
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi və digər dövlət qurumları ilə birgə M.Ə.Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanıb.Ə.Qarayev deyib ki, tədbirlər planına uyğun olaraq il boyu M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə müxtəlif tədbirlər, konfranslar, görüşlər, "dəyirmi masa"lar təşkil olunacaq, eləcə də M.Ə.Rəsulzadə ilə bağlı çoxlu kitablar, jurnallar nəşr olunacaq:
"M.Ə.Rəsulzadə AXC-nin qurucularından biri olmaqla Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirən və onu geniş kütlələrin arasında təbliğ edən şəxsiyyətlərdən biridir. Bu gün tariximizə nəzər salarkən biz fəxrlə qeyd edə bilərik ki, Şərqdə ilk demokratik və parlamentli dövlət, eləcə də opera, teatr Azərbaycanda yaradılıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. AXC-nin ömrü qısa olsa da, çox böyük nailiyyətlər əldə edə bilib. Parisdə keçirilən beynəlxalq konfransda AXC-nin əksər dövlətlər tərəfindən tanınması isə xüsusi qeyd olunmalıdır".
Ə.Qarayev qeyd edib ki, M.Ə.Rəsulzadə uzun illər Avropanın bir neçə ölkəsində sürgünlük həyatı yaşasa da, Azərbaycanla əlaqələrinikəsməyib, Vətəninin müstəqilliyi uğrunda fəaliyyətini davam etdirib.
Nazir süqutundan sonra AXC-nin bayrağının ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda Ali Məclisin binasının üzərində qaldırıldığını xatırladıb.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, AXC dövrü Azərbaycan tarixində çox mühüm bir mərhələni təşkil edir. AXC-nin qurucularından olan M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında və yaşadılmasında böyük xidmətləri olub.
M.Ə.Rəsulzadənin böyük elmi irsinin olduğunu deyən AMEA prezidentinin sözlərinə görə, azərbaycanlı alimlər, elm adamları bu irsin toplanması, tədqiqi və təbliği sahəsində geniş elmi iş aparırlar. Aparılan bu elmi tədqiqat işləri AXC-nin qurucularının ideyalarının öyrənilməsinə, o cümlədən M.Ə.Rəsulzadənin və onun irsinin Azərbaycan cəmiyyətinə, yeni nəslə daha yaxşı çatdırılmasına xidmət edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun dahi siyasi xadim olmaqla yanaşı, həm də böyük elm adamı, ictimai xadim, ədəbiyyatşünas, tarixçi və jurnalist olduğunu deyən Ə.Amaşov bildirib ki, M.Ə.Rəsulzadənin 30-a yaxın mətbu orqanda 1200-dən çox məqaləsi çıxıb:
"Harada işləməsindən asılı olmayaraq M.Ə.Rəsulzadənin tək amalı Azərbaycana xidmət etmək olub. Məhz buna görə də bu gün ona, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərə çox yüksək qiymət verilir. Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var M.Ə.Rəsulzadənin əziz xatirəsi həmişə qəlblərdə anılacaq".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir çin işgəncəsi: Lotus ayaqlar
Türk mediası erməni əsgərlərinin məhvindən yazdı
"Qarabağ" artıq Valettadadır
Kremli əncir şirniyyatı (foto-resept)
Səhnəmizin ilk Gülçöhrəsinin anım günüdür
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Fahriye Burakın uzun saçlarından danışdı-FOTO
Müasir vanna otaqları
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Bu gün Milad bayramıdır
Koronavirusa asanlıqla yoluxa biləcəyiniz beş yer
Adət, yoxsa qonşudan dala qalmamaq?
Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi
Gözəllik salonları və bərbərxanalar işləməyəcək
Bu da Bakı-2015-in reklamı-Video
Cadunu yox edən qızıl
Kamal Sunalın ölümündən 19 il keçir
Uşaqlıqdan kənar hamiləlik
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
Günün qoroskopu:Səhhətinizə fikir verin
Bürclərə görə toy
Sabahın HAVAsı
HAVA necə olacaq?
Gündəlik yemək - 5 səhv
Hellouinin ən maraqlı cütlükləri
Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO
Azərbaycanda müəmmalı hadisə: Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - VİDEO
Serenayı bir də belə görün - FOTO
İşsizlər diqqətli olsun!
Nəqliyyatı pulsuz olan ölkələr
Qovun dolması (foto-resept)
Məşhur bloger dolğu etdirdi eybəcər oldu-FOTO
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
28 il sonra yenidən vətənin müdafiəsində olan qəhrəman qazimiz - VİDEO
Gül bayramı
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Koronavirusa qalib gələn 3 yaşlı Banu - VİDEO
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Şokoladlı pryanik (foto-resept)
"İntimissimi"dən alt geyimlər
Günün qoroskopu: yenə də əlavə işə başlasanız...
2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA
Şəkər tozu ilə üzə qulluq
Qalxanvari vəzə ziyan vuran vərdişlər
Düşmənin talan etdiyi Ağdama ağac əkilir
Gizem Karaca yenidən məhkəməlik oldu-SƏBƏB
Kişilər qadınlarda nə axtarır?
Çimərlikdə istifadə edə biləcəyiniz saç modelləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]