Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb. Trend-in məlumatına görə, səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 19:00-da bağlanacaq.Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) veriləcək. Bu, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Mərkəzinin vasitəsilə həyata keçiriləcək.Gecə saatlarında namizədlərin topladığı səs faizləri barədə ilkin məlumat açıqlanacaq.Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar isə İnformasiya Mərkəzinin internet saytında seçki günündən başlayaraq yerləşdiriləcək. MSK seçkinin ilkin nəticələrini dairə seçki komissiyaları tərəfindən protokol təqdim edildikdən dərhal sonra seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində və MSK-nın internet saytında yerləşdirəcək.Azərbaycanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmamaqla prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fitnes ulduzlarının da qarnı olur
Sürücülərə müjdə: az qaldı
Gül, axı xəstəsən!
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
Maskalar və gözəllik sirləri (I hissə)
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Dərini qidalandıran maska
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Türkiyədə "Qarabağ" adlı klub yaradıldı
"Kanal S"in 5 yaşı tamam olur
İlin ən ağır günü
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Cenniferin yeni filminin trelyeri yayımlandı
Qarın əridən qidalar - SİYAHI
Qızılın qiyməti artacaq
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Yeni il üçün manikür modelləri
Ev şəraitində gözəlləş!
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Elnur Hüseynov birinci oldu
Tibbi sığortaya az qaldı
Nazirlik işçilərinin maaşını niyə kəsir?
Arıqladan cəfəri suyu
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
Sabahın HAVAsı
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Arzularını gerçəkləşdirən yaşlılar
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaponlar niyə kökəlmir?
Keçədən kuklalar (özün düzəlt)
Ziyafət üçün geyim kombinləri
Tarixdə ilk: Qadınlar açıq kosmosa çıxır
Arı sancması üçün təbii üsullar
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlin ilk Günəş tutulması oldu
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideynlərə təcili kömək -6
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Koronavirusun əsas əlamətləri açıqlandı
Hindusların Divalisi başlandı
- ŞƏRHLƏR