Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, anafilaktik şoka arı və böcək sancmaları da səbəb ola bilər. Qidalardan isə qabıqlı dəniz məhsulları və fındıq əzməsinin anafilaktik şok yaratdığı bildirilir. "Anafilaktik şok bazofil və mast hüceyrələrin içindəki histamin dolu kiçik kisəciklərin partlaması və histamin adlı aktiv maddənin ortaya çıxaraq təsirlərini yaratması ilə baş verən bir reaksiyadır. Anafilaktik şok ölümcül ola bilən, ciddi, bütün bədənə təsir edən allergik bir reaksiyadır və dərhal müalicə edilməlidir. Anafilaktik şok bu xüsusiyyətləri ilə "tibbi təcililər" qrupuna daxildir. Əgər klinika diaqnozu qoyulub müəyyən edilməzsə və lazımi tədbir görülməsə, ürək-damar və ya tənəffüs sistemi çatışmazlığından ölüm reallaşa bilər". Anafilaktik şok ümumiyyətlə, "şok yaradıcı" (bura iynələr, dərmanlar, arı və böcək sancması və s. daxildir) qəbul edildikdən saniyələr sonra baş verir. Əgər "şok yaradıcı" əzələ daxilinə vurulubsa, bu, 5-30 dəqiqədə, bəzən isə bir saat sonra özünü büruzə verir. Əgər "şok yaradıcı" ağız vasitəsilə qəbul edilibsə, təsiri ilk 2 saat içində özünü göstərir.
Anafilaktik şok istisnalar xaricində çox zaman özünü dəridə büruzə verir. Bununla yanaşı, tənəffüs yollarında problem, təzyiqin aşağı düşməsi və mədə-bağırsaq problemi ortaya çıxa bilər. "Dəri, tənəffüs yolları, ürək-damar və mədə-bağırsaq kimi bir çox orqan sistemi tək başına, ya da birlikdə təsirlənə bilər. Anafilaktik şok zamanı dəridə qızarma, qaşınma, bronxlarda tıxanma, üst tənəffüs yolunda şiş, mədə-bağırsaq sistemi ilə bağlı əlamətlərdə bulanma, qusma, ishal, ürək-damar sistemində təzyiq düşməsi və ya ritm pozuntusu ilə müşahidə edilə bilər. Maraqlısı budur ki, xəstədə çox zaman "ölüm qorxusu hissi" təyin edilir. Yəni, insan öləcəyini hiss edir. Anafilaktik şok zamanı burun, gözlər və damaqda qaşıntı, asqırıq olur, insan nəcis və sidiyi saxlamamaq kimi hallarla rastlaşır. Bəzən anafilaktik şokun ilk əlaməti şüur itkisi də ola bilər. Bu əlamətlərdən dəqiqələr sonra ölüm baş verir".
Anafilaktik şokun təsirləri xəstədəki allergik vəziyyətin ciddiliyi, "şok yaradıcı"nın yüksək dozada qəbul edilməsi, xəstədə olan xroniki xəstəliklə (astma, ürək xəstəliyi) də əlaqəli ola bilər. Əvvəlcədən ürək xəstəliyi olan şəxslərə "şok yaradıcı"nın tətbiq olunması ciddi anafilaktik şok yaratma riskini artırır. Ürək xəstələri çox zaman anafilaktik şokdan dünyasını dəyişir. Ayrıca bəzi təzyiq dərmanları da anafilaktik şokla ölümə gətirib çıxarır. Anafilaktik şok zamanı müdaxilə və müalicənin gecikməsi də ölümlə nəticələnir.
Həmsöhbətimizin sözlərinə görə, anafilaktik şok sürətlə meydana gəlib xəstəni öldürə bilən təcili bir xəstəlik olduğundan, müalicəsi də çox sürətli tətbiq olunmalıdır. İlkin müdaxilə xəstənin olduğu yerdə edilməlidir. Anafilaktik şoka qarşı dərmanlar bütün müəssisələrdə olmalıdır. "Arı və qida allergiyasına bağlı olan anafilaktik şok müalicə müəssisələrindən kənarda olduğu üçün bu riskə sahib xəstələr dərmanları hər zaman yanlarında gəzdirməlidirlər. Xəstələrə şok zamanı özünü müalicə etmə öyrədilməlidir".
Anafilaktik şokdan ölüm çox zaman tənəffüs yollarında şişin yaranması, tıxanma və buna bağlı tənəffüs çatışmazlığı və ürək damar sisteminin iflasıdır. "İlkin müalicə zamanı dərman müalicəsi kafi nəticə vermədiyi üçün üst tənəffüs yollarına hava balonu tətbiq edilir və ya boğazın ön qismində tənəffüs yoluna dəlik açmaq həyatı qurtara bilər. Bu zaman xəstənin boynu yaxşıca arxaya doğru qıvrılıb ağız açıq saxlanılmalıdır".
Həkim deyir ki, adrenalin də anafilaktik şok müalicəsində əhəmiyyətli dərmandır. Anafilaktikdən ölənlər, ümumiyyətlə adrenalin istifadə edilməyən və ya qeyri-kafi istifadə edilən xəstələrdir. Adrenalin ilə ürək-damar və tənəffüs problemləri sürətlə normala dönə bilir. Ancaq tətbiq olunarkən təhlükəli əks təsirləri də var. Bəzən ani təzyiq yüksəkliyi və beyin qanamasına, infarktına və ciddi ritm pozuntusuna səbəb ola bilər. "Adrenalin dəri altı, əzələ içinə və ya birbaşa damar içinə tətbiq oluna bilər. Adrenalinin tətbiq olunma yolu xəstənin vəziyyətinə bağlıdır. Əlamətlər davam edəcəyi və ya təkrar edəcəyi təqdirdə adrenalin 15-20 dəqiqədən bir təkrarlanmalıdır. Adrenalin tətbiq olunduqdan sonra digər dərmanlar da tətbiq oluna bilər".
M.Abbasovanın bildirdiyinə görə, qidaya bağlı anafilaktik şoklarda reaksiya verən qidalardan qaçmaq lazımdır. Burada yeganə təhlükə xəstənin həssas olduğunun qidanın digər qidalara qarışaraq, bilinmədən qəbul edilməsidir. Bu səbəblə riskli xəstələr qida qəbul edərkən tərkibi ilə mütləq maraqlanmalıdırlar.
Anafilaktik şokun digər bir səbəbi isə arı sancmasıdır ki, bunun qarşısını almaq üçün arı peyvəndi tətbiq edilir. Həkim deyir ki, riskli xəstələr mütləq yanlarında allergik olduqları barədə kart, bilərzik və ya haqlarında yazılmış kiçik məlumat gəzdirməlidirlər. Unutmamaq lazımdır ki, anafilaktik şok təcili qarşısı alınmazsa, ölüm deməkdir.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Ən varlı model daş-qaş alarkən görüntüləndi-FOTO
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Britaniyanı qarışdıran gülməli hadisə
ÜST koronavirusu pandemiya elan etdi
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Meqan Markl vƏ kraliça Yelizaveta ilk rəsmi səfərdə-FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
“Ələkbər əmi”nin nağılı
Dünyaya sərt mesaj verdi
Buse Varolun geyimi tənqid olundu-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Alimlər insanı nəyin çirkin göstərdiyini açıqladı
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Əllərinizə qulluq
Məşhur tərzi: Kate Middleton
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Ramazanın 6-cı gününün duası
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Qarabağda ildırım sürətli müharibə
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Sevişmə sonrası qadın olmadım mən!
Məlumatları necə qoruyursunuz?
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Keyfiyyətli insan və cəmiyyət
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Parazitlər artır, həkimlər azalır?
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Ərdoğan Azərbaycana gəldi
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Mübarizsiz 10 il...
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Yorğunluğa son
Nəyə sıx bağlısınız?
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Qiyməli gül kələmi (video-resept)
- ŞƏRHLƏR