Dünyanın bütün kompüterlərinin birləşdirilmiş gücünü tezliklə bir ovucda yerləşdirmək mümkün olacaq. Bu barədə “The Telegragh” nəşri ekspertlərin fikrincə, tezliklə interneti əvəz edəcək qrid-sistemin təkmilləşdirilməsi ilə məşğul olan alimlər yazırlar.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, “Worldwide LHC Computing Grid” adlı qrid Avropa Nüvə Tədqiqatları Mərkəzinin (РЎERN) mütəxəssisləri tərəfindən hazırlanır. Sistem əvvəlcədən “РЎERN” tərəfindən Böyük Adron Kollayderindən daxil olan böyük həcmli məlumatların emalı üçün nəzərdə tutulub. Hazırda sistemə dünya üzrə 200 min fizikin kompüteri qoşulub. Bu, hər il Böyük Adron Kollayderindən əldə edilən 20 milyon giqabayt informasiyanı emal etməyə imkan verir.
Son vaxtlar mütəxəssislər sistemin səmərəliliyinin artırılması üzərində iş aparır, eləcə də geniş istifadədə onu daha sadə və rahat etməyə çalışırlar. Xüsusilə “РЎERN” fizikləri artıq qridə “iPhone” və “iPad” vasitəsilə qoşulmağa çalışaraq buna müəyyən qədər nail olublar. Lakin bu qurğuların gücü bütöv iş üçün hələ ki kifayət etmir. Bununla yanaşı, alimlər optimistdirlər, çünki hazırkı “iPhone” smartfon modeli gücünə görə əvvəlki superkompüterləri üstələyir.
“World Community Grid” adlı daha bir nəhəng layihə “IBM” korporasiyası tərəfindən Berkli Universiteti ilə birlikdə hazırlanır. Burada da alimlər sistemin işinin mobil qurğular əsasında qurulmasına çalışmaqla diqqəti “Android” əməliyyat sisteminə yönəldirlər. Bu qridə artıq 500 min fərdi kompüterlə yanaşı, 20 min smartfon da qoşulub.
Hazırda dünyada müxtəlif tədqiqat qrupları tərəfindən Yerdənkənar həyatın və ya potensial yeni dərmanların axtarışı üzrə qeyri-standart layihələr üzərində iş üçün istifadə olunan bir sıra avtonom qrid sistemləri mövcuddur. Bütün kompüterlər bir qrid sisteminə qoşulsa, bir düyməni basmaqla inanılmaz dərəcədə hamının yararlana biləcəyi resurslar bazası yaradılacaq.
Qeyd edək ki, “GRID” şəbəkəsi ABŞ alimləri Yan Foster və Karl Kesselman tərəfindən kəşf edilib. Şəbəkənin əsas vəzifəsi elm və texnologiyanın ciddi məsələlərinin həlli üçün paylayıcı hesablamaların təşkilidir, - “IT Expert www.itexpert.org.ua” yazır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Ayrılığa bir gün qaldı...
Sellüloz - cavanlığın cövhəri
Azərbaycanın qaz abonentlərinin sayı 1,7 milyon nəfəri ötüb
Pərpətöyün salatı (foto resept)
İsveç pəhrizi
Südlü şərbətli şirniyyat (foto resept)
Yelləncəkdəki qızı 12 yanğınsöndürən xilas etdi
HAVA necə olacaq?-21 dekabr
Qış üçün tədarükünüzü indidən edin!
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
İnternetdə onlar ingilis dilində danışırlar
Vanqanın proqnozu: dünyadakı bütün canlılar məhv olacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-65
Azərbaycanda bələdiyyə sistemində yenilik
Uzun ziyafət donları
Just for girls
Priyanka Çopra Mayamidə dincəlir-FOTO
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
400 milyon dollarlıq mirası ala bilmirlər
Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR hazırlanır
O da "Təki Vətən sağ olsun!" dedi
Bəlkə də....kim bilir
Nazir: “Süni mayalanma mərkəzləri 2-3 aya istifadəyə veriləcək”
"Küləklər şəhəri" qasırğaya, borana hazırdımı?
Cem Yılmaz bu dəfə əsəbləşdi-FOTO
Putin nefti bahalaşdıracaq
Suxarı salatı (foto resept)
Bal tortu (foto-resept)
"ATƏT-in Yerevandakı ofisinin bağlanması - Ermənistanın Azərbaycan ərazilərinin işğalının nəticəsidir"
Rəssamın sevgi dolu rəsmləri
Süd şorbası (foto resept)
Jurnalistin ölümünə prezidentdən reaksiya
Su haqqında bilmədiyiniz 7 inanılmaz fakt
Bir gecə, iki sevgi...
Sürücülər mütləq oxusunlar, yoxsa ...
Saqqallı qadın 19 ildir çölə çıxmır
Yumurta qabığı - evdə köməkçiniz
Kişilərdə sonsuzluq səbəbləri
"Qalatasaray"dan transfer bombası
Tanınmış aparıcıya AĞIR İTKİ - İki övladını da...
Kimlər ikinci dəfə koronavirusa yoluxa bilər? - Alimlər açıqladı
Azərbaycan neftinin qiyməti bu il ən yüksək həddə çatdı
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Gənc qızlar üçün pijamalar
Ordu döyüş vəziyyətində
Anqlikan kilsəsində ilk qadın yepiskop
Baş infeksionistdən XƏBƏRDARLIQ
Leyla Əliyevanın oğlu musiqi festivalına qatılıb
Bakıda yayımı dayanan televiziyada rəsmi açıqlama
- ŞƏRHLƏR