
Torpaq uğrunda canından keçərək şəhidliyi seçənlər son nəfəslərində "Təki Vətən sağ olsun!" - deyirlər. Bəlkə bu, onların yazılmamış andıdır?! Bəlkə də Vətəni, onun azadlığını və ərazi bütövlüyünü dünyada hər şeydən, hətta şirin canından da əziz bilənlərin, bu məqsədlə ölümə gedənlərin amalından xəbər verən bu kəlmələr onların qəlbindən, dilindən qeyri-ixtiyari qopur... İlqar Verdiyev də ağır yaralı vəziyyətdə hospitalda yatıb ölümlə həyat arasında mübarizə aparanda bu kəlmələri deyib. Çünki həyatla vidalaşmaqda olduğunu artıq bilirdi. Elə buna görə də doğmalarına təsəlli verərək şərəfli ölümdən qürur duyduğunu məhz bu sözlərlə çatdırmışdı. İlqar Verdiyev mühəndis-istehkam bölüyünün komandiri idi. Bu bölük Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi bölgədə yerləşirdi. Mübarizin şəhidliyindən sonra düşmənin qəzəblənərək 20-dək məntəqədə basdırdığı minaları İlqar təkbaşına zərərsizləşdirmişdi. O, yüksək ixtisaslı hərbçi, hazırlıqlı döyüşçü kimi tanınırdı. Növbəti tapşırığı 2012-ci il iyunun 9-da almışdılar. Tapşırığı yerinə yetirərkən İlqar zabit dostunun qışqırtısını eşidir və onun harayına tələsir. Çox keçmir ki, özü də yaralanır. Hospitala aparılarkən yolda handan-hana bir anlığa özünə gəlib gözlərini açanda dostlarını, tabeliyində olan əsgərlərin vəziyyətini soruşur. Həkimlər bir neçə gün İlqarın həyatını xilas etmək uğrunda gərgin mübarizə aparsalar da, bu mümkün olmadı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Klinik Hospitalından verilən bildirişdə onun məhz düşmənlə təmas xəttində yerləşən ərazidə döyüş tapşırığını yerinə yetirərkən yaralandığı təsdiqlənir. Ümummilli lider Heydər Əliyev demişdir: "Yaxşı vətənpərvər olmaq üçün milli-mənəvi dəyərlərimizi, tariximizi yaxşı bilmək lazımdır". İlqar məhz bu cür vətənpərvər idi. Döyüş meydanında özünün deyil, silah dostlarının həyatını düşünür, seçdiyi hərb sənətini dərindən bilir, Vətənini sevir, onun tarixini yüksək dəyərləndirirdi. İlqar Verdiyev hər an döyüşə atılmağa hazır olan, qəhrəmanlıq göstərməyi bacaran, özünü torpaq, Vətən uğrunda şəhid edə bilən bir oğul idi. Hərbçi sənətini uşaqlıqdan sevmişdi. Bakının Nizami rayonundakı 129 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra qərarını valideynlərinə, müəllimlərinə söyləmiş və təhsilini C.Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdi. Liseyi bitirdikdən sonra 1992-1997-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbində oxumuşdu. Məktəbi bitirərkən ona leytenant rütbəsi verilmişdi. Vətənə qayıtdıqdan sonra İlqar Verdiyev müxtəlif hərbi vəzifələrdə çalışmış və rütbəcə pillə-pillə yüksəlmişdi. Kapitan Verdiyev NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində təlim və tədbirlərdə iştirak etmişdi. Bir neçə xarici dili mükəmməl mənimsəmişdi. Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medallarla təltif olunmuşdu. Bunları Verdiyevlər ailəsinin qovluqda səliqə ilə əzizləyib saxladığı, İlqarın öz əli ilə yazdığı tərcümeyi-halından oxuduq. Bu qovluqda Müdafiə Nazirliyinin bir arayışı da var: "Arayış verilib ondan ötrü ki, kapitan Verdiyev İlqar Tapdıq oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kapitan Verdiyev İlqar Tapdıq oğlu şəhid, onun ailəsi şəhid ailəsi hesab edilir". Şəhid sözü müqəddəs, şəhid adı ucadır. Rəna xanım da bu kağız parçasını ona görə qoruyub saxlayır ki, oğlunun üç körpə balası - Kamran, Əminə və Orxan "ata" kəlməsini deyəndə təkcə qəhərlənməsinlər. Şəhid sözünün ucalığından, ülviliyindən qürur duyub başlarını həmişə uca tutsunlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Xiyarın bu faydalarından xəbərsizsiniz!
İsveç keksi (foto resept)
İrem Dericidən qəribə paylaşım
Ağacların enerjisi - dendroterapiya
Tökülən saçlar üçün yulaflı şampun
Hava haqqında
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
"Rusiya ABŞ-ın istifadə etdiyi bazanı bombaladı"
Cəbhədə son durum
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
Anar Eyvazov: “Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır”
Dünya bazarında neftin qiyməti
Dəfn mərasimində Ərdoğanın "əkiz"i göründü
Yeddi saat ərzində şalvarına girən kobra ilə yatdı
Almaniya hökuməti ermənilərə türklərin sözünü dedi
Hadisenin geyimi diqqət çəkdi
İranlılar Bakıda sonsuzluğu müalicə edəcəklər
Payız fəsli üçün bir neçə stil təklifi
Onları kompüterlə sağaldacaqlar?
Bukmə budlar (foto-resept)
Dövrə görə "gözəllik standartları"
Rusiyaya qadağa
Eynək taxmaq istəmirsiz?
Klassik köynəklər
Tək qaşlı üzük modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-9
Avtobuslar saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA
Türkiyədə sosial şəbəkələrdə FASİLƏLƏR YARANDI
"Qarabağ" Salvador millisinin üzvünü istəyir
Yaz havası gəlir
Xəyalı belə gözəl olan tətil yerləri
Dondurma çubuqlarından əşyalar
Gənc ailədə uşaq
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
Prezident Fəxri Xiyabanda
"Kobra" Pərviz Bakıya nə vaxt qayıda biləcək?
Azərbaycana turist axını olacaq
Kəsmikli xəmirdən burma (foto-resept)
Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Evdarlıq qabiliyyətiniz nə qədərdir? - Qadınlara on üç sual
Dekabrın 23-ü qeyri-iş günüdür
Bakı metrosunda sərnişin zilləti
Həyatınızı rahatlaşdıracaq qaydalar
Birinci Qarabağ Müharibəsinin “Qəqəni” ləqəbli igidi növbəti dəfə tarix yazdı - VİDEO
“WhatsApp” tarix ola bilər
Fahriye Evcen kökəlməsi barədə yazdı-FOTO
Leyla Əliyevadan bayram təbriki-FOTO
Azərbaycanda benzinin və dizelin qiyməti qalxdı
Parıltılı saçlar üçün lazımlı maska.
"Adamtanıyan" silahlar















- ŞƏRHLƏR