
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikiKamran Əliyev bildirib.
Şöbə rəisi qeyd edib ki, rayonlararası yollarda, şəhərlərarası marşrutlarda işləyən avtobuslarda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsi məcburi xarakter daşıyır:
"Əgər avtobusun konstruksiyasında nəzərdə tutulubsa, təhlükəsizlik kəmərindən mütləq istifadə olunmalıdır. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi sərnişinləri öz həyatlarını və sağlamlıqlarını qorumaları naminə avtobuslarda olarkən təhlükəsizlik kəmərindən istifadə etməyə çağırır".K.Əliyev qarşıdakı günlərdə havaların qeyri-sabit keçəcəyi və yolların buz bağlayacağını da nəzərə alaraq sərnişinlərdən bu məsələdə diqqətli olmalarını xahiş edib.
Şöbə rəisi qeyd edib ki, əgər avtobusun konstruksiyasında nəzərdə tutulubsa və sərnişin təhlükəsizlik kəmərindən istifadə etmirsə, həmin sərnişin qanuna əsasən cərimə olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə müvafiq olaraq, həmin sərnişinlər məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə 30 manat miqdarında cərimə nəzərdə tutulub".
Onun sözlərinə görə, əgər avtobusun konstruksiyasında təhlükəsizlik kəmərindən istifadə edilməsi nəzərdə tutulmayıbsa, bu, məcburi xarakter daşımır və buna görə cərimə də tətbiq edilmir.
K.Əliyev ümumiyyətlə, bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinə təhlükəsizlik kəmərindən istifadəni tövsiyə edərək onları öz həyatlarına qarşı biganə olmamağa çağırıb:
"Kəmərdən istifadə olunmaması həyat üçün təhlükə yaradır. Hadisə zamanı kəmər insanı ölümdən saxlaya bilir. Bu, qoruyucu elementdir. Sürücülər və sərnişinlər bu məsələyə şüurlu yanaşmalı və təhlükəsizlik kəmərlərini bağlamalıdırlar. Heç kəs yolda qəzanın törənməyəcəyinə zəmanət verə bilməz. Bu gün ölkədə baş verən yol qəzalarında insanların ölümünə əsas səbəb ilk növbədə yüksək sürətdirsə, ikinci yerdə sürücülərin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etməməsi durur. Ona görə də bütün sürücü və sərnişinlərdən xahiş edirəm ki, nəqliyyat vasitələrində təhlükəsizlik kəmərlərindən istifadə etsinlər. Əks təqdirdə onlar qanunla inzibati məsuliyyətə cəlb ediləcəklər".
Qeyd edək ki, 2013-cü il ərzində respublika ərazisində 2846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur aktyor evləndi-FOTO
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı
Marcello Barenghinin əl işləri
51 kq Arıqlayıb Britaniya Gözəli Oldu-FOTO
Günün ulduz falı
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Sıla ana oldu-FOTO
Kəsmikli günəş (foto resept)
Günün ulduz falı
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Dəbli ayaqqabı modelləri
Azərbaycanda əhalinin gəlirləri açıqlandı
Çiyələklə gözəlləşin
Gözəl ayaqlara sahib olmaq üçün üsullar
Barmaqların formasına görə xarekter
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Mehriban Əliyeva fransalı səfirlə görüşdü - FOTO
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
HAVA necə olacaq?-28 İyul
Qışda edilən pilates immuniteti gücləndirir
"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"
Məşhurların boyları
Kıvanç Tatlıtuğ İMİCİNİ DƏYİŞDİ - FOTO
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Xəzər dənizində zəlzələ olub
Meyvə-tərəvəzlər və insan orqanları
Castin Biber xanımı ilə çimərlikdə-FOTO
Gəlinin və onun rəfiqələrinin geyimi
Sarımsaqlı "suxarik" (foto-resept)
Kate Middletonun tərzi
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
1 milyon uddu, həyatı MƏHV OLDU
Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə
“Gəzən kitabxana” Gəncədə olacaq
“Haber Global” Kəlbəcərdə
Dell biznesdən uzaqlaşmayacaq
Bu peşənin sahibləri qripə yoluxmur
Xanımlar üçün üzüklər
Bakıda yeni yol nişanı - FOTO
Uşaqların ailədaxili vəzifələri
Möcüzəvi saçlı bacılar
Eşiyinə baş qoyduq, anam!
İş yerindən arayış lazım olmayacaq
27 illik həsrətdən sonra Kəlbəcərə kosmosdan baxış - FOTO















- ŞƏRHLƏR