Cəlilabad. Ağəddin Babayev –APA. Bu gün Cəlilabad rayonunda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib.APA-nın cənub bürosunun məlumatına görə, təqdimat mərasimində şəhidin doğmaları ilə yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə bütün rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirib. Daha sonra sənədli film nümayiş etdirilib.Film Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb . Fərid Əhmədovun anası Nərgiz xanım göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü çatdırıb.Qeyd edək ki, filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur. Təqdimat zamanı o da bildirilib ki, yaxın vaxtlarda cəlilabadlı şəhid Əhməd Abdullayev haqqında da yeni filmin çəkilişinə başlanılacaq.Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilib.
Mənbə: APA.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İyul şəhidlərinin xatirəsi əbədiləşdirildi: “Paşam hey!” - VİDEO
Bürclərə görə ev dekorasiyası (1)
Gözəl sırğa modelləri
Bu günün hava proqnozu
Zeynəb Bastık bir reklamdan 500 min qazanacaq
“WhatsApp”dan yenilik - Telefonu silkələyərək...
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Yeni tədris ilinin ilk dərsləri müəyyənləşdi
Şirniyyat yeyərək arıqlamağın sirri
"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Plastik əməliyyat qadının həyatını alt-üst etdi-FOTO
Cənnətin ən yüksək zirvəsi
Sevgi bizi güclü edir
Ebola-nın sonu çatır
Tanış olun: ən son Subaru Legacy
Ghibli studiyasının personajları təbiət qoynunda
Niyə qorxulu yuxular görürük?
İki stəkan südün gücü
Tramp söz verdi: “Bunu etsəniz...”
Ağıllı insanların eşqdə çətinlik çəkmələrinin 5 səbəbi
Saçqıranlardan qorxmayın!
305 kq arıqladı və ...
Qarnımdakı piylər ərimir deyənlərin yol verdiyi səhvlər
Doğuş üçün ideal yaş neçədir?
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
Məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək
Demet Akalından həyat yoldaşına ad günü hədiyyəsi - FOTO
Düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO
Yarpağın macərası
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYƏLƏR
Əfsanəvi reperin qətli milyon dollara sifariş olunub
İnstagramda 150 minlik təklifə "Yox" dedi-FOTO
Varlı ərin C vitaminindən belə faydalı olmasının 11 sübutu
Qış mövsümünün ən faydalı şirələri
Bakı bir səyyahın dilindən
Xanımların sevdiyi bəzək əşyaları
Günün ulduz falı
“Hercai” efirlə vidalaşır
Kiyev Bakıdakı yanğın qurbanlarını unutmadı
Xəzəri Bakıda böləcəklər
Kökəlmək istəyən xanımların nəzərinə
Yeni yemək bişirənlərə 6 tövsiyə
Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb
Avropa Məhkəməsindən Azərbaycanla bağlı qərar
Saç tökülməsinin qarşısını alan maska
Katsudzo Nişinin 6 qaydası - 3
Sellüloz - cavanlığın cövhəri
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]