“Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında bildirib.
Prezident bildirib ki, bu, resurslar məsələsi deyil:
“Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
“Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, biz heç bir muxtar rayon razılığına gəlməmişik:
“Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər.
İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib.
Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”.

XƏBƏR LENTİ
Azərbaycan Həştərxanda zavod açır
"Dünyanın xilaskarı" 400 milyon dollara satıldı
Sellofanlar üçün torba
Özünüz olun – azad olun!
Şeyma Subaşı sevgilisindən ayrıldı
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Dadlı makaron (foto resept)
Kişilərin evini yıxan mobil bəla
Övladını qorumaq üçün ana nə etməz ki.
Ünvanlı sosial yardımla bağlı YENİLİK
Orhan Gencebay 17 nəfəri məhkəməyə verdi-SƏBƏB
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”
Qar avtobusun içinə necə yağdı?-VİDEO
Müasir bərbərliyin inkişafı
Meyitlər qaytarılan zaman düşmən atəş açıb - Dövlət Komissiyası
Hər gün üzünüzə gül yağı çəksəniz...
Bu cür yatmaq nəyin əlamətidir?
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
Azərbaycan XİN qeyri-qanuni yolla işğal olunan torpaqlara səfərlərə görə “qara siyahı”ya daxil edilən şəxslərin müraciətlərinə baxa bilər
Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu
Alman dili 6-cı dərs
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..." - ÜST-dən ŞOK XƏBƏRDARLIQ
Xanımlarımız üçün babetlər
Məşhur aktrisanın qabırğaları sındı-FOTO
Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz
Dörd sinəli qadın əməliyyat olundu-FOTO
Sevgi məhkəməsi
Hansı yoqa sizə uyğundur?
Çətirinizi götürmüsünüzmü?
Prezident İlham Əliyevə DGB-in ən ali mükafatı "Qızıl Ordeni" təqdim edilib - FOTO
Ət dükanları yoxlanıldı
Bakıda bu işçilərin maaşları artıb
Qeyri-adi broşlar
Gürcüstanda azərbaycanlılar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Dahilər haqqında bilmədiklərimiz
İnsanın əhval-ruhiyyəsi yerişindən asılıdır
Azərbaycan dünya ikincisi oldu!
Abortların sayı 2 dəfə azalıb
"Alyonka"nın balaca qəhrəmanı 53 il sonra - FOTO
Saçda kəpək varsa
Super lüks Lamborghini
Qovun dolması (foto-resept)
Günün ulduz falı
14 yaşlı uşağın mədəsindən kabel çıxdı-ŞOK FOTO
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Mayli Sayrus geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
“Kobra” Pərviz “Survivor”u tərk etsə də Bakıya gəlməyəcək-SƏBƏB
