Macarıstanın Döndöş şəhərində avqustun 5-12-də keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşa rayonunun "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.
Bu ilin may ayında Döndöş şəhəri ilə qardaşlaşma sazişi imzalayan Şuşa İcra Hakimiyyəti beynəlxalq festivalda iştirak dəvəti aldıqdan sonra qısa müddət ərzində özünəməxsus Qarabağ musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail olmuşdu. Festival günlərində gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və başqa ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak etmiş, qeyri-adi ifaları ilə festivalın sevimlisinə çevriliblər.
Avqustun 10-u isə festivalda "Azərbaycan günü" kimi yadda qalıb. Həmin gün xüsusi konsert proqramı ilə çıxış edən gənc sənətçilərimiz minlərlə tamaşaçını ehtizaza gətirmiş, bitib-tükənmək bilməyən alqışlar qazanıblar. Ənənəvi üçlüyün - tar, kamança və dəfin müşayiəti ilə ifa olunan muğamlar, Qafqaz koloritini üzə çıxaran rəqslər macar tamaşaçıların diqqətini xüsusi ilə cəlb edib. Layihə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Festival çərçivəsində qədim Azərbaycan şəhəri Şuşa haqqında məlumatların və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətlərin macar ictimaiyyəti və festival iştirakçıları arasında yayılmasına xüsusi diqqət yetirilib.
Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa İcra Hakimiyyətinin başçısıBayram Səfərov arasında keçirilən görüşdə gələcək əməkdaşlıq yolları müzakirə olunub, merin başçılığı ilə Döndöş nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri ilə bağlı razılıq əldə edilib.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?
Qadınların fərqli psixalogiyası(2)
AŞPA-da Qarabağ münaqişəsi üzrə bəyanat qəbul edildi
Həzm sistemini gücləndirən kabağın 4 faydası
Məhərrəmlikdə toy etmək olmaz
Van Qoqun 5 tablosunun tarixi
Günün ulduz falı
Bakıda keçiriləcək “Youthvision” müsabiqəsinə 150 min manat xərclənəcək
90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"
Vaxtı olmayan analar üçün gözəllik tövsiyələri
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Kate Winsletin rol aldığı 18 maraqlı film
Bu şəxslərə ölkədən çıxış YASAQ EDİLDİ
Yaz üçün gözəl donlar-1
Hansı ölkə internet lideridir?
Yenə də cümə günü, ayın 13-ü...
Məşhur tərzi: Dua Lipa
Hamilə olarkən musiqi dinləmək olarmı?
Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq
Azərbaycanda qadınların sayı açıqlandı
Putindən Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı daha bir AÇIQLAMA
Yuvarlaq ayna modelləri
Bakıda “Beşiktaş”ın mağazası açılacaq?
Madonna sevənlərinə qadağa qoydu-FOTO
Azərbaycanda 78 yeni koronavirusa yoluxma faktı qeydə alındı
Çantalar
Ezgi Mola və Serenay Sarıkaya 4 saat yemək yedi-FOTO
Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı
Bakıda kirayə evlər bahalaşa bilər
Qadın ağlayarsa, nə etməli?
Tom Hanks və xanımı koronavirusa qalib gəldi
HAVA necə olacaq?
Duşlarda yenilik
Tuna balığı və şirin bibərli qat-qat xəmir (foto-resept)
Tütün və spirtli içkilərin qiyməti qalxa bilər
Əhali yanğından zərər çəkənlərə yardım toplayır
Saçlarınızı alma sirkəsi ilə uzadın
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Bir ildən çoxdur dönərxana və kolbasa sexlərində yoxlama aparılmır - RƏSMİ
Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ
Xoşbəxt olmaq istəyiriksə...
Qadın.Netlilərin fobiyaları (1-ci hissə)
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Azərbaycanda bu kənddə hər kəs velosiped sürür
Klip çəkirdi intihar etdi-VİDEO
Erməninin şokedici etirafı
Timati sevgilisindən ayrıldı
İdmanın uşaq sağlamlığına faydaları
Çöpçüyə inanırsınızmı?















- ŞƏRHLƏR