb
Gəlinlər üçün ayaqqabı modelləri
Putin İslamı qəbul edib?
- ŞƏRHLƏR