Milli Məclisin sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızıAilem.az-a bildirib ki, sahə həkim-pediatrlar vəzifələrinin icrasına hətta ərazidəki qadının hamilə olduğu gündən başlamalıdır: “Hamilə qadınlar qadın məsləhətxanasında qeydiyyata alındığı kimi, həmçinin sahə həkim-pediatr tərəfindən də qeydiyyata alınmalı və nəzarətə götürülməlidir. Uşaq həkimi hamilə olduğu gündən uşaq dünyaya gələnədək həmin qadınla maraqlanmalı və öz tövsiyyələrini verməlidir. Bu, onların vəzifə borclarıdır. Körpənin gələcək həkimi hələ uşaq doğulmamışdan ana ilə təmas qurmasa, ananın keçirdiyi xəstəlik, ümumi vəziyyəti, hətta ailənin durumu ilə maraqlanmasa, gələcəkdə uşağın sağlamlığını da dəyərləndirə bilməz”.
M.İbrahimqızının sözlərinə görə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna və Səhiyyə Nazirliyinin təsdiq etdiyi təlimatlara əsasən, Qadın Məsləhətxanaları sahənin uşaq poliklinikaları ilə əlaqəli işləməli, qeydiyyata düşən hamilə qadın haqqında poliklinikalara məlumat verməlidir: “Uşaq sahə həkimi bilməlidir ki, onun xidmət etdiyi ərazidə neçə hamilə qadın var. O, tibb bacısı ilə birlikdə həmin qadınların evlərinə gələrək, onunla təmas yaratmalıdır. Həkim hamilə qadına uşağın sağlam doğulması ilə bağlı tövsiyyələrini verməli, ananı körpənin evə gəlişinə hazırlamalıdır. Buraya uşağın qidalanmasından tutmuş, ona lazım olan geyimlərə, hətta uşaq otağının temperaturu, işıqlandırılması qaydalarınadək hər şey daxildir. Sahə uşaq həkimi tərəfindən bu nəzarət uşaq dünyaya gəldikdən sonra da davam etdirilməlidir”.
Millət vəkili qeyd edib ki, hamilə və ana olan qadınlar qanunvericilikdə nəzərdə tutulan bu xidmətlərdən tam yararlanmalı və öz hüquqlarını bilməlidirlər: “Ola bilməz ki, hazırda sahə həkim-pediatrlar tərəfindən bu xidmətlər göstərilməsin. Əgər müəyyən boşluqlar varsa və ya xidmət lazımi səviyyədə göstərilmirsə, bu qüsurlar aradan qaldırılmalıdır. Burada valideynlərin də üzərinə məsuliyyət düşür. Onlar öz hüquqlarını bilməli, maariflənməli və bunu tələb etməlidirlər. Çox təəssüf ki, gələcəkdə ana olacaq qadınların, anaların maarifləndirilməsi lazımi səviyyədə deyil. Bununla bağlı seminarlar, görüşlər çox az təşkil edilir, mətbuatda sosial roliklər yoxdur. Ona görə də, analar çox vaxt öz hüquqlarını bilmirlər”.
Qeyd edək ki, qanuna görə, Azərbaycanda uşaqların tam tibbi müayinəsi pulsuzdur. Analar hamilə qaldığı gündən onlar ərazidəki uşaq poliklinikasının sahə həkimləri tərəfindən nəzarətə götürülməlidirlər.
Ailem.az anaları məlumatlandırmaq üçün səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq etdiyi “Sahə həkim-pediatrın nümunəvi vəzifə təlimatı”na əsasən, sahə həkim-pediatrın vəzifələrini oxucularına təqdim edir.
1. Sahə həkimi-pediatr ona təhkim edilmiş sahənin uşaq əhalisinə tibbi xidməti göstərir.
2. Uşaqların fiziki və əsəb-psixi inkişafına dinamik tibbi müşahidəni aparır;
3. Evdə və ambulator şəraitdə diaqnostika və müalicə işini aparır;
4. Yeniyetmələrin reproduktiv sağlamlığının mühafizəsi üzrə işi həyata keçirir;
5. Yenidoğulmuşların və erkən yaşlı uşaqların müəyyən edilmiş müddətlərdə ilkin patronajını keçirir;
6. Erkən yaşlı uşaqların profilaktik baxışlarının keçirilməsini təşkil edir və onlarda iştirak edir;
7. Müalicəvi-sağlamlıq tədbirləri kompleksini işləyib hazırlayır, rejimin, səmərəli qidalanmanın yerinə yetirilməsinə, uşaqlarda alimentar pozuntular, raxit, anemiya və başqa xəstəliklərin profilaktikası üzrə tədbirlərin vaxtında keçirilməsinə nəzarəti təmin edir;
8. Hospitallaşdırmaya müvafiq göstərişlər zamanı uşaqların vaxtında həkim mütəxəssislərə məsləhətə göndərilməsini təmin edir;
9. Uşaqların immunoprofilaktikasının aparılmasını təmin edir;
10. Dispanser nəzarətində olan xronik patologiyalı uşaqların dinamik müşahidəsini, onların vaxtında sağlamlaşdırılmasını və dispanser müşahidəsinin effektliliyinin təhlilini aparır;
11. Uşaqların sağlamlıq müəssisələrinə qəbul olunmasına hazırlığı təmin edir;
12. Sosial riskli uşaqlar və ailələr haqqında məlumatların uşaq poliklinikalarının tibbi-sosial yardım bölmələrinə, qəyyumluq və himayəçilik orqanlarına daxil olmasını təmin edir;
13. Əlil uşaqların fərdi reabilitasiya proqramlarının yerinə yetirilməsini təmin edir;
14. Uşaqların sanatoriya-kurort müəssisələrinə göndərilməsinin zəruriliyi barədə rəy verir;
15. Uşaqlarda B və C hepatiti, İİV infeksiyalarının profilaktika və ilkin aşkarlanması üzrə tədbirlərin keçirilməsini təmin edir;
16. Neonatal skrininq nəticəsində aşkar olunmuş irsi xəstəlikli uşaqların dispanser müşahidəsini və göstərilən kateqoriyalı uşaqları olan ailələrin patronajını həyata keçirir;
17. İnfeksion xəstəlik və peyvənddən sonra ağırlaşma hallarında məlumatı ərazi üzrə aidiyyəti orqanlara vaxtında göndərir;
18. Hərbi xidmətə hazırlıq dövründə gənc oğlanlara tibbi yardımı təmin edir;
19. Uşaqların sağlamıq vəziyyəti nəzərə alınmaqla həkim məsləhətləşməsi və peşəkar istiqamət üzrə işi aparır və s.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqların öz məhkəməsi olsun
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Adriana Lima qızlarından danışdı-FOTO
Ətir hazırlayaq
2018-ci ildə boşanan məşhurlar - FOTO
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Hadise bacısı ilə barışdı-FOTO
Azərbaycanda yeni qurum yaradılır
Kələmli piroq (foto-resept)
Dost dedikdə - 1
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Xərçəng bürcü qadını
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Xətasız düşünmə sənəti (1)
Saç üçün maskalar
"Quba alması"na müştəri tapılmır
“Bülbüllər” kubok matçında qalib gəldi
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Qiyməli kələm (foto-resept)
Uşaqlara bu dərmanları verməyin!
Qırışları aradan qaldıran maska
"Bizim Tarla" - Soyulmuş pomidor
Alişandan sürpriz evlilik təklifi
Tarkandan qızına milyonluq hədiyyə
Tayson Eminemi nokauta saldı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Erməni katalikos Şeyxdən kömək istədi
Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
"Şəfa" stadionunun adı dəyişdirilir?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Gözəllik maskaları
Dünyanı titrədən xəbər
Toxuma işlərim
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Milli Ordunun yaranmasından 102 il ötür...
- ŞƏRHLƏR