Bu ilin avqust ayı son onilliklərdə müşahidə etdiyimiz avqustun qızmar və quraq havasından xeyli fərqlidir. Əgər son dövrlərdə yüksək temperatur rekordları məhz avqust ayında yenilənirdisə, bu ilin avqustu mülayim keçir, temperatur norma daxilində tərəddüd edir, bəzi günlərdə isə hətta normadan bir qədər aşağı enir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bir çox rayonlarda və Abşeron yarımadasında avqust ayının 1-ci və 2-ci ongünlüyündə düşən yağıntının miqdarı ay ərzində düşən yağıntının miqdarından çoxdur: “Məsələn, Abşeron yarımadasında aylıq normadan iki dəfəyədək çox yağıntı düşüb, Sabirabadda düşən yağıntı aylıq normanın 183, Tərtərdə 168, Salyanda isə 141 faizini təşkil edib. Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün olurdusa, bu il yağmurlu günlərin sayı daha çox olub. Məsələn, Balakən-Şəki zonasında 12 gün, Mərkəzi-Aranda 8 gün, Qazax-Gəncə zonasında isə doqquz gün hava yağışlı olub. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür.
Xatırlatmaq istərdim ki, hələ yazda NASA və digər beynəlxalq iqlim mərkəzlərinin yaydığı məlumatlara istinadən bu ilin yay fəslində Azərbaycanda da rekord istilərin olacağı haqqında məlumatlar verilmişdi. O zaman bizim mütəxəssislər qeyd etdi ki, bu cür proqnozlar qlobal modellər əsasında hazırlandığına görə, onları birbaşa aksioma kimi ölkəmizə şamil etmək düzgün olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, dünya təcrübəsində ümumiyyətlə uzunmüddətli proqnozların özünü doğrultması yüksək olmur”.
U.Tağıyeva onu da bildirib ki, avqustun 21-i axşamdan 24-dək ölkə ərazisində hava yenidən qeyri sabit keçəcək: “Havanın temperaturu 8-10 dərəcə aşağı enərək Bakıda 21-26 dərəcəyə yaxın olacaq. Şimal küləyi güclənəcək, rayonlarda leysan xarakterli yağış yağacaq”.
XƏBƏR LENTİ
Rusiya Ermənistanı çətin vəziyyətə salıb
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Mebelləri silmək üçün təbii məhsul
61 yaşlı Şeron Stoundan FOTOsessiya
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
Papalar ilk dəfə təbrikləşdilər
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Azərbaycanlılar batan gəmidə
Madonnanın qızı sevgilisi ilə görüntüləndi-FOTO
Hadisəni təhqir etdilər-FOTO
İran Azərbaycana və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək
"Bizim Tarla" Manqal salatı
Prezidentdən mühüm qərar
Ötən il 42 üçəm doğulub
Günün qoroskopu: güclü yenilənmə potensialı var
Azərbaycanda iki telekanal birləşib
Diqqətli olun! Bu gecə reydlər başlayır
Qəzzadan toy-büsat səsləri gəldi
Günün qoroskopu: Cəsarətli olun!
Labirint-2
Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına salınıb
İrina Şeyk uzun müddətdən bəri ilk dəfə paparassinin obyektivinə düşdü - FOTO
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Günəbaxan tumu – kökəldir ya arıqladır?
Xoşbəxtlik üçün azərbaycanlıya nə qədər pul çatar?
“Super ay”dan yeni super xəbər
Yarpaq bisküvit (foto resept)
1,3 milyon dollarlıq ətir
Kadırov istefa verir
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Sizin ulduz tərziniz...
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Meyvəli dırnaqlar
Azərbaycan əsgəri Moskvadakı hərbi paradda
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” - VİDEO
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
3 yaşında itən qızın 24 il sonra valideynlərinə qovuşdu
20 rayonda qaz olmayacaq
Qarpız damarları aterosklerozdan qoruyur
Bürclərin pul ilə əlaqələri (2)
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
O qədər xoşbəxtdir ki...
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
"Bəbir" keksi (foto-resept)
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Qar qızlar parad keçirdilər
Azərbaycan sərhədində güclü zəlzələ gözlənilir














