“ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”.
Qadin.Net bildirir ki, Baku TV xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Gənclər və İdman nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür, çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir:
“Virusun gələcəkdə mutasiyaya uğraması, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz, görərsiniz ki, ölkədə bu rəqəm iki faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.
Jurnalistlərin suallarını cavablandıran sədr lazım gələrsə, modul tipli xəstəxanaların tibbi personalla təmin oluna biləcəyini də deyib:
“Xaricdən dəvət etdiyimiz mütəxəssislərin burada olmasının bir səbəbi də təlimlərin tez keçirilməsidir. Əslində tibbi heyətimiz yetərlidir, sadəcə reanimasiya vəziyyətində yardım göstərmək üçün müəyyən təcrübəyə ehtiyac var. Bir müddət əvvəl istifadəyə verilmiş “Yeni Klinika” tibbi mərkəzi 575 yataqdan ibarətdir. İstifadə edilən modul tipli beş xəstəxananın hərəsində 200 yer var. Bunlar ümumilikdə 1500 çarpayı edir. Bu xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi. Biz TƏBİB-in tabeliyində olan digər xəstəxanalardakı tibbi heyətə təlim keçərək ora yönəltmişik. Proses bu şəkildə də davam edəcək”.
Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək. Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280-ə yaxın xəstəxana palataları və 10 çarpayılıq reanimasiya zalı quraşdılıb.
“15 günə ən müasir avadanlıqla ranimasiya bloku yarada bildik. Təcrübəmiz var, çox istərdik ki, bu kompleks yenidən idman üçün əsas fəaliyyətinə qayıtsın. Amma mən də razıyam ki, ola bilsin payızda pandemiya ilə bağlı çoxalma olsun. Buna görə də bizdə ehtiyat olmalıdır”, - deyə A.Rəhimov bildirib.
Xatırladaq ki, hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sistemləri çəkilib. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sağlamlığın sirri
Ərdoğanın yeni kabineti nəyi dəyişəcək?
Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
Kişilər üçün ondan yaxşısı?
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Günün qoroskopu: çevik, hiyləgər, fəndgir olun
Xoruldayanı xəbərdar edir
“Facebook” istifadəçilərinin nəzərinə
Günün qoroskopu: uzaqdan vacib xəbərlər ala bilərsiniz
İlk iş gününün hava proqnozu
HAVA necə olacaq? 27 İyun
Balıq kotleti (foto-resept)
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
“WhatsApp”da bu da olacaq
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
İlham Əliyevdən erməni diplomata sərt cavab
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Mərciməkli kuskus plovu (foto resept)
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Murad Yıldırım ilk dəfə ata olacaq
Davamlı yaranan aclıq hissinin qəribə səbəbləri
Şaxtalı günlərdə qripdən ən yaxşı müdafiə üsulu
Mehmet Ali Ərbilin adı şirə verildi - Foto
Ən kasıb ölkələr açıqlandı
Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı
2021-ci ilin saç trendləri
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Dünya gözəli bu tarixdə ərə gedir
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Qadınların ətəklərini gödəldən inqilab
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Gözlərinə tütün basanlar
Azərbaycanda şimşək çaxacaq, dolu düşəcək
Qocalmağı gecikdirən maska.
Mətbəxdə işinizi asanlaşdıracaq üsullar
Əsl donuz faciəsi
Böyük Feysbuk qalmaqalı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
Şəkidə Prezident Kuboku uğrunda çövkən üzrə yarışlar başa çatıb
AZAL-dan Ukraynaya uçuşlarla bağlı açıqlama
Sosial şəbəkədən pul qazana bilərsiniz
"Mühteşem ikili" FİNAL EDİR
Çəhrayı rəngli fil balası - VİDEO
Koronavirusa inanlar, inanmayanlar və onunla üz-üzə qalanlar - VİDEO
Varşavada 5,3 metrlik piton axtarılır
Aktyorun yeni imici bəyənildi - FOTO
Onu özünə aşiq et














