BMT təkidlə aidiyyəti qurumları məktəblərdə dərslər başlayanadək uşaqlar üçün təhlükəsiz şərait yaratmağa çağırıb. 2019-cu ildə, hələ pandemiya başlamamış dünyada məktəblərin təxminən yarıdan çoxunda sabunla əl yumaq üçün yer olmayıb. COVID-19-un yayıldığı indiki dövrdə belə şəraiti olmayan məktəblərin açılmasına yol vermək olmaz.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış bəyanatda bildirilir.
"COVID-19 pandemiyası başlayandan bəri məktəblərin hər yerdə bağlanması uşaqların təhsil almasında, sağlam və firavan böyüməsində çətinliklər yaradır. Biz uşaqların təhsilinə böyük önəm verməliyik. Bu, o deməkdir ki, biz məktəblərə qayıdan uşaqların təhlükəsizliyini, o cümlədən onları gigiyena vasitələri və təmiz içməli su ilə təmin etməliyik", - deyə UNICEF-in icraçı direktoru Herniyetta For söyləyib.
Yeni hesabata görə, hazırda dünyada təxminən 818 milyon uşağın oxuduğu məktəblərdə əl üçün əsas yuyucu vasitələrin olmaması COVID-19-a və digər infeksion xəstəliklərə yoluxma riskini artırır. Həmin uşaqların üçdəbiri - 295 milyonu Saxaradan cənubda yerləşən Afrika ölkələrində yaşayır.
Məktəblərin uzun müddətə bağlanmasının uşaqların təhlükəsizliyi, rifahı və təhsili üçün son dərəcə mənfi nəticələrə səbəb olacağı artıq danılmaz faktdır. Bununla əlaqədar olaraq, ÜST və UNICEF dünya ölkələrinin hökumətlərini zəruri ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi ilə təcridolunma və sosial-iqtisadi nəticələr arasında balans tapmağa çağırıb.
"Təmiz su, sanitariya və gigiyena vasitələri ilə təchiz olunma infeksiyaya qarşı səmərəli profilaktika, həmçinin məktəblərdə ona qarşı mübarizə aparmaq üçün mühüm əhəmiyyət kəsb edir", - deyə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib.
Onun sözlərinə görə, bu, COVID-19 pandemiyası dövründə məktəblərin açılmasına hazırlıq mərhələsində prioritet olmalıdır.
Hesabatın müəllifləri xatırladıblar ki, ən kasıb ölkələrdəki məktəblərdə uşaqlar nəinki təhsil, həm də qida və tibbi yardım alırlar. Bu gün məktəblərin bağlanması səbəbindən 370 milyon uşaq bu imkandan məhrum olub.
BMT dünyanın bütün ölkələrinin hökumətlərini imkan yaranan kimi uşaqları məktəblərə qaytarmağa, lakin bu zaman orada xəstəliklərin geniş miqyasda yayılmasının qarşısının alınması üçün şərait yaratmağa, sosial məsafəyə və gigiyena qaydalarına əməl olunmasını təmin etməyə çağırıb.
XƏBƏR LENTİ
Noxudlu bisküvit (foto resept)
Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR
4 əsrlik gəmi tapıldı-FOTO
Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK
Putinin Qarabağ şərti açılır
Dəvə sümüyündən velosiped -FOTO
Vətəndaşlar nazirdən nə istədilər?
Valideynlərə dəyərli məsləhətlər
Arda Turan Ronaldunu geridə qoydu
AzTV koranavirusla bağlı videoçarx hazırladı - VİDEO
Həftənin ilk iş günü yağışlı olacaq
Dəri üçün faydalı olan 4 ərzaq
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Ronaldu PSJ klubuna keçə bilər
WhatsApp istifadəçiləri, ehtiyatlı olun!
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Petek Dinçöz ikinci dəfə ana olacaq
Arıqladan ağ çay
Super matç, super qələbə, Superboul
Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Şokolad xülyası (foto resept)
Praktik mətbəx əşyaları
Gəncənin "Avropa Gənclər Paytaxtı - 2016" seçilməsi ilə əlaqədar flaşmob keçirilib
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Arıqlamaq istədi böyrəyini itirdi-FOTO
Tələbələrə part-time iş
Mesut Özil Bekhem və kral ailəsinin yeni qonşusu olur
Tarixdə ən güclü tayfun baş qaldırdı
Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək
Məryəm Üzərlidən gözlənilməz etiraf
Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-nın sisteminə daxil ediləcək
Plastik tullantıları neftə çevirəcək-VİDEO
Çemli peçenye (foto resept)
Hava haqqında
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Pensiyaçıların nəzərinə!
Ürək keksi (foto-resept)
Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı
ÜST-dən koronavirus peyvəndi ilə bağlı açıqlama
1-2 yaş arası uşaqla oynana bilən oyunlar
Sevdiyinizin anası ilə yola getmək üçün...
Yıldız Tilbe TƏƏCCÜBLƏNDİRDİ_FOTO
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Atalar, əliniz cibinizdə olsun!
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev: Cəbrayıl azad olundu!
Çay və şirniyyat servisləri














