"Titanik" - məşhur nəhəng sərnişin gəmisi, ingilis "White Star Line" şirkətinə məxsus idi. 14 aprel 1912-ci ildə ilk səfəri zamanı Atlantik okeanda buzdağı ilə toqquşaraq sulara qərq olmuşdu. Bu qəzada 1517 insan faciəvi şəkildə həlak olmuşdur.
"Titanik" çəkilmiş sənədli və bədii filmlər sayəsində əfsanəyə çevrildi.
"Titanik"in tarixi 20-ci əsrdən başlayır, o zaman müxtəlif gəmiqayırma zavodları sərnişin daşıyan gəmi istiehsal etməkdən ötrü rəqabətdə idilər. "Whiter Star" şirkəti amerika milyonçusu C.P.Morqanın maliyyə dəstəyi ilə çox funksiyalı sərnişin gəmi istehsalına başladı. Deyilənlərə görə, nəhəng sərnişin layneri yaratmaq ideyası rəqib şirkətlərin uğurlarını müzakirə edərkən yaranmışdı. Şirkətin məqsədi bir neçə xırda gəmi əvəzinə daha böyük layner yaratmaq idi. Beləliklə, "Olimpik" və "Nəhəng" laynerləri ilə rəqabət apara biləcək "Titanik" hazırlanmağa başladı.
"Titanik" öz dövrünün ən nəhəng və çox funksiyalı gəmisi idi. Dövrünün ən yaxşı texniki avadanlıqları konstruksiyası ilə yığılmış gəmi həm də gözəl interyerə malik olub. Dəbdəbəli görünüşü ilə yanaşı, gəmidə kitabxana, top oyunları üçün meydançalar, hovuz, türk hamamı da fəaliyyət göstərib. Bahalı mebellərlə döşənmiş lüks otaqlarda hətta dövrünün məşhur rəssamlarının əsərləri də sərgilənib. Lüks otaqlara biletin qiyməti 4350 dollar olub. Yüksək təbəqədən olan sərnişinlər üçün Avropa mətbəxinin təamlarının hazırlayan mətbəx də fəaliyyət göstərib. Belə sərnişinlərin rahatlığını təmin etmək üçün gəmidə 3 lift fəaliyyət göstərib. Laynerin ən maraqlı və orijinal hissəsi "Titanik pilləkənləri" idi.
Gəminin kapitanlığı səriştəli ingilis kapitanı Edvad Con Smitə həvalə olunmuşdu. Baxmayaraq ki, onun rəhbərliyi altında idarə olunan "Olimpik" gəmisi digər gəmi ilə qəza törətmişdi, Smitə həm sərnişinlər, həm də şirkət etibar edirdi. Həm də o bu səfərdən sonra təqaüdə çıxacağını bildirmişdi.
14 aprel 1912-ci il, bazar günü - Şimali Amerika sahillərinə yaxın ərazilərdə buz dağının olması barədə məlumat verilmişdi. Cümə və şənbə günləri də digər gəmilərdən aysberqin olması barədə teleqramlar vurulmuşdu. Dəfələrlə göndərilən teleqramlara məhəl qoymadan böyük sürətlə davam edərək son texnologiyaların gücünə arxayın olaraq təhlükədən sovuşacaqlarını zənn edirdilər.
"Titanik" Şimali Amerika sahillərinə yaxınlaşırdı. Gəminin şəxsi heyəti təhlükəsizlik tədbirləri ilə məşğul olmaq əvəzinə, temperaturun nisbətən azalması ilə yaranan və digər gəmidaxili problemlərin həlli ilə məşğul idi. Qeyd etmək lazımdır ki, şəxsi heyət baş verə biləcək qəza zamanı sərnişinləri qayıqlara daşımaq qaydaları haqqında məşqlər keşməmişdilər, həm da onlar matrosları durbinlərlə təmin etməyi yaddan çıxarmışdılar. Əgər olsa idi belə, qaranlıq aysız gecədə uzaqdan aysberqi görmək onsuz da mümkün olmayacaqdı.
23.40-da matroslardan biri müşahidə aparan zaman gəminin yaxınlığında aysberqi müşahidə edir, cəld zəngi vuraraq kapitan körpüsünə xəbər verir. 6-ci kapitan Ceyms Mudi və baş zabit xəbəri alan kimi cəld mühərriki dayandırmağı və gəmini sona kimi sola burmağı əmr edir. Məsafənin yaxınlığı qəzanı qaçılmaz edir. Şəxsi heyətin təcrübəsizliyi və yalnız yüksək təbəqənin sərnişinlərinin taleyini düşünməsi itki sayını artırır.
"Titanik" gəmisinin necə batması barəsində bir çox fərziyyələr mövcuddur.
Yazılı və faktlarla təsdiq olunmuş məlumatlara əsasən, gəmi səfərə başlayan gün, jurnalistlər gəmi konstruktorlarının birindən müsahibə alaraq belə bir sual verir.
- Liverpulu tərk etmək necə bir hissdir? "Titanik" bata bilərmi?
O, özündən razı halda gülümsəyərək:
- Allah istəsə belə, bu gəmini batıra bilməz - deyə cavab verir.
Özlərinə hər şeyin ən gözəlini layiq bilən, zamanın kübar və varlı insanları, xüsüsi dəbdəbə ilə bəzədilmiş və dünyanın heç bir yerində görülməyən interyerə malik gəmidə öz istirahətlərini davam edirdilər. Başlarına nə gələcəyini bilmədən...
Və... Nə baş verdi?
Sakit aprel gecəsi... Dəniz ləpəsiz idi... Ay görünmürdü... Azacıq duman var idi...
Gəmiçilər bilirdi ki, şaxtalı günlərdə Şimali Amerika sahillərində tez-tez aysberqlərə rast gəlinir, onlara bu barədə xəbərdarlıq da olunmuşdu. Lakin sanki Allah onların gözlərini bağlamışdı, gələn faksları heç oxumadan lazımsız bir kağız kimi digər sənədlərin üzərinə qoymuşdular.
"Heç narahat olmayın... Dərd çəkməyin... Bu ki, "Titanik"dir... Aysberq nədir ki? O bu möhtəşəm gəmiyə nə edə bilər ki?" -
matros düşünürdü. "Əgər gəminin sürətini azaldib irəliyə hərəkət etsək, o, sadəcə aysberqin üstünü sındıracaq". Allah onu məhz belə düşünməyə vadar etmişdi. Onlar irəli gedən zaman matroslardan biri sakitcə soruşmuşdu: "Bu təhlükəli deyil ki?" Digəri: "Mən bu haqda çox oxumuşam, gəmi elə də böyük zədə almayacaq, narahat olmayın, nə ola bilər axı?"
Amma aysberq o qədər iti idi ki, gəmini zədələnməsini çox adam heç hiss etməmişdi. Bəzlilər yatırdı, digərləri musiqinin səsindən heç öz səsini belə eşitmirdi, aşpazlar durmadan dadlı yeməklər hazırlayırdılar... Hər kəs məşğul idi... Artıq sonrakı dəqiqələrdə onlar qəzanı hiss etməyə başlayırlar. Matros qışqırır: "Biz batırıq!"
Onlar gəmini elə möhkəm hazırlamışdılar ki, onun zədələnməsini belə düşünmək olmurdu. Bu sanki bir teorem idi: "Titanik bata bilməz!"
Qəzadan sonra gəmiyə su dolmağa başlayır və su dolan hissə o qədər ağırlaşır, digər hissə isə elə yuxarı qalxır ki, gəmi ortadan bölünür. Allah yerə bəla göndərən zaman elə edir ki, insanlar bir-birlərinə, uşaqlarına, uşaqlar da öz uşaqlarına bu qorxunu anlatsınlar, qoxru əlamətləri daima simalarda əks olunsun. Danışsınlar ki, Allah onlara sübut etdi kim Əl-Cabbardır və kim həqiqətən də hər şeyə qadir olandır...
Bəs hanı o adam? Hansı ki, "Allah istəsə belə, onu batıra bilməz" deyirdi! Hardadır o?
Bununla da Allah bütün insanlara sübut etdi ki, "Mənə ultimatum göndərməyin!"
"Titanik"in batma səbəblərini göstərən başqa bir fakta görə, Amerika səyyahının Misirdən oğurladığı firon Ramzesin mumyasının mistik gücü olub. Fərziyələrə görə, fironun yerindən götürülməsi Allahların xoşuna gəlməyib və bu fəlakət baş verib.
"Titanik" əfsanəyə çevrildikdən sonra amerikan yazıçısı Morqan Robertsonun "Boş yerə" adlı kitabı oxucularda böyük maraq doğurub. Bu əsər "Titanik" faciəsindən 14 il əvvəl qələmə alınıbmış. Əsərin sujet xətti faciə zamanı olan hadisələrlə tam üst-üstə düşür. Orada gəmini adı "Titan" adlanırdı, "Titanik" kimi o da 3 pərvanəli idi, gəmilərin uzunluqları və sərnişin sayı da təxminən eyni olub. Hər iki gəmidə dövrünün ən varlı və adlı-sanlı insanları səfərə çıxıbmış. Hər iki gəmi Southampton limanından yol alıb, təxminən eyni koordinatda, Nyu-Florida yaxınlığında hər ikisi aysberq toqquşması zamanı sulara qərq olub. Hər iki gəminin ehtiyat xilasetmə qayıqlarının sayının azlığı insan itkisini çoxaldıb. Faciənin ildönümünün qeyd edildiyini qəzetdən oxuyan yazıçı infakt keçirərək dünyasını dəyişmişdir.
Daha bir maraqlı fakt: faciədən 20 il öncə "Titanik" adlı hekayə yazan ingilis jurnalisti Villiam Stead tamamilə eyni faciəni əsərində əks etdirib. Öz əsərində çox çətinliklə möcüzəli şəkildə xilas olduğunu yazsa da, özü həqiqətən "Titanik"lə səfərdə olarkən faciəli şəkildə vəfat edir.
Deyilənlərə görə, faciənin səbəbləri deyildiyindən daha çoxdur və hələ də üstü açılmamış məqamlar mövcuddur.
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR