
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu uşaqlara qoyulan adlar içərisində dini adlar üstünlük təşkil edir. Lakin bir sıra adlar da var ki, tələffüzü gülüş doğursa da, valideynlər tərəfindən bu cür adlar öz övladlarına ya verilib, ya da istək geri çevrilib.
İngilis, Afser, Sovet, Durxanım, Türməxanım, Xırdaxanım, Arxabala, Taktak, Dilqat, Bombahadur, Dayandur, Qızqayıt, Dandili, Pompulu, Atdıxan və sair kimi adlar məqsədə uyğun olamasa da, yaxın keçmişdə doğulan uşaqlara qoyulan adlardır. Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikası olan Diləndər, Xiyar, Xiyarə və Fındıq
kimi müraciətləri daxil etmək olar.
Sakin: "Uşaqlara o adlar qoyulsun ki, həmin şəxslər örnəkdir. O adlar ki, uşaqlara böyüyəndə də, kiçikliyində də utanc gətirəcək, həmin adlar qoyulmasın. Xarici adlar var ki, heç mənasını başa düşmürük. Mən oxudum ki, Türkiyədə hamı Memati adını qoyur uşağına, mənası da “ölüyuyan”dır. Əlbəttə, bu yolverilməzdir".
Sakin: "Öz Azərbaycanlılığımıza xas olan adlar qoyulsa, yaxşıdır, kənar
adlar bizə aid deyil".
Sakin: "Körpələrinə elə ad qoyurlar ki, uşaqlar böyüyəndə utanırlar o addan. Mən müəlliməyəm, sinifdə jurnalı açıb, davamiyyət yoxlayanda uşaq var ki, adından utanır. Məsələn Yanvar, Komsomol, bəzən eləsi var Traktor adı qoyulur. Mən bu adları eşidəndə təəccüb edib, təəssüflənirəm".
Bəzən tarixi və yaxud qədimi adlar da körpələrə verilir ki, bunlara Tomris, Huşəng, Zilxumar, Şəhrəbanu, Keykavus, Kürşad, Rübab və Arçil adlarını misal çəkmək olar.
Folklorşünas Ruziyə Quliyeva: "Elə adlar var ki, tarixin müəyyən bir mərhələsində, dönəmində o adın mənası var, amma sonra o ad tamam mənasını itirir və ad sahibi xəcalət çəkir. Bizim qəhrəmanlarımız var, tanınmış tarixi şəxsiyyətlərimiz var ki, onların adlarını qoymaq məqsədə uyğundur. Ad sahibi o ada layiq olmaq istəyər, ona görə də
məsləhət bilərdim ki, bu cür adları qoysunlar".
Nizami və Kəpəz rayon Qeydiyyat Şöbələrindən verilən digər məlumata görə, Gəncədə doğulan uşaqlara verilən adlar içərisində oğlanlar üçün ən çox yayılmış Yusif və Hüseyn, qızlar üçün isə Fatimə adlarıdır. Məhəmməd, Əli, Həsən, Zəhra, Zeynəb, Rüqəyya, Səkinə adları da üstünlük verilən dini adlardır. Müasir sayılan adlar içərisində isə
Murad, Ayla, Ayan, Aysu və Dəniz adları valideynlər tərəfindən daha
çox seçilir.
Mənbə:Milli.az

XƏBƏR LENTİ
Kartof salatı (foto resept)
Prezident İlham Əliyev İordaniyanın yeni təyin olunmuş səfirini qəbul edib
Dırnaq boyasını tez qurutmağın asan yolları
Pompeo Çinə səsləndi: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”
İspanaqlı makaron (foto-resept)
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Kəsmikli kartof (foto resept)
Darçın almasının faydaları nələrdir?
Polislərə Google Glass paylandı
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Nənələrimizin cehizi - sandıq
BÜRCLƏR bizə nə vəd edir?- 6 Dekabr
Souslu kotlet (foto resept)
Arqan yağı maskası
Kəs və yapışdır-57
Hava haqqında
Yeni günə gümrah oyanmaq üçün
Rusiya üç ölkə ilə uçuşları bərpa edir
Ermənilərin daha bir yalanı ifşa olundu
Alimlər beyin skaneri yaratdılar
Metrodan yeni xəbər
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Zerrin Özer bir daha məhkəməyə müraciət etdi
Ermənilərin yeni təxribatı
Vahid endirim kartı-BAKIDA
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Avro da qalxdı
Kabaklı toyuq (foto resept)
Acı bibərlə bağlı yeni faktlar
Qarabağ atları ölkəmizin milli sərvətidir
Nə üçün gizli günahlardan qorxuruq?
Yas mərasimlərində yenilik
Adobe Photoshop CS5 Extended x86/x64
Qurban bayramınız mübarək!
Karantin dövründə cütlüklər xoşbəxtliyi necə qorumalıdır?
Kəpənəklər haqqında
Regionlara avtobus səfərləri ilə bağlı - RƏSMİ AÇIQLAMA
Qafqazın "Barselona"sı: axı niyə məhz o?
Sezen Aksu atasını itirdi
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
Özünüzü tanıyın!
İlham Əliyev metroda - FOTO
ABŞ-dan İŞİD-ə “cəhənnəm odu”
Evdə keratin baxımı
Nostradamusun gələcəklə bağlı proqnozları - III Dünya Müharibəsi nə zaman başlayacaq?
33 ildən sonra yenidən vulkan püskürdü - FOTO
Qovun, yoxsa qarpız daha faydalıdır?
Günün qoroskopu: məqsəd və hədəfləri konkretləşdirin
Nevroz və ürək xəstəliklərinin səbəbi

- ŞƏRHLƏR