“Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”.
Bu fikirləri millət vəkili Vüqar Bayramov səsləndirib. Prosesin tənzimlənməsi isə bank və müştəri arasında aparılır.
“Burada mahiyyət ondan ibarətdir ki, pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşımızın istehlak krediti varsa, onu ödəməkdə çətinlik çəkirsə, o zaman banka müraciət edib sentyabrın 30-dək cərimə faizləri və dəbbələrin hesablanmamasını istəyə bilər”, – deyə Vüqar Bayramlı qeyd edib.
Millət vəkili həmçinin bildirib ki, artıq pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşların bir qismi güzəştlərdən istifadə ediblər.
“Həmin qərar qəbul edilən zaman Banklar Assossasiyası və banklarla məsləhətləşmələr aparılıb. Banklar həmin tədbirlər planının hazırlanmasında iştirak ediblər. Buna görə də vətəndaşlarımızın bir qismi artıq bu güzəştlərdən istifadə edirlər. Kredit götürdükləri banklara müraciət edərək güzəştlərdən faydalana bilirlər. Güman edilir ki, yeni ödəmə cədvəli və ya yeni ödəmə qrafiki tətbiq edilməklə davam etdiriləcək. Pandemiyanın hansı müddəti əhatə edəcəyi sual altındadır. Əvvəllər postpandemiya dövrü qeyd olunurdu. İndi beynəlxalq ekspertlər belə postpandemiya sözünü çox ehtiyatla istifadə edirlər”. (qazet.az)