Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.
Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.
Beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb.
Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib.
Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daima yenilənməsi, milli transliterasiya standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspora qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.
Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılmış, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.
Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspora təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.
Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.
Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4 min 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.
Eyni zamanda ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Koronavirusla bağlı SON STATİSTİKA
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
Bananlı bulka(foto resept)
Yayın dəbi
Krallığın sevimli gəlinləri haqqında HEYRƏTAMİZ FAKT
Qadın.netlilərin tərcümeyi-halı 7
"Anam gecə saat 12-dən sonra çölə çıxmağa qoymur”
O kəslər ki, dinlərini oyun-oyuncaq ediblər...
Qaragiləli peçenye (foto resept)
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Dağa qalxan ən yaşlı alpinist
Sabahın HAVAsı
Çərşənbədən yaza çıxacaqdıq, yağışla qar elə demir...
Abituriyentlərin nəzərinə: Bu gün son gündür
Hidrokolonoterapiya
Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib
Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı
Hava haqqında - 16.08.2013
Məktəblilər yeni asteroid kəşf ediblər
Ərdoğan Qarabağa görə Moskvaya gedir
Sərnişindaşımada YENİ sistem
Laqeydlik ən böyük şiddətdir
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək
Tibbin aciz olduğu xəstəlik- FOTO
Tarixin ən isti ili
"Qadınlar məni qısqanır" - FOTO
iPhone 6 iki cür olacaq
Günün ulduz falı - 05.02.2014
Balqabaq mürəbbəsi (foto-resept)
Dubayda nadir təbiət hadisəsi - VİDEO
Binalara istilik nə vaxt veriləcək?
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
İdmandan öncə nələr yeyilməlidir?
Qeyri-adi çarpayılar
Boyun qırışlarını aradan qaldıran üsullar
Ayaqqabını necə seçməli
Virusoloqlar COVID-19-a yoluxmanın ən çox ehtimal olunan üsulunu müəyyənləşdirdi
Sinifdə 1 nəfər 700, 7 nəfər 600-dən çox BAL TOPLADI
Çin rəsmiləri ölkədə ikinci koronavirus dalğası ehtimalından danışıblar
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Bal ayını niyə təxirə saldıqları məlum oldu-FOTO
"Nadir Şah" romanı səhnələşdiriləcək
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Kök model 16 kq arıqladı-FOTO
Bu ərazilərdə qaz olmayacaq
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Günün ulduz falı














