Görmə zəifliyi, gözlərdə ikilənmə, baş ağrısı, başgicəllənməsi... Bu, çəpgözlük xəstəliyindən əziyyət çəkən insanlarda müşahidə olunan simptomlardır. Çəpgözlük (strabizmus, heterotropiya) bir gözün görmə oxunun digər gözlə müştərək olan görmə nöqtəsindən yayınmasıdır. İki açıq gözdə binokulyar görmənin olmaması zahirən çəpgözlüklə özünü biruzə verir.
Səbəblər
Həkim-oftalmoloq Kəmalə Abbasovanın dediyinə görə, çəpgözlük bəzi hallarda anadangəlmə və ya genetik pozulma (Daum sindromu), ailədə və yaxın qohumlarda bu xəstəliyin olması nəticəsində ortaya çıxır. Həmçinin hamilə vaxtı ananın bəzi zərərli dərmanlardan, narkotik maddələrdən, spirtli içkilərdən istifadə etməsi və vaxtından əvvəl doğuşun olması da çəpgözlüklə nəticələnə bilər.
Yalançı qüsur
Çəpgözlük yalançı (xəyali) və gizli ola bilər: Həkim deyir ki, yalançı çəpgözlükdə xəstə və ya onun valideynləri çəpgözlük şikayəti ilə həkimə müraciət edə bilərlər. Ancaq müayinə zamanı çəpgözlüyü təsdiq edən əlamət aşkar edilmir. Bu yalançı- xəyali çəpgözlükdür. Yalançı çəpgözlükdə uşaqlarda göz yuvaları bir-birindən hədsiz dərəcədə uzaq və ya yaxın yerləşən üz quruluşu olur. Bəzən bu problem gözün optik və ya görmə oxlarının aralanması ilə əlaqədar baş verir. Gözün optik oxu - buynuz qişanın mərkəzi və gözün optik sisteminin arxa nöqtəsini birləşdirən xətdir. Görmə oxu isə göz dibinin mərkəzindən (buynuz qişanın mərkəzi) keçən xətdir.
Hişberq üsulu
“Hişberq, çəpgözlüyün əsas müayinə üsullarından biridir. Bu üsul bir gözün digər gözlə müştərək görmə nöqtəsindən yayınmasını, yayınma dərəcəsini və çəplik bucağını təyin etməyə imkan verir. Müayinə olunan şəxs hər iki gözlə işıqlı fonara və ya oftalmoskopun güzgüsünə baxmalıdır. Bu zaman həkim gözlərin işığa olan refleksini qeyd edir. İşıq refleksi hər iki gözün bəbəklərinin mərkəzində qeydə alınarsa, demək, çəpgözlük yoxdur. Əgər bəbəklərin orta genlik dərəcəsində (3-3, 5mm) işıq refleksi bəbək kənarında alınarsa, çəpgözlük dərəcəsi getdikcə artır”.
Gizli qüsur
K.Abbasovanın sözlərinə görə, gizli çəpgözlük və ya heteroforiya yalnız binokulyar görməni pozduqda ortaya çıxan xəstəlikdir. Binokulyar görmə bir qayda olaraq gözü hərəkət etdirən bütün əzələlərin təsiri nəticəsində yerinə yetirilir. Heteroforiya, binokulyar görməsi olan şəxslərdə gözü hərəkət etdirən əzələlərin tam bərabər təsiri olmadığı şəraitdə yaranır. Heteroforiya qısa müddətli diplopiya və yaxın məsafədə iş görərkən görmə qüsuru ilə özünü biruzə verir. Bunun diaqnozu bir gözün örtülməsi ilə aparılan sınaqdan sonra qoyulur. Müayinə olunan şəxsə hər hansı bir əşya – qələm göstərilərək ona iki gözlə baxmaq tələb olunur. Bundan sonra bir gözün önünə örtük qoyulur və bir neçə saniyədən sonra götürülür. Bununla da gözün vəziyyəti izlənilir. Ortoforiyada gözün vəziyyəti örtülməzdən əvvəl və sonra dəyişmir. Heteroforiyada örtük götürüldükdən sonra örtülmüş göz ikinci gözün baxdığı tərəfə doğru hərəkət edir. Bu sınaqla örtüklə bağlanmış gözün kənara yerinin dəyişdiyi aşkarlanır. Yalançı çəpgözlük və heteroforiyası olan şəxslərin bir çoxunu müalicə etməyə ehtiyac yoxdur. Heterofoliyalı xəstələr görmə yorğunluğundan (astenopiya) şikayətləndikdə onlara prizmatik şüşəli eynəklər təyin olunur.
Müalicəyə nədən başlamalı?
Çəpgözlüyün müalicəsində bir neçə amili nəzərdən qaçırmaq olmaz. Burada pasiyentin yaşı, xəstəliyin dərəcəsi, səbəbi mütləq nəzərə alınmalıdır. Müalicəyə ilkin olaraq binokulyar görmənin bərpa edilməsi ilə başlanmalıdır. Bu zaman əsas diqqət gözün görmə funksiyalarının normal vəziyyətə gətirilməsinə yönəlməlidir. Əsasən, optik korreksiya, ortoptika-pleoptika müalicədən, ən sonda isə cərrahi korreksiya üsulundan istifadə olunur. Ortoptik mərhələdə hər iki gözün binokulyar fəaliyyətinin Sinoptofor aparat vasitəsi ilə bərpasına çalışılır.Oftalmoloq bildirib ki, xəstələrin müalicəsi çəpgözlüyü törədən səbəblərdən asılı olaraq birincili və ikincili olmaqla iki yerə bölünür: “Birincili çəpgözlük çəpləşən gözün üzvi zədələnməsi ilə əlaqədar deyil. Bu, görmə analizatoru və gözün hərəki sisteminin müstəqil xəstəliyidir və xüsusi üsullarla müalicə olunur. İkincili çəpgözlük çəpləşən gözün hər hansı bir üzvi zədələnmə səbəbindən (şüa keçirici hissənin bulanması, torlu qişanın görmə sinirinin zədələnməsi) binokulyar görmənin baş verməməsi ilə bağlıdır. Bu tip çəpgözlükdə əvvəlcə zədələnmiş göz müalicə olunmalıdır. Yalnız bundan sonra çəpgözlüyün müalicəsi aparıla bilər.
Çəpgöz uşaqlar
Həkim-oftalmoloq, əsasən, uşaq patologiyası sayılan müştərək çəpgözlüyü xüsusi qeyd edib. Onun sözlərinə görə, bu problem adətən 2-3 yaşlı uşaqlar arasında baş verir. Bu kosmetik və funksional çatışmazlıq uşaqların psixikasına mənfi təsir edir. Müştərək çəpgözlüyün ən vacib əlaməti göz almasının bütün istiqamətlərdə tam hərəkətinin saxlanılmasıdır. Belə ki, gözün hərəkətliliyi gözü hərəkət etdirən əzələlərdən birinin hiperfunksiyası nəticəsində artmış olur. Ancaq hər hansı bir istiqamətdə gözün tam hərəkət məhdudluğu yaranmır. Çəpgözlük uşaqda binokulyar görmə pozğunluğunun xarici təzahür formasıdır. Binokulyar görmənin formalaşması mürəkkəb və uzun proses olub uşağın həyatının ilk illərində baş verir: “Xəstəliyin müalicəsinə mümkün qədər tez başlanılmalıdır. Əks təqdirdə bu geri dönüşü olmayan görmə zəifliyinə səbəb ola bilər. Bu hal müəyyən müddətdən sonra uşağın psixikasına təsir edir. Onda əsəbilik, özünə qapanma kimi davranışlar yaradır”.
Eynək yardımı
Oftalmoloq bəzi hallarda çəpgözlüyün eynəklə aradan qaldırıla biləcəyini də vurğulayıb. Belə ki, çəpgözlüyün xarici əlamətləri korreksiyaedici eynək taxıldıqda itir, yəni eynəkdə gözlər onlar üçün ümumi olan fiksasiya obyektinə doğru yönəlir. Bəzən daxili çəpliyi aradan qaldırmaqdan ötrü linzalardan istifadə olunur. Bununla da gözdə olan çəplik bucağı azalır. Çəpgözlüyün müalicəsində az hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur. Yalnız xüsusi göstəriş olduqda və ya müalicəyə tabe olmayan xəstəlik zamanı və pasient müəyyən yaş dövrünə çatdıqda əməliyyat tələb oluna bilər
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?
BMW-nin xüsusi buraxılışı
Bu da İŞİD-in qırıcıları
Marsda müəmmalı baza tapıldı-FOTO
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Dərsliklər üçün rəylərin öyrənilməsinə başlanıldı
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Banan maskası
Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"
Üzü Qara ev
Qızılın qiyməti ucuzlaşdı
Yağış yağacaq, şimşək çaxacaq
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar - VİDEO
7 qatlı bar (foto resept)
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
12 kiloqram arıqladan yumurta pəhrizi
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO
İTV-dən Elnur Hüseynovla bağlı açıqlama
Kremli kek (foto resept)
İzləyicisinin evlilik təklifini qəbul etdi
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Qəlbinizi fəth edək ziyafət donları
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
Bakıda saxta “İvanovka” süd məhsulları istehsal edilirmiş
Günün qoroskopu:Bədxərclik etməyin!
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Quru meyvəli yulaflı biskuvit (video-resept)
Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
CeyLonun konsert üçün istək siyahısı
Leonardo Da Vinçinin saçı tapıldı-FOTO
Zövqlə bəzədilmiş tərəvəzlər
Yaşa görə dərinizin ehtiyacları
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Nyu-York küçələrində koronavirusdan ölənlər üçün soyuducular peyda olub
ABŞ Türkiyəyə qoşun yeridir
2014-cü ilin gündəlik geyim nümunələri
Maraqlı İlluziyalar
Toyuqlu dolma (foto resept)
İyul ayında bizi necə hava gözləyir?
Nura həsrət gözlər
Meqan Foks Çanakkaledə-FOTO
Qat-qat salat (foto resept)
Hava haqqında - 30.11.2013
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Sağlamlıq və təhlükəsizlik standartları(3-4 yaş)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
- ŞƏRHLƏR