Anası körpəni cürbəcür, rəngbərəng oyuncaqlarla əyləndirir, güldürür. Körpənin baxışları oyuncaqdan oyuncağa sürüşür, rənglər, fiqurlar, parıltı diqqətini çəkir.Sonra körpə yorulur, oyuncaqlara marağı itir, nəsə yeni bir şey istəyir. Mızıldanır, ağlayır. Ana onu əyləndirmək üçün min bir hoqqadan çıxır, oyunbazlıq edir, köhnə oyuncaqları qarşısına töküb yenidən cingildədir, pəncərədən avtomobilləri göstərir.Körpə şənlənir, üzü gülür, amma az sonra yenə yorulur, ətrafa baxır, gözləri daha maraqlı nəsə axtarır.
Körpənin davranışı, əşyalara münasibəti məndə o qənaəti möhkəmləndirir ki, insan təbiətindəki xiffət, özünün də dəqiq bilmədiyi bir şeydən ötrü daim darıxmaq, bir ritmlilikdən, rənglilikdən yorulmaq hissi ilə doğulur.
Hərçənd, meqalopolisin yeyinliyi, modern texnologiyaların sayəsində düşdüyümüz informasiya bolluğu da ayrı cür yorucudur.
Çünki ilk baxışda müxtəliflik təəssüratı aşılayan, informasiyalar, fotolar, mətnlər, hadisələr kiçik korrektələrlə biri digərinin təkrarıdır.
Təkrarçılıqdan o qədər yorulursan ki, hansısa naməlum uzaqlığa getmək istəyirsən. Və bizə elə gəlir ki, guya o uzaqlıqda mütləq rahatlıq, xoşbəxtlik var.Aki Kaurismaki insanın özünüaldatma hissini dəqiq, sərt ifadə edir:
“Bizə həmişə elə gəlir ki, gözəl olan nəsə hardasa çox uzaqlardadır. Hansısa uzaqlıqda xoşbəxtliyin olmasını təsəvvür etmək necə də asandır. Amma əlbəttə, hamımız bilirik ki, uzaqlarda heç nə yoxdur”.
... Baxmaq və oxumaq üçün seçib qeyd elədiyim xeyli film, bədii-analitik mətn var.
Hərçənd, elə an gəlib yetişir ki, bütün bunlardan da yorulursan. Ürəkbulanma həddinə kimi.
Elə bir an ki, daha heç nə bilmək, beynində daha bir mətnin, görüntünün yerləşməsini istəmirsən.
Həyatın iti, tuta bilmədiyin ritminə, zorakılıqla dolu xəbərlərinə, enerjisinə qarışıb ərimədən hər şeydən təcrid olunmağı arzulayırsan.
Amma buna qərar verəcək qədər iradəli, cəsarətli deyilsən. Hind əsilli amerikalı rejissor Nayt M. Şyamalan isə bu arzusunu “Kənd” (“The Village”) adlı filmində gerçəkləşdirib. İlk kadrlarda seyrçi XIX əsr görüntüləri ilə qarşılaşır. Kiçik bir kənddə mehriban yaşayan insanlar burdan kənara çıxmır. Sonra hadisələrin gedişatında aydınlaşır ki, əslində XXI əsrin əvvəlidir.
Amerikanın nüfuzlu intellektualları özlərini və uşaqlarını baş verən amansızlıqdan, zorakılıqlardan qorumaq üçün müasir dünyaya tüpürüb, şəhərdən tamamilə təcrid olunub bir meşədə məskən salırlar.
Onların övladları müasir dünyadan xəbərsiz yaşayır. Tədricən ortaya çıxan müxtəlif problemlər səbəbindən sakinlər seçim qarşısında qalır, tərəddüdlərdə boğulur: “Nə etməli? XXI əsrə qayıtmaq, ya qalmaq? Ümumiyyətlə, bu lazımdırmı”...
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR