Sağlamlığın və aktiv həyat tərzinin saxlanılması üçün insana qidalanma zamanı zülallar, karbohidratlar, piylər, vitaminlər, mikroelementlər və sellüloz əldə etmək lazımdır. Qeyd edək ki, şəhərlərdə yaşayan müasir insanın gündəlik rasionunda elə sellülozun çatışmadığını iddia edən alimlərin sayı getdikcə artmaqdadır.
Belə ki, bitki lifləri ilə zəngin olan qida qocalmanı ləngidir, bağırsaqları təmizləyir, toksinlərə, konseregen və digər zərərli maddələrə orqanizmi zəhərləməyə imkan vermir. Hər şeydən əlavə, sellüloz çəkini normada saxlamağa kömək edir. Çünki sellüloz suyu sorur, həcmcə böyüyür və mədədə süngərə bənzər yumşaq kütlə yaradır ki, bu da kifayət qədər tez doyma hissi yaradır və çox yeməyə mane olur.
Məhz sellüloz qocalıqla əlaqədar xəstəliklərlə fəal mübarizə aparır. Yeri gəlmişkən, bu xəstəliklərin bir çoxu nəzərəçarpan dərəcədə cavanlaşıb ki, bu da müasir şəhər sakinlərinin məhz yanlış qidalanması ilə bağlıdır.
Hələ yüz il əvvəl babalarımız, əsasən, bitki mənşəli qidalar qəbul edirdilər. Ət, əsasən, qış aylarında yeyilirdi. Yarımfabrikatlardan, hər cür şirniyyatlardan söhbət belə gedə bilməzdi.
Müasir insanların əksəriyyətinin qida rasionunu isə tərkibində bir qram da sellüloz olmayan məhsullar təşkil edir. Onlar bizə gündəlik kalorinin 90 faizini verir, yalnız yerdə qalan 10 faiz sellülozla zəngin qidaların payına düşür. Buradan da qəbizlik, babasil, damarların valikoz genişlənməsi kimi problemlər meydana çıxır.
Tibb mütəxəssisləri qeyd edirlər ki, əsasən birki mənşəli qidalardan - dənli bitkilər, qoz, meyvə-tərəvəzdən istifadə edən şəxslər demək olar ki, daim sağlam ürəyə malik olurlar, onların yaddaşla bağlı problemləri, getdikcə bizi daha tez-tez narahat etməyə başlayan piylənmə, diabet xəstəlikləri olmur. Bu ona görə baş verir ki, sellülozun orqanizmə vitaminlərin, mikroelementlərin, fol turşusunun çatdırılmasından başqa, həll edilə bilən liflər xolesterinin səviyyəsini yaxşı aşağı salır. Məhz kobud bitki qidası arterial təzyiqi və qanda şəkəri sabit saxlayır.
Tərkibində sellülozun çox olduğu qidaların az yeyildiyi zəngin, inkişaf etmiş ölkələrin statistikasına görə, həmin ölkələrdə ürək xəstəliklərindən ölüm halları çoxlu paxlalı, çəyirdəkli bitkilərlə, tərəvəzlərdən istifadə edilən ölkələrdəkindən 5 dəfə daha tez baş verir. Eyni zamanda, ölkəmizdə öd kisəsi daşından əziyyət çəkənlərin sayı da durmadan artır. Öd kisəsində daşlar cavanlarda, hətta uşaqlarda da əmələ gəlməyə başlayıb. Sellüloz isə öd kisəsində həmin daşların yaranmasına imkan vermir.
Təsadüfi deyil ki, alimlər sellülozla zəngin məhsulları "cavanlıq cövhəri" adlandırırlar. Belə çıxır ki, bütün zamanların kimyaçılarının yaratmağa çalışdıqları gizli vasitə həmişə insanın yanında olub.
Herontoloqlar inandırırlar ki, əgər "gənclik məhsulları" rasionun əsas hissəsini təşkil edərsə, o zaman ağrıları, bahalı cavanlaşdırıcı, həm də tarımlayıcı məlhəmləri unutmaq olar. İnsanlar sellülozu qidalarına daxil etdikdən artıq bir neçə ay sonra özlərini daha cavan hiss edəcək və nəzərəçarpacaq dərəcədə daha yaxşı görünəcəklər.
Dietoloqlar hesab edirlər ki, sutkada insanın 45-50 qram sellüloz qəbul etməsi lazımdır. Bu, təxminən bir kiloqram kələm, balqabaq, kök, alma və portağaldır. Sellüloz yarpaqlarda, saplaqlarda, köklərdə, meyvələrdə, buğda dənində olur. Meyvə və tərəvəzlərin qabıqla yeyilməsi tövsiyə edilir.
Həkimlər istənilən xörəyə kəpək əlavə edilməsini də məsləhət görürlər. Bu, təxminən sutkada 50-60 qram edir. Qəlyanaltı zamanı dietoloqlar buterbrodları, piroqları quru meyvələrlə, alma, portağal, köklə əvəz etməyi məsləhət görürlər.
Öz rasionunuzda dəyişiklik etməyə belə "pəhrizin" konkret müddətlərinin təyin edilməsinə başlamaq da kömək edir. Yəni siz öz qarşısınıza 3-4 ay sellülozla zəngin olan məhsulları yemək məsələsini qoyursunuz. Maraqlıdır ki, bu müddət keçəndən sonra siz öz köhnə rasionunuza qayıtmaq istəməyəcəksiniz. İrəlidə isə sizi uzun və sağlam həyat gözləyir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulunda yenilik
Çanta modelləri
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
Hellouinin ən maraqlı cütlükləri
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Hadisə fanatını həbs etdirdi
Bəyənilməyən film 60 milyon gəlir əldə etdi
Mayk Taysondan sensasiyalı açıqlama
Mağaza yüksək maaşla eynək şüşələrini silən işçi axtarır
Məşhur reperi güllələdilər-FOTO
Nar cövhəri cavanlığın yeni mənbəyidir
İnsan ölümqabağı nə haqda düşünür?
Qoz qabığının ecazkar XASSƏSİ
Hava haqqında
Koronavirusa inanlar, inanmayanlar və onunla üz-üzə qalanlar - VİDEO
Bakı metrosu ilə bağlı yeni xəbər
Yay ilin ən depressiv vaxtıdır?
Film qəhrəmanları metroda
Modelyerlər deyir ki...
Nostradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
Bu gün I sinfə qəbul imtahanları başlayır
Yumurtalı dana əti(foto resept)
Günün ulduz falı - 12.10.2013
Gokhan Keser
Qara Tərlan-Təslim nitqi (1832)
Vəzəri və keşniş haqqında bilmədiklərimiz
Dünyanın “ən təhlükəli noutbuk”u hərraca çıxarıldı
Toya maskada gəldilər (FOTO)
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Qida məhsulları istehsalında artım
Deadpool 2 filminin yeni traileri-VİDEO
Məşhurların fitness sirləri
Ac qalmadan necə arıqlamalı?
Böyük Britaniyada bir evdə yaşamayan cütlüklərin görüşünə qadağa qoyuldu
Hülya bu dəfə də heyran etdi - FOTO
Buğa bürcünün ən əsas 5 xüsusiyyəti
“Binə” Ticarət Mərkəzi açılır? - AÇIQLAMA
"Böyük oyun" başlayır
Turist Azərbaycana 2 min dollar xərcləyəcək
İctimai rəydən niyə qorxuruq?
Yeni polis bölməsində yalnız robotlar işləyəcək
Yaddaş şkalasında yeriniz
"WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Quşlar necə uçur, uçuş texnikaları nələrdir?
Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı
Metro və avtobus kartları dəyişdirilir
Təzə əncir şirniyyatı (foto-resept)
Bürclərə görə ev dekorasiyası (2)














