“Biz tərəfdə oğlan toyu olmamış gəlinin gətirdiyi cehizlə evi bəzənir və sonra cehizə baxmaq üçün qonşular, qohumlar hədiyyə ilə evə gəlirlər. Bu mərasimə el arasında “cehizə baxdı” deyilir. Özü də cehizə baxdı zamanı elə etmək lazımdır ki, gəlinin gətirdiyi bütün əşyalar üzdə olsun. Buna görə də şkafların qapıları, çəkəcəkləri açıq qalır. Hətta yeni gəlmiş soyuducunun da qapısı açıq qalır ki, içərisi yaxşı görünsün. Yorğan-döşək yükünün üstü də açıq saxlanılır ki, gəlinin neçə dəst gətirdiyi və hansı materialdan olan parçadan üzləndiyi görünsün”.
Bu sözləri bizimlə söhbətində Sabirabaddan olan müsahibimiz Aygün bildirdi. Aygün deyir ki, məhz buna görə toydan əvvəl qız evi, xüsusilə qız stress keçirir: “Çünki el-aləm yığışıb cehizə baxmağa gəlir. Nəsə xoşagələn olmayanda bunu hansısa yolla qayınananın nəzərinə çarpdırırlar. Qayınana da toydan sonra bunu üstüörtülü, ya açıq formada gəlinə çatdırır. Bu da gəlinə pis təsir edir. Buna görə də biz tərəflərdə hamı çalışır ki, cehizlik əşyaları ən yaxşısından olsun”.
“Filankəs bunu cehiz gətirib”
Təəssüflər olsun ki, Aygünün dediyi adət-ənənə yalnız Sabirabadda deyil, Naxçıvanda, Siyəzəndə, Dəvəçidə, Qubada və digər rayonlarımızda da var. Yalnız Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərində bu adət-ənənəyə hamı riayət etmir, yəni iri şəhərlərimizdə bu cür qaydalar yavaş-yavaş unudulmaq üzrədir.
Psixoloq Dəyanət Rzayev bu yaxınlarda Lənkəranda cehizə görə intihar edən qızı xatırladaraq bildirdi ki, xüsusilə bölgələrdə hələ də keçmişdə yaşayırıq: “İntihar hadisəsi bölgələrdə maariflənmənin olmaması ilə bağlıdır. Əslinə qalsa, burada söhbət konkret olaraq cehizdən getmir. Qız uşaqlıqdan gözünü açıb görüb ki, xalaları, bibiləri, anası cer-cehizdən danışıblar, “filankəs bunu cehiz gətirib”, “beşmənkəs bu qədər cehiz gətirib” kimi sözlər eşidib. Buna görə də bu dünya o qız və onun kimi qızlarımız üçün cehizdən ibarətdir. Təəssüflər olsun ki, xüsusilə bölgələrdəki qızlarımızın əksəriyyəti düşünür ki, xoşbəxtlik ərə getməkdə, yaxşı cehiz aparmaqdadır. Onlar üçün əsas o deyil ki, kiminlə ailə qururlar – narkomanlamı, oğru-quldurlamı”.
Psixoloq deyir ki, dünyaya dar çərçivədən baxan bu cür qızlar üçün dünya ailə qurmaq və cehiz aparmaqdan ibarət olduğu üçün, istədiyi kimi cehiz olmayanda onların bütün illüziyaları, xəyalları alt-üst olur və depressiv bir vəziyyətə düşürlər. Cehiz ucbatından dağılan ailələrin də olduğunu deyən D.Rzayev bunu da insanların dünyagörüşünün, mədəni səviyyəsinin aşağı olması ilə əlaqələndirdi: “Bu, insanların, həm qız, həm də oğlan tərəfinin mədəni səviyyəsi ilə ölçülən bir məsələdir. Əgər qızın imkanı yoxdursa, oğlan tərəf, ümumiyyətlə cehiz istəməməlidir. Yəni normal ailələrdə cehiz ailələrin içərisinə nifaq salmamalıdır. Konkret olaraq tanışlarımızdan biri 20-25 il əvvəl rəngli televizora görə xanımından boşandı. Səbəb o idi ki, oğlanın anası oğlu üçün cehiz kimi rəngli televizor gətirəcək qız tapmışdı. Bir televizor üçün bir ailə dağıldı. Təəssüflər olsun ki, bu gün bizim dəyərlərimiz bunlardan ibarətdir. Dünya cehizin başında fırlanmalı deyil”.
“Azərbaycan ailələrinin əksəriyyətində gərginlik var”
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, cehiz bizdə şöhrət, ailələrin özlərini sübut etmə yarışmasına çevrilib: “Hər bir qızın cehizi onun ağlı, isməti, mədəniyyətidir, ailə daxilində yaradacağı gözəl işıqdır. Əvvəllər də bizdə cehiz olub, amma 50-60-cı illərdən bu, başqa bir şəkildə formalaşıb. Bu o vaxtlar idi ki, insanlar müharibədən çıxmışdı, təzə-təzə kasıbçılıqdan qurtulurdular, maddiyyat ön tərəfə keçmişdi. Elə o vaxtdan cehiz məsələsinə önəm verilməyə başlandı”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, bu, xoşagəlməz, insanlığın inkişafına, tərəqqiyə dəxli olmayan məsələdir: “Düzdür, qızın valideynləri simvolik olaraq ailəyə kömək üçün kiçikcik nələrsə versə, bu yaxşıdır. Amma təəssüflər olsun ki, bizdə cehiz məsələsi anormal bir vəziyyət almaqdadır. Bu, mədəni insan üçün yaxşı göstərici sayılmır. Bəzən oğlanın valideynləri qızı yaxşı cehizinə görə istəyirlər. Təəssüf ki, cehiz ailələrin qurulmasında müəyyən rol oynayır, ailə quran qızların ən mühüm göstəricilərindən biri sayılır. Amma hər bir ailəni xoşbəxt edən cehiz deyil, cütlüklərin bir-birinə mənəvi baxımdan nə dərəcədə yaxın, dəstək olmasıdır. Heç vaxt cehiz ailəni xoşbəxt edə bilməz. Hətta ər-arvad boşanarkən cehiz mübahisə predmetinə çevrilir”.
Hazırkı dövrdə Azərbaycan ailələrinin əksəriyyətində böyük bir gərginliyin olduğunu deyən Ə.Qəşəmoğlu bunu ailələrdə maddi amillərin önə keçməsi ilə əlaqələndirdi: “Tarix göstərir ki, harada maddiyyat ön plandadırsa, orada gərginlik olur”.
Kiçik müharibəyə səbəb olan cehiz
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, bəzən cehiz iki gəncin ayrılmasına səbəb olur: “Biz konkret belə faktlarla qarşılaşmışıq, cehiz üztündə ayrılan qızlar bizdə psixoloji yardım alıblar. Oğlan evi tələb edib ki, qız konkret olaraq filan firmanın mebellərini almalı, filan cehizləri gətirməlidir. Nəticədə bunları ödəyə bilməyən qızın valideynləri nişanı pozmağa məcbur olublar. Təəssüflər olsun ki, cehiz problemi zamanı gənclər bir kənarda qalır, cehiz kiçik müharibəyə çevrilir. Ortada hətta vaxtı təyin edilmiş toy da təxirə salınır”.
M.Əzizovanın fikrincə, bunların hamısı cahillikdən irəli gəlir: “Valideynlər nəyin onların övladlarına xoşbəxtlik gətirəcəyini bilmədiklərindən, yeni qurulan ailələrdə maddiyatı ön plana çəkirlər. Qız tərəf də imkansızdırsa, nəticə acınacaqlı olur”.
Peyğəmbərimiz qızına nə verib?
Bəs İslam dinində bu məsələ necə tənzimlənir? Dinşünas Elşad Mirinin sözlərinə görə, İslam dini cehiz məsələsini adətlərə buraxıb: “Dində ümumiyyətlə, cehiz, başlıq pulu kimi söhbətlər yoxdur. Cehizlə bağlı dində nə bir əmr, nə bir tövsiyə var. Bunlar sadəcə olaraq adətlərə buraxılıb. Ümumiyyətlə, cehizdə əsas məqsəd odur ki, yeni qurulmuş ailəyə kömək kimi hər iki tərəf arasında razılaşdırılmış bir şey olmalıdır. Amma bizdə cehiz vermək borc xarakteri daşıyır. Elə bil ki, qız tərəfin oğlan tərəfinə belə bir borcu var. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Lənkəranda intihar edən qız da yəqin fikirləşib ki, onun həmyaşıdları daha yaxşı cehiz aparır, getdiyi yerdə onun apardığı cehizi başına qaxınc edəcəklər, buna görə də intihara əl atıb”.
E.Miri Məhəmməd peyğəmbərin qızına cehiz kimi çox mütəvazi, cüzi bir şeylər verdiyini dedi: “Peyğəmbərimiz bu cehizi sadəcə həmin ailəyə dəstək məqsədi ilə bağışlamışdı”.
Qeyd edək ki, peyğəmbərin qızı Fatimə ailə qurarkən cehiz kimi bu əşyaları aparıb: üç ədəd döşək, bir xalça, bir yastıq, iki unüyüdən, bir su dərisi, bir su stəkanı, bir ələk, bir dəsmal, bir kilim, xurma yarpağından hörülmüş bir sidr, iki paltar, uzunlamasına örtdüklərində ayaqları, enləməsinə örtdüklərində başlarını açıqda buraxan bir kiçik yorğan.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Məşhur Dr.Dukan arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ - MÜTLƏQ OXUYUN!
İlk gündə 2 qızıl, 1 bürünc
Gökhan "O səs Türkiyə"ni tərk etdi
Həcc arzusunda olanlara şad xəbər
Pokerdə 10 milyon dollar uddu
Yataq otağı dizaynı
Azərbaycanın dahi filosofu
Lahmacun ev üsulu (foto resept)
Hər an Günəş fırtınası ola bilər!-XƏBƏRDARLIQ
“Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb - FOTO
Ölkədə Yeni il şənlikləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Həftəsonları taksi xidməti işləməyəcək - Fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI
Səhiyyə Nazirliyində "təmizlik" davam edir
Bakıda güclü külək olacaq
Sevinc və güc hərəkətdədir
Gəlin tacları
Qadın.Net-i necə tapmısınız?
Xərçənglə mübarizə aparan 4 ərzaq
Dahilərdən gözəl sözlər - 5
Girovların durumu pisləşib
Prezident şəhid generalla polkovnikin ailəsinə ev verdi
Koronavirusa yoluxanların 25 faizində simptom olmur
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
Banklar dollardan imtina etdi
Dünya dəhşətli burulğana doğru gedir
Ağ şokoladlı keks (foto resept)
Ərdoğan Avropaya od püskürdü
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
NASA Marsda günəşin qürubunu lentə aldı - FOTO
Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? - AÇIQLAMA
Pakistan mətbuatında Prezident İlham Əliyev haqqında məqalə dərc edilib
Telefonun uşaqlara zərəri
İshal və qusma zamanı ilk tibbi yardım(1)
Monika Belluççi sevgilisi ilə barışdı - FOTO
Uşaqların riyazi aləmi və barmaq oyunları
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
Ermənistana məcburi eniş edən azərbaycanlılarla bağlı ilginc detal
İdris Elba və xanımı koronavirusa qalib gəldi
Səfirimizdən ermənilərə cavab
21 kiloqram kökələn aktrisa sürətlə arıqladı - FOTO
Qripdən necə qorunaq?
Sağlam beyin üçün 4 qayda
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
İrina illər sonra ilk dəfə ETİRAF ETDİ - FOTO
Şakira yeni makiyajsız fotosunu paylaşdı
Paytaxtda kənd həyatı yaşayanlar
Merve jurnalistlərə əsəbləşdi
Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, biri vəfat etdi
- ŞƏRHLƏR